Qənimətə, Eynullaya şərf toxuyan Alagöz bacı…

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Qəbələdə barmaqla göstərilən felyetonçu müxbir idim. Axırıncı dəfə dükan-bazarda havaxt olduğumu unutduğum halda hər gün işdən gələndə anamdan utanmaz-utanmaz soruşardım: – Yeməyə nə var, Alagöz bacı?

Əyilmiş qəddini düzəldib mehribanlıqla üzümə baxardı:
– Allaha şükür hər şey var, a bala.
Anamın həyat verdiyi “ələngə” kirayə evimizin xudmani guşəsində açılmış süfrədə o “hər şey”lə qidalanardıq. O “hər şeydən” toxuduğu corabların, jaketlərin rəngi hopmuş barmaqlarının dadı gələrdi.
Anam daim halından razı görünürdü. Ya da mən utanmayım deyə özünü elə aparırdı. Onun əlində corab milləri, mənim əlimdə kağız-qələm işıqlı şeylərdən danışaraq qaranlıq gecələri səhər edərdik.
Bəlkə adam anasından bu qədər bəhs etməz deyəcəksiz… Amma elin yazarları “Ana” romanı yazır, biz sadəcə anamızın hekayətlərini anlada bilmərikmi?
Azadlıq nəfəsliyi
…Türmədə olan Eynullaya, Qənimətə şərf toxuyurdu. Eynəyinin bir qulpu da sınıq. Mən allah öldürmüş o qulpu vaxtında düzəltdirmədim. Özü çarəsini tapıb rezin salmışdı. Sonradan ha elədim “belə rahatdı” deyə ustaya aparmağa vermədi. Küsməmişdi, vaxtıma qıymırdı. Sanki o fədakarlıqların müqabilində nəsə verə bilirdim ona.
Eynullanın şərfini bitirdi, Qənimətinkinə az qalmışdı. Bir gün iki “şirvan” istədi. Bildiyim qədəriylə bütün “uşaqlar” çıxanda ya nəzir verəcəkdi, ya da şirniyyat paylayacaqdı. O gözəl niyyəti mənim əməliyyatları acı bağırsaq kimi uzanan ağır qəzam pozdu. Ayların məchul ayrılığına dözməyib ürəyi çatladı Alagöz bacının. Mən iki dəmir əsada, o ölüm yatağında son bir ay sayılı günlər yaşadıq. Yaşamaq idimi o vida möhləti?
Bir ayın tamamında səhərin saat beşində JEK köşəsində gözlərini yumduğu anda əbədi dostum Məmməd Süleymanov zəng vurub boğuq səslə soruşdu: “Alagöz nənə getdi?” Və cavab gözləmədən “bildim…” – dedi.
O vaxtın mətbuatında təbii və sevimli bir “Alagöz nənə” obrazı vardı. Eynullanı “tutdurduğuna” görə “birinci”dən küsmüşdü. O vaxta qədər daim “a bala, nolar arada bu prezidentə də qulaq as” deyən adam ondan sonra rəsmi Bakını seyr etmədi. Eynullanı buraxsa, indi olmasın, “barışacaqdı” yəqin. Burdan səsimi eşitsəydi, “Daha sülh oldu, Alagöz bacı, ruhun şad olsun”, – deyərdim.
Sevgidən, mərhəmətdən, abır-həyadan yoğrulmuşdu. Anamdı deyə demirəm, bilənlər bilir necə möcüzə olduğunu. Hardan alırdı ələngə kirayələri cənnətə döndərən o müsbət enerjini? Kənddə qoyub gəldiyi axar-baxarlı imarətdən sonra bütün günü qaranlıq daxmalara necə sığırdı görəsən? Bizim nəsil qələminin vicdan işığına kökləndiyindəndimi?
Axşamüstü uşaqlar kətilini məhlə qadınlarının məskəninə aparanda mütləq kəlağayısını atardı başına. Sözündən-söhbətindən doymurdular. Qayıdanda görərdin əlində qəzet parçası var. Bax gör, sənə lazımdı? – deyərdi. Gülməkdən ölə-ölə sataşardım ona:
– Evdə az idi, ay Alagöz bacı, küçədən də tapıb daşıyırsan?
Əgər o parçada “bizimkilərdən” kimsə varsa, nəvazişlə şəkilli üzünə qatlayıb “klassik” tapşırığını verərdi: “Yaxşı yerə qoy, can bala”. Balaca otaqda “yaxşı yerlər” az olduğundan çox vaxt özü güzgünün qabağında və ya divardakı tək çərçivədə birtəhər yerləşdirirdi.
Bağışla, qapını döyə bilmədim…
…Evsizliyimizi üzümə vurmazdı. Hərdən saf-saf düşünürdüm ki, heç fərqində deyil bəlkə. Özüm də məişət sevdalısı deyildim, amma daim ona sürpriz etmək xəyalları qururdum. Yerli hakimiyyətin birbaşa səlahiyyətində az-çoz yaşayış evləri vardı ki, öz standartlarına uyğun “kadrlara” verirdilər. Bütün növbələrdə birinci olan mən şərtlərdən keçə bilmirdim. Rayonun deputatına bir dəfə parkda rastlaşıb “anam özgə qapılarında dünyadan getsə, mən də ölərəm”, – dedim. Qəbələnin önəmli hissəsini şəxsi mülkiyyətlərinə çevirmiş adam soyuq-soyuq gülümsəyib “bundan ötrü təşəbbüs göstərmək lazımdır” dedi…
Ona verdiyim cavabdan sonra sayəsində ev kitabımızın çoxdan bağlandığına bir daha əmin oldum. Adam sahibləndikləri ərazidə onları daim birmənalı “işıqlandıran” cırqənət, kasıb varlığı nəinki qəbul edə bilmirdi, hətta ürəyini nişan alıb yeri gəldikcə yaralayırdı. İlk seçkisində ən hay-küylü alternativi olmağım adamı qara siyahısının başına yazmışdı yəqin.
O gün evə tək qaydıb o mələk qadının üzünə baxmağa gücüm çatmadı. Dostlarsız, qonşularsız keçməyən axşamı gözlədim. Gecə yerimizə girəndə soruşdu ki, bu gün parkda olmuşammı? Özümü yuxululuğa vuranda qulağıma dünyanın ən doğma, ən şirin səsi gəldi:
– Canın sağ olsun, a bala. Bizə hər yer evdi.
Bir gün işdən erkən gələndə sandığın qapağını açıq gördüm. Qənirə xalanın həyətinin setkasına indiyə qədər görmədiyim qırmızı-yaşıl ipək pərdələr asılmışdı. Hənirimi alıb özünü itirdi. Toxuduğu şeylərin dəyərinə alverçidən öz evimizə alıbmış. Güvə düşüb deyə havaya verirmiş. Ağappaq üzü gözlərinə qədər qızarmışdı. “İstidi, a bala, sən keç sərinə, mən də gəlirəm” deyə-deyə əlindəkini elə-belə atıb evə çıxdı. Özümü o anda daha hündürdən o pərdələrin yerinə asılmış gördüm…
Kəndə dəfn etməyə aparanda üzünə atmaq üçün o yaşıl parçalardan götürdüm. Qərib məkanda dünyadan köçən Alagöz bacı həyatının yaşıl arzusuna bürünüb getdi… Öz evinə…
2. 150 baxılıb
Paylaş
mersin escort