Professordan GÖZLƏNİLMƏZ TƏKLİF: “Toyların keçirilməsinə icazə verilməlidir”

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Azərbaycan Həkimlərinin İctimai Birliyi COVID-19 pandemiyası ilə mübarizədə bəzi qadağaların ləğvinə çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib. O bildirib ki, respublikamızda COVID-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olunduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bilib. Lakin birliyin üzvləri hesab edir ki, 5 aylıq karantindən insanlar yorulub və ciddi yumşalmaya ehtiyac var. Birliyin müraciətini olduğu kimi təqdim edirik:

“İqtisadiyyatımızın itkiləri, “evdə qal” karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər. Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:

1. Testlərin qiyməti xeyli aşağı salınmalı, onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.

2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə izn verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda, bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.

3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.

4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalararası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlərarası məsafə ən azı 2 metr olmalıdır. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəni gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir.

5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır”.

Məlumat üçün bildirək ki, Azərbaycan Həkimlərinin İctimai Birliyi (AHİB) cəmiyyətimizdə gedən prosesləri müzakirə edərək Azərbaycan həkimlərinin ortaq platformu, Azərbaycan xalqının sağlamlığı, rifahı və maraqları məzmununda ciddi hərəkətliliyə səbəb olmağı planlaşdırır. Qeyd edək ki, Prof. Dr. Adil Qeybulla, Dos. Dr. Ədalət Rüstəm, Dos. Dr. Akif Əfəndiyev, Dr. Vasif İsmayıl, Dr. Aydın Əliyev, Dr. Qalib Əsədov, Dr. Pərviz Axundov birliyin əsas üzvləridir.

1. 518 baxılıb
Paylaş
mersin escort