Şəlalə Əbil:”Namus adında bir cəfəngiyyat uydurublar”

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Şəlalə Əbil imzası 2000- ci illərdə boy verdi. Hekayələri qəzet və jurnallarda, adı oxucuların, ədəbiyyat adamlarının dilində səsləndi, tənqidçilər yenicə bu imzanı “qaralamışdı” ki, xanım yazarımız Avropaya üz tutdu. Yazıçı dostlarımızla, xüsusən də M.Ə.Sabir adına mərkəzi şəhər kitabxanasında fəaliyyət göstərən “Pərvanə” ədəbiyyat dərnəyində olanlarla söhbətimiz zamanı ondan bəhs etdik, unutmadıq onu. Unudulası xanım da deyildi; həm istedadı, həm sakit və mülayim davranışı, həm də… həm də gözəlliyi ilə yaddaşlarda lövbər salmışdı.
Şəlalə xanımla bu günlərdə feysbuk səhifəsində yenidən həmsöhbət olduq. Dəyərli şairimiz Fərqanənin vəfatından kədərləndiyini, məlumatlı olsaydı xatirələrini yaza biləcəyini dedi, mənə və rəhmətliyi özünə yaxın bilənlərə, ailə üzvlərinə başsağlığı verdi. Və mütəmadi etdiyimiz söhbətlərin birində ondan müsahibə verməsini istədim. Raılaşdı.

 -Salam, Şəlalə xanım, necəsiniz?

-Salam! Mən yaxşıyam, çox sağ olun. Ümid edirəm, siz də yaxşısınız.

  -Çoxdandır əlaqəmiz yoxdur. Amma yaddaşımda gözəl hekayələr müəllifi, istedadlı yazıçı kimi qalmaqdasınız.

– Təşəkkür edirəm.

  -Dəqiq bilmirəm nə qədər, amma ,məncə, uzun illərdir İsveçdə yaşayırsız, Qürbətin havası sizi sıxmadı ki?

İllər tez keçir. 13 ildir qızımla İsveçdə, Stokholmda yaşayıram. Düzünü deyim ki, buranı ilk gündən çox sevdim. İsveç ilk gündən yaxşı mənada məni heyrətləndirdi. Və bu heyrət yaşadığım həyata qurbət havası gətirmədi.

 –  Sizi heyrətləndirən nələr idi?

-Çox şey. Bir neçəsini sadalayım, İsveçdə hamıya sadəcə adı ilə və”sən” deyə müraciət olunur. Təsəvvür edirsən, bütün, özündə yaş, pul, vəzifə barındıran, amma hörmət adı altında işlədilən ”ağa”lar, ”bəy”lər,”müəllim”lər, ”xanım”lar, ”cənab”lar, ”yoldaş”lar, ”cənab həzrətləri”, ”möhtərəm”lər, bir metrlik titullar…heç nə yoxdur. Bir ad var, bir də”sən” deyə müraciət forması. İsveçdə”siz” ancaq cəm halı üçün işlədilir. Məsələn, bir jurnalist baş nazirə “Stefan, sənin buna münasibətin necədir? ”deyə soruşur.

– O zaman, gəl biz də “sən”ə keçək…

–  Keçək. İsveçdə sıralama belədir, uşaq, qadın, heyvan, kişi. İsveçin bütün şəhərlərindəki bütün ərazilər bir birinə çox oxşayar. Yəni deyək ki, Bakının Səbail rayonunun hər hansı bir ərazisi ilə Neftçalanın hər hansı bir kəndi bir birinə o qədər oxşayır ki, bəzən adam əraziləri dəyişik sala bilər. isveçdə uşaq doğulduğu zaman ”Atalıq məzuniyyəti” də verilir. Saymaqla bitməz…

-Özünü necə hiss edirsən?

-Sankı iki tərəfim var, İsveç tərəfim sağlam və güclüdür. Maraqlı görünən şeyləri öyrənməyə cəhd edirəm. Bunun üçün mənə əngəl olacaq heç bir şey yoxdur. İdmanla məşğul oluram, velosiped sürürəm, bina içi alpinizmi çox sevirem, təzəlikcə ingilis dilini öyrənməyə başlamışam, pis getmir. Qızım bu işdə çox kömək edir. Əslində, insan bütün ömrü boyu özünü inkişaf etdirməlidi. Bunun üçün yaş əngəl olmamalıdır. İşləyirəm, mütaliə edirəm, daha çox səsli kitablar dinləyirəm, bu daha sərfəlidi, yəni başqa işlər görərkən də (gəzişəndə,metroda gedəndə, idman edəndə) kitab dinləmək olur.

Və en əsası iç dünyamla həyatın çarpışmasını yazıya köçürməyə çalışıram…

Azərbaycan tərəfim nigarandı, bəzən qəzəbli, bəzən ağlayacaq qədər kədərlidi. Bəzən eyni planetdə deyilmişik kimi məndən uzaq, çox uzaq, bəzən də yaralarına əlimlə sığal çəkib bağrıma basacaq qədər doğmadı,əzizdi…

   -Şəlalə xanım, sən ədəbiyyatda imzanı təsdiq etdiyin bir zamanda  ölkəni tərk etdin. Sirr deyilsə, bu hansı zərurətdən yarandı?

-Hələ Azərbaycanda yaşayanda bir hekayə yazmışdım, qaranlıq bir quyunun içinə düşmüş qadın oradan çıxmağa, xilas olmağa çalışır. Bu zülmət qaranlıqda zəif bir işıq tapan qadın həmin işığa qovuşmaq üçün, dırnaqları qanasa da israrlı bir şəkildə divarları cırmaqlayıb qoparır, amma bu o qədər də asan deyil, divarlar qalın, kobud, amansızdır. Sonda belə bir işığın olmadığını, əslində bu işığın onun özündən gəldiyini və ətrafını aydınlaşdıracaq qədər güclü olmadığını başa düşən qadın ümidsizlikdən boğulmağa başlayır. Nəfəsi çatmır, o ölmək üzrədi.

Bəlkə, elə həmin o qadın mən idim. Arzularını dəfn etməkdən yorulmuş birisi, ümidsiz birisi…

-Orada yaşayan bir azərbaycanlı olaraq necə və harada görüşürsünüz?

-Yaxın bildiyim ailələr var, tez-tez görüşə bilməsək də, bacardıqca bir-birimizdən xəbər tutmağa, bölüşməyə çalışırıq. İsveç Azərbaycan Federasyonunun təşkil etdiyi tədbirlərə vaxt olanda qatılmağa çalışıram. Amma hər hansı bir adam məhz azərbaycanlıdır deyə mütləq onunla ünsiyyət qurmalıyam, həmişə əlaqə saxlamalıyam deyə bir qayda yoxdur mənim üçün. Millətindən asılı olmayaraq, xarakterimə uyğun və mənə maraqlı olan adamları həyatıma alıram.

– isveç sənə nə verdi, nələri qazandın?  Bəs bu gedişdən ölkəmiz nə qazandı?

-Mən burada özümü kəşf etdim, bu ölkə mənə özümü tanımağa imkan verdi. Mənim burada yaşamağımdan vətənim nə qazandı, deyə soruşursansa, ışlədiyim bütün yerlərdə, haqqında o qədər də məlumatlı olmayan, bəzən heç harada yerləşdiyini belə bilməyən kolleqalarım Azərbaycanı mənim simamda tanıyıblar. İsveçdə dünyanın hər bucağından gələn adamlara rast ola bilərsən. Bəzən mənə elə gəlir ki, hər kəs tək canı ilə öz vətənini üzərində daşıyır, simvolizə edir. Bu böyük bir məsuliyyətdi. Elədiyin hər bir şey Azərbaycan adına çıxıla bilər. Hətta bir dəfə iş yoldaşlarımdan biri, ”Həmişə Azərbaycan sözü eşidəndə səni düşünürəm”, deyə yarı ciddi, yarı zarafat demişdi.

-Orada yaşayan Azərbaycanlılar ölkəmizin xarici siyasətini dəstəkləyirmi?

-Mənə görə, nə qədər ki, ölkə daxilində insan haqqları bu qədər amansızcasına tapdalanacaq, nə qədər ki, ölkə karrupsiya çirkabında inildəyəcək, nə qədər ki, xaricdə olan diaspora üçün yatırdıqları pullar Qarabağ probleminin həllinə, xalqın xeyrinə deyil, hakimiyyətin səxsi məqsədlərini güdəcək, nə qədər ki, mənim iki uşağı ilə tək yaşayan bacım 270 manat maaş alacaq, heç bir uğurlu xarici siyasətdən söhbət gedə bilməz. Axır vaxtlar da  xaricdə yaşayanlara təzyiqlər başlayıb. Ölkədə hamı bir ucundan yalan danışmağa və yaltaqlıq etməyə məcbur edilir. Hamı həqiqəti bildiyi halda dilinə gətirməyə qorxur, beyinlər televiziya və qəzetlər vasitəsilə yuyulur. Çox dəhşətli görüntüdür. Və bu azmış kimi, xaricdəkiləri də yalan danışmağa məcbur etməyə çalışırlar.

-Bildiyim qədəri, İsveç feminist bir ölkədir. Qadın haqqlarının, bəlkə də, ən yaxşı tanındığı bir yerdir. Səncə, İsveç və Azərbaycan qadınlarının yaşam, düşüncə tərzləri çoxmu fərqlidir?

-Azərbaycan qadınları ona sahiblənməkdən xoşlanırlar. İsveç qadınları isə karyerlərini qurar, kimsədən asılı olmayan ekonomi azadlıqlarını əldə edəndən  sonra ailə haqqında  düşünərlər. Ona görə də, genəl olaraq, 35 yaşdan sonra uşaq sahibi olarlar. İsveçdə kişi işi, qadın işi deyilən bir şey yoxdur. Əslində, evdə, bağça və məktəblərdə uşaqlara cinsinə görə fərqli yanaşmaq qadağandır, cinsə görə oyuncaq, rəng ayrı seçkiliyi  qadağandır. Burada qadınlar bütün sahələrdə işləyə bilirlər. İsveç qadını zəif, zərif, çiçək, böcək, nazlı-duzlu görünməkdən xoşlanmaz. Meşə qıran, böyük yük maşınları sürən qadınlara tez-tez rast gəlmək olar. Ümumiyyətlə, İsveçdə ailə daxilində  maddi baxımdan bir birindən asılılıq olmamalıdır.

İsveç qadını rahatdır, bayırda hədsiz bəzənmiş, hündürdaban ayaqqabıda, dırnaqları uzun və boyanmış qadınlara az rast gəlmək olar. ” Baxımlı qadın” anlamı fərqli yük daşıyır İsveçdə. ”Özünə baxmaq”— idmanla məşğul olmaq, sağlam həyat tərzi keçirtmək, faydalı qidalanmaq və sağlam düşünmək deməkdir bir isveçli üçün.

-Azərbaycan qadınının indiki durumunu necə dəyərləndirərdin?

“Aman tanrım” filmində Morgan Freeman belə deyir: ”İki işdə çalışdığı halda uşağını futbol məşqlərinə aparmağa vaxt tapan tək ana möcüzədir”. Qadın, doğrudan da bir möcüzədir. Bir kişinin arvadından ayrıldıqdan sonra həm işləyib, həm uşaq böyüdüb, onların tələbatlarını yerinə yetirib və ikinci dəfə ailə qurmaq xoş qarşılanan bir şey olmadığı üçün ömrü boyu tək yaşadığını görən olubmu? Belə bir kişi varmı Azərbaycanda? İnanmıram! Amma bu cür həyat yaşayan, əslində yaşamayan, yaşam mücadiləsi verən milyonlarla qadınlar var Azərbaycanda. Azərbaycan və bu tipli ölkələrində kişilər, qadınların çox güclü olduqlarını bildikləri üçün, hökmranlıqlarını əldən verməmək üçün, qadına nə qədər güclü olduqlarını hiss etdirməmək üçün, onları kontrolda saxlayır, onları məişət çərçivəsinə sığışdırmağa çalışırlar. Şəxsən tanıdığım o qədər qadınlar var ki, hətta evin maddi yükü də üstlərində olduğu, işləyib evi dolandırdıqları halda belə, biş-düş, səliqə-səhman, uşaq tərbiyyəsi…hər şey hər şey boyunlarında olduğu halda belə, yenə də bir yana gedəndə belə, evdə oturub işləməyən, yemək-içməyi qabağına gətirilən ərindən icazə alır, ərinin zövqü ilə geyinir, dediyi ilə oturub-dururlar.

Bəzi kişilər isə, təklikdə heç kim olduqlarını yaxşı bildikləri üçün, özlərini qadınları ilə təsdiq edirlər. Belə kişilər qadınından ölümünə yapışır və ölənə qədər istismar edirlər. Boşanmaq istəyəndə isə son vasitə şərləməkdi. Namus adında bir cəfəngiyyat uydurublar, qadın və qadının cinsiyyət orqanı da bu cəfəngiyyatın bir ölçü vahidi imiş sankı, bir barometri imiş sankı. Yalan danışmaq, rüşvət almaq, yaltaqlıq etmək, başqasının haqqını yemək… bunlar normal şeylərdir, bunlar ayıb deyil ki! Əllərində bu ”namus” cəfəngiyyatı əsas tutulub, min illərdir qadınlar istismaq olunur, aşağılanır, haqqları tapdalanır, öz ömürlərini yaşamır,alçaldılır, öldürülürlər!

Bir qadın olaraq Azərbaycanda yaşamaq nə qədər çətin və  əziyyətlidirsə, İsveçdə yaşamaq bir o qədər gözəl, rahat və güvənlidir.

-Yaradıcılığına dönək. Səhv etmirəmsə sənin Azərbaycanda o zaman bir kitabın işıq üzü görmüşdü. İndi nələr yazırsan? Bir az da planların haqqında.

Bəlli bir yaşdan sonra sənin üçün tamamılə yeni olan bir ölkəyə köçmək, tək başına bir uşaqla bütün çətinliklərə sinə gəlmək, İsveç dilini öyrənmək, oxumaq, cəmiyyətə adoptera olmaq, işləmək, ev almaq…bütün bunlar asan olmadı, bütün bunlar adamın ən azı on ilini alır.  Və bu illər ərzində yazmağı arxa plana atmaq zorunda qaldığım vaxtlar olub, içimdə yığıb,saxlayıb zamanını gözlədiyim vaxtlar olub.

Yaxın gələcəkdə Azərbaycanda son illər yazdığım hekayələrdən ibarət bir kitab çıxarmağı düşünürəm. Görək. Tərcüməyə gələndə, Səadət xanım Kərimiyə qədər Azərbaycan-İsveç dilində ədəbi tərcüməçimizin olmamağı üzücü hal idi. Səadət xanım şansımızdı.

-Ümumiyyətlə Azərbaycan ədəbiyyatı oradan necə görünür? Və yaxud heç görünürmü?

-Dediyim kimi, hər iki dili mükəmməl bilən, incəliklərinə bələd olan bir ədəbi tərcüməçi olmayınca bu görüntüdən danışmaq çətindi. Bu baxımdan son illər Səadət Kəriminin çalışmalarını dəyərləndirirəm.

-Qızın Nərgiz necədir? Hansı sahənin mütəxəssisidir?

-Nərgiz yaxşıdı. Turizm oxuyur. Hərdən rəsm çəkməyi də var, amma sulu boya ilə deyil, qara qələmlə işləməyi sevir. Birgə vaxt keçirtməyi xoşlayırıq, danışmağa, müzakirə etməyə mövzumuz həmişə var. Boş vaxtlarımızda badminton oynayırıq. Məni tez-tez çox xoşladığı  və evdə sevə-sevə hazırladığı yapon və koreya yeməklərinə dəvət edir.

-Şəlalə xanım, yeni yazılarını gözləmək ümüdü ilə səninlə sağollaşıram, sağ ol ki, müsahibəyə razılıq verdin.

-Müsahibə vermək təklifinə görə mən sənə dərin təşəkkürümü bildirirəm.

Söhbətləşdi: Faiq Balabəyli

616 baxılıb
Paylaş
mersin escort