Yunanıstanda gəmi partlayıb, yaralananlar var

Trend-in məlumatına görə, partlayış gəminin maşın bölməsində qeydə alınıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı gəmidə sərnişin olmayıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Müstəqil.Az

Share: