“Bakubus” avtobusu yanıb kül oldu – ŞOK GÖRÜNTÜLƏR

Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, BNA-dan verilən məlumata görə, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

“Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

08:35

*****

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Publika.az FHN-ə istinadla xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: