20 Yan­var fa­ciə­si­nin can­lı şa­hi­di

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyi birlikdə dənizçilərimizin həyatından, onların peşə fəaliyyətindən, macəra dolu dənizçi həyatlarından, dənizçilərimizin və onların ailə üzvlərinin – övladlarının istedadlarını üzə çıxara layihələrə start verib. Artıq oxucularımız və dənizçilərimiz fərəfindən rəğbətlə qaşılanan layihələrə davam deyirik. Bu dəfə “Dənizçi qəhrəmanlar” layihəmizdə təcrübəli kapitan Hidayət Atakişiyevin “Mili irs” -ə 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı verdiyi müsahibəni təqdim edirik

Hər il 20 Yanvar faciəsi anıldıqca dəniz fədailərinin həmin hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlar, fədakarlıq, mərdlikləri daim xatırlanacaqdır. Belə mərd fədakar dənizçilərimizdən biri də, həmin hadisələr zamanı “Alatau” dənizində kapitan vəzifəsində çalışın 20 Yanvar faciəsinin canlı şahidi Hidayət Atakişiyev olmuşdur. Biz “Milli irs” olaraq Hidayət Atakişiyevlə görüşüb həmin hadisələr haqqında təəssüratlarını onunla bölüşdük. Hidayət müəllim hadisələri yadına saldıqca çox qəhərlənir, ağlayırdı. Ona görə də qəlbimizdən keçən bir çox sualları ona ünvanlaya bilmədik. Lakin Hidayət müəllimlə görüşümüzdə bir daha əmin olduq ki, xalq nə qədər mübariz xalqdır və bu xalq bütün mübarizələrdən qalib çıxacaqdır. Maraqlı həmsöhbətlə bizi görüş­dürdüyü üçün hazırda Azərbaycandan kənarda fəaliyyət göstərən, eloğlumuz, dəyərli ziyalı, hadisələr zamanı Hidayət Atakişiyev ilə birgə çalışmız kapitan Nazim Həbibova redaksiyamız adından dərin minnatdarlığımızı bildiririk.


Hər bir mil­lə­tin azad­lıq, müstə­qil­lik yo­lu qan­lı müba­ri­zə­lər­dən ke­çir. O xalq bu müqəd­dəs ama­lı­na na­il olur ki, bu yo­lu ay­dın məq­səd və inam­la da­vam et­di­rir. Bu yol­da qur­ban ge­dən və­tən öv­lad­la­rı isə ən yüksək eh­ti­ram­la yad edi­lir, da­im anı­lır­lar. Müstə­qil­lik yo­lun­da fə­da­kar­lıq gö­s­tə­rən qey­rət­li oğ­ul­la­rı­mı­zın ad­la­rı ta­ri­xi­mi­zin sə­hi­fə­si­nə qı­zıl hər­f­lər­lə ya­zı­lıb. Bu gün mil­li azad­lığ­ı­mı­zın tə­məl da­şı olan 20 Yan­var ha­di­sə­si­nin bi­la­va­si­tə iş­ti­rak­çı­sı olan və­tən­pər­vər oğ­ul­la­rı­mız­dan bi­ri də Hi­day­ət Mir­zə­hey­bət oğ­lu Ata­ki­şiy­ev­dir. Dəy­ər­li oxuc­u­la­rı­mı­za onun 20 Yan­var fac­i­ə­si ilə bağ­lı xa­ti­rə­si­ni təq­dim edi­rik.
20 yan­var ha­di­sə­si – xal­qı­mı­zın qan yad­da­şı­dır. Bu ha­di­sə­lər­də iş­ti­rak edən hər bir in­san sözün əsl mə­na­sın­da və­tən­pər­vər və qə­h­rə­man­dır.
Mən hə­min dövr­də Xə­zər Də­niz Gə­mi­çi­liyi İda­rə­sin­də ça­lı­şır­dım. “Ala­ta­u” gə­mi­si­nin ka­pi­ta­nı idim. O za­man bi­zim neft kəş­fiyy­at­çı­la­rı­mız Qa­za­xı­s­ta­nın Şev­çen­ko şə­hə­rin­də iş­ləy­ir­di­lər. On­la­ra ər­zaq məh­sul­la­rı apa­rır­dıq. 60 nə­fə­rə ya­xın iş­çi var idi. Yan­va­rın 19-da Ba­kıya çat­dıq. Az so­nra xə­bər tut­duq ki, şə­hə­rə so­vet qo­şun­la­rı hücum edib, dinc sa­kin­lə­ri qət­lə ye­ti­rib­lər. Bir ne­çə gə­mi ka­pi­ta­nı ilə məs­lə­hət­lə­şib şə­hər ko­men­dant­lığ­ı­nın qar­şı­sın­da tə­ləb­lər qoy­mağı qə­ra­ra al­dıq. Bu məq­səd­lə Də­niz vağ­za­lı­na gəl­dik. Bu­ra­da gə­mi ka­pi­tan­la­rı ilə qə­ra­ra al­dıq ki, ida­rə­et­mə mər­kə­zi­miz “Sa­bit Oruc­ov” gə­mi­si ol­sun. Çünki, bu gə­mi dünya stan­dart­la­rı­na ca­vab ve­rən ava­dan­lıq və ci­haz­lar­la tə­min edil­miş­di. Biz bu­ra­da yığ­ı­şıb so­vet or­du­su­nun Ba­kı­da tö­rət­diyi qı­rğ­ın ba­rə­də Qa­ra də­niz­də olan gə­mi ka­pi­tan­la­rı­na mə­lu­mat çat­dır­dıq. Ora­dan, bir gə­mi­dən bi­zə ca­vab gəl­di. Azər­bayc­an gə­mi­si idi. Müxtə­lif mil­lət­lər­dən olan bi­zim də­niz­çi həm­kar­la­rı­mız bi­zim­lə hə­m­rəy ol­duq­la­rı­nı bil­dir­di­lər. On­la­rın bi­zi müda­fiə et­mə­lə­ri­nıə çox se­vin­dik. Hə­min gün Xə­zər­də olan bütün gə­mi­lər eti­raz əla­mə­ti ola­raq işi day­an­dır­mış­dı­lar. Ba­kı­da ko­men­dant sa­a­tı tət­biq edil­miş, V.Du­biny­ak ko­men­dant təy­in olun­muş­du. V.Du­biny­ak bi­zə mürac­i­ət et­di: “Si­zin tə­lə­bi­niz nə­dir?” Biz de­dik ki, so­vet or­du­su dər­hal şə­hə­ri tərk et­mə­li­dir. Yox­sa biz heç bir iş gör­məy­əc­əy­ik.
20 Yan­var fa­ciə­si­nin can­lı şa­hi­di
Də­niz­də xey­li neft bu­ruq­la­rı var idi. Bu­ra­da fə­la­kət baş ve­rə bi­lər­di. Gə­mi­lər­lə əla­qə­li olan neft qu­rğ­u­la­rı fə­a­liyy­ət gö­s­tə­rir­di. Bi­zə de­di­lər ki, bux­ta­nı bo­şal­dın. Yox­sa si­zə atəş açac­ağ­ıq. O vaxt Na­zim müəl­lim də (Na­zim Hə­bi­bov o vaxt­kı “MPK-4″ün ka­pi­ta­nı idi – Q.M.) bi­zim­lə iş­ləy­ir­di, ka­pi­tan yol­da­şı ol­mu­şuq. Xə­zər­də o za­man 200-ə ya­xın gə­mi var idi. Hə­min gə­mi­lə­rin mər­kə­zi ida­rə­et­mə ye­ri artıq qeyd et­diy­im ki­mi “Sa­bit Oruc­ov” gə­mi­si idi. Mövlud Murad oğlu Əliyev həmin hadisələr zamanı “Sabit Orucov” gəmisinin kapitanı idi. Möv­lud təcrübə­li bir də­niz­çi idi. Mər­hum Cə­b­ray­ıl və To­fiq ad­lı gə­mi ka­pi­tan­la­rı da çox və­tən­pər­vər in­san­lar idi.
Sovet əsg­ər­lə­ri bi­zim ina­dı­mı­zı görüb, gə­mi­lə­ri­mi­zə atəş aç­mağa ba­ş­la­dı­lar. “Neft­qaz – 6” gə­mi­sin­də 600-ə ya­xın güllə de­şiyi açıl­mış­dır. “Vo­do­ley – 4” gə­mi­si­nə qum­ba­ra at­dı­lar. Gə­mi­də har­da­sa 1 metr­dən ar­tıq de­şik açıl­mış­dı. Biz li­ma­na gəl­dik. “Ba­kı-5” gə­mi­si­ni hərb­çi­lər gə­ti­rib li­ma­na qoy­du­lar. De­di­lər ki, kim işə çıx­maq is­təy­ir­sə, ona iş­lə­məyə ic­a­zə ve­ri­ləc­ək. Gə­mi­də si­lah yox­dur­sa, işə çı­xac­aq­sı­nız. Əl­bət­tə, bu, rus­la­rın bi­zə qur­duğu bir tə­lə idi. Hə­min gün bi­zim gə­mi­lə­rə nə­za­rət edən Hüseyn müəl­lim mə­nə zə­ng et­di ki: “Hi­day­ət, Qa­za­xı­s­tan­da 60 nə­fər ai­lə qa­lıb, get on­la­rı gə­tir. Sə­nin təklükə­siz­liy­i­ni tə­min edi­rəm.”
Ora get­mək ən azı 18 sa­at vaxt apa­rac­aq­dı. Elə bu za­man bi­zim ra­dio­ope­ra­tor mə­nə de­di ki, ko­man­dir, bu­ra­dan çıx get, gə­mi qal­sın, sə­ni tu­tac­aq­lar. Mə­nə Hüseyn müəl­lim de­di ki, ar­xay­ın ol, si­zi tut­may­ac­aq­lar. Bu vaxt bütün gə­mi­lər qa­ra bay­raq qal­dır­dı­lar. Mə­nim gə­mim­də qa­ra bay­raq yox idi. Mən on­dan qa­baq üç il Yu­qo­sla­viy­a­da iş­lə­miş­dim. Ora­dan qa­ra köy­nək­lər al­mış­dım. Hə­min köy­nək­lər­dən bi­ri­ni cır­dım. Ru­sun bay­rağ­ı­nı en­di­rib, onun ye­ri­nə hə­min qa­ra köy­nəyi bağ­la­dım. Bu­ra­da ra­dist mə­nə xə­bər ver­di ki, ko­man­dir, rus­lar gə­lir­lər, çıx qaç, sə­ni tu­tac­aq­lar. Mən on­la­rın bi­zim sə­nəd­lə­ri­mi­zi yox­lay­acağ­ı­nı gü­man edib, sto­lun üstünə qoy­dum. Qə­f­lə­tən qa­pı­nı tə­pik­lə aç­dı­lar. İçə­riyə əli av­to­mat­lı əsg­ər­lər da­xil ol­du­lar. On­lar­dan bi­ri av­to­ma­tı si­nə­mə day­ay­ıb, əl­lə­ri­mi boy­nu­mun ar­xa­sı­na qoy­mağı əmr et­di. Mə­nim gə­mi hey­ə­ti­min bütün 18 nə­fər üzvünü də üzüstə ye­rə uzan­mağa məc­bur et­di­lər. Mə­ni bay­raq uc­alt­dığ­ım ye­rə apa­rıb, əli­mə so­vet bay­rağ­ı­nı ve­rib de­di­lər ki, bu bay­rağı qal­dır.
Mən ca­va­bın­da de­dim: “Yox, nə et­sə­niz də qal­dır­may­ac­ağ­am. Siz bi­zim gü­nah­sız in­san­la­rı­mı­zı qət­lə ye­tir­mi­si­niz. On­lar mə­nim qar­da­ş­la­rım­dır­lar”.
De­di­lər ki: “Bu so­vet bay­rağ­ı­nı as­dığ­ın qa­ra bay­rağ­ın ye­ri­nə qal­dır­ma­san, sə­ni öldürəc­əy­ik”.
Mən ca­va­bın­da de­dim:
-Öldürürsünüz, öldürün. Mən o ölən­lə­rin heç bi­rin­dən ar­tıq dey­i­ləm. On­lar­dan bi­ri də mən olum.
Bu tə­ləb­lə­rin hər bi­ri­sin­dən im­ti­na et­dim. On­da on­lar mə­ni öz­lə­ri ilə apar­dı­lar. Mə­ni ka­ter­li gə­miyə min­dir­di­lər. Bu za­man bütün hey­ət de­di ki, biz də ko­man­di­ri­miz­lə ge­di­rik. Mən de­dim:
-Siz gə­mi­ni nə­za­rət­siz qoy­may­ın. On­lar mən­dən bərk ya­pı­şıb bu­rax­mır­dı­lar. Az so­nra mə­ni do­nan­maya gə­tir­di­lər. Ora­da bir ka­pi­ta­nı­mı­zı gördüm. De­dim ki, Vo­lodya, sən bu­ra­da nə edir­sən? O isə mə­nə ca­vab ver­di ki, mə­ni də bu­raya gə­ti­rib­lər. Bu­ra­dan bi­zi hər­bi ba­zaya apar­dı­lar. Ora­da bi­zi aman­sızc­a­sı­na döydülər. Bir nə­fər əlin­də ele­k­t­rik na­qi­li­ni tu­tub bir uc­u­nu ha­ra­sa bir­ləş­di­rib bi­zə de­di ki, si­zə işg­əncə ve­rəc­əy­ik. Bu vaxt hündürboy­lu bir əsg­ər içə­ri gir­di. Boy­num­dan tu­tub mə­ni çö­lə at­dı və mə­nə de­di ki: “Qaç!”
Am­ma mən qa­ç­ma­dım, bil­dim ki, qaç­sam, mə­ni ar­xa­dan vu­rac­aq­lar. Vo­lody­a­nın isə ba­şı­nı də­mir tur­ba üstünə qoy­ub aman­sızc­a­sı­na, vəh­şic­ə­si­nə vur­du­lar. Bu, mə­nə çox pis tə­sir et­di. Var gücümlə qış­qır­dım:
-Siz nə edir­si­niz! Be­lə də vəh­şi­lik olar?
Hə­min an­da mə­nim ba­şım­dan necə vur­du­lar­sa, göz­lə­rim heç bi­ri ye­ri gör­mə­di; hu­şum ba­şım­dan çıx­dı. Bi­zim ba­şı­mı­za qa­ra tor­ba ke­çir­dib bi­zi döydülər, so­nra Sə­ba­il ray­o­nu­nun əra­zi­sin­də­ki bir bi­na­nın ge­niş za­lı­na gə­ti­rib bur­da da döydülər. Bi­zi o qə­dər döymüşdülər ki, göz­lə­ri­mi açan­da yax­şı görmürdüm; hər ye­ri ala­qa­ran­lıq görürdüm. Bir gədər özümə gəldikdən sonra bur­da də­niz­çi­lə­rin olduğunu da gördüm. Təx­mi­nən 100-ə ya­xın adam var idi. Bi­zi V.Du­biny­a­kın ya­nı­na gə­tir­di­lər. Ora­da bi­zi döyüb inc­it­di­lər. Qış­qır­tı sə­si­miz ət­ra­fı bürümüşdü. Bu zaman sən de­mə, “İn­tu­rist” meh­man­xa­na­sı­nın rə­i­si ko­men­dant sa­a­tı­na düşmüşdü. Elə ona gö­rə də o da bu­ra gə­ti­ril­miş­di. Bu­ra­da er­mə­ni mil­lə­tin­dən olan bir adam da var idi; o, er­mə­ni di­lin­də da­nı­şır­dı. Onu bir gündən so­nra bu­rax­dı­lar. Bi­zi – 70 nə­fə­ri dar bir ye­rə yığ­dı­lar. Sə­hə­ri­si çiy­ni­mi­zə mi­nib qu­lağ­ı­mız­dan dar­ta­raq, ağ­zı­mı­za re­men bağ­lay­ıb, bi­zi it­lər­lə şə­kil çək­dir­məyə məc­bur et­di­lər. Bi­zi qə­s­dən al­çal­dır­dı­lar. So­nra bi­zi həb­sxa­na ma­şın­la­rı­na dol­du­rub, Qa­ra şə­hər əra­zi­si­nə gə­tir­di­lər. Bu­ra­da hündürboy­lu, en­likürək bir oğ­lan var idi. Hə­min azər­bayc­an­lı bu həb­sxa­na­nın rə­i­si idi. O, bi­zə de­di ki, bu­ra­nın rə­i­si mə­nəm; ona gö­rə də nə dey­i­rəm­sə, ona əməl et­mə­li­si­niz. O, biz­dən tə­ləb et­di ki, əl­lə­ri­mi­zi boy­nu­muz­dan götürək. So­nra bi­zi ye­mək-iç­mək­lə tə­min edəc­əy­i­nə söz ver­di.
Heç on beş də­qi­qə çək­mə­di ki, hə­min azər­bayc­an­lı həb­sxa­na rə­i­si­ni yox elə­di­lər. Ora­dan da bi­zi – 72 nə­fə­ri ye­ni­dən ma­şın­la­ra min­di­rib Bi­nə həb­sxa­na­sı­na gə­tir­di­lər. Bu­ra­da bir gecə qal­dıq. Sə­hə­ri­si bi­zi nö­m­rə­lə­di­lər və qol­la­rı­mı­zı ar­xa­dan qan­dal­lay­ıb tank­da­şıy­an hər­bi təyy­a­rə­nin ar­xa­sı­nı açıb, en­siz otu­rac­aq­lar­da otuz­du­rub apar­dı­lar. Az so­nra bil­dik ki, ar­tıq Kras­no­dar şə­hə­rin­dəy­ik. Azər­bayc­an te­le­vi­ziy­a­sı­nın re­jis­so­ru Va­sif Ba­bay­ev də bizimlə idi. Sən de­mə, onu o za­man çə­ki­liş­dən gə­tir­miş­di­lər. Bir həf­tə bi­zi Kras­no­dar­da sax­la­dı­lar. Bi­zə ol­ma­zın əzab-əziyy­ə­ti ve­rir­di­lər. Bir də­fə mə­nim üstümə də bərk qış­qır­dı­lar, doy­unca döydülər, bi­zə qa­xsı­mış duz­lu ba­lıq ver­di­lər və məc­bu­rən ye­məy­i­mi­zi tə­ləb et­di­lər. So­nra bi­zi (72 nə­fər) tə­zə­dən ma­şın­la­ra min­di­rib Uly­a­nov şə­hə­ri­nə gə­tir­di­lər. Bu­ra­da ma­şın­dan bi­zi düşürər­kən növ­bə ilə du­bin­ka va­si­tə­si­lə döy­ə­rək bir-bi­ri­nə ötürürdülər. Bi­zi içə­ri­si di­zə ki­mi su ilə do­lu olan dar bir otağa sa­la­raq sə­hə­rə ki­mi zülm ver­di­lər.
Ha­mı­mız (72 nə­fər) ay­aq üstdə sə­hə­rə ki­mi di­zə kimi suy­un için­də qal­dıq. Bir gün həb­sxa­na­nın rə­i­si içə­ri gi­rib bi­zə de­di: “Dey­ə­sən, si­zi evə bu­ra­xac­aq­lar”.
O, zə­ng vu­rub xüsu­si ko­men­da­tu­ra­nın rə­i­si, əsli Göy­çay ray­o­nun­dan olan Fa­riz müəl­li­mə məlumat verdi ki, həb­sxa­naya Ba­kı­dan 72 nə­fər gə­ti­rib­lər. Am­ma Fa­riz müəllim de­di ki, iki gündən so­nra bu­ra gə­lər­sən. Bu müddət­də bi­zim yatacaq­larımız, gey­im­lə­ri­mi­zi dəy­iş­di­lər. So­nra iki mülki şəxs içə­ri gi­rib de­di: “Elə bi­lin ki, siz içə­ri­də, biz çöl­də həb­sdəy­ik. Si­zə ye­məyə şor­ba ve­rəc­ək­lər, onu ye­məy­in, atın, çünki içə­ri­si­nə kimy­ə­vi məh­lul­lar qa­tıb­lar. Mən si­zə gə­tir­diy­im ye­mək­lər­dən yey­ər­si­niz”.
Biz be­lə də et­dik. Bun­dan bir ay keç­di. Bir gün de­di­lər ki, sa­bah çı­xır­sı­nız. Bi­zi əl­li­dən çox qa­ra, xa­rici ma­şın­la­ra min­dir­di­lər. Bi­zi müşay­i­ət al­tın­da bir re­s­to­ra­na gə­tirtdilər. Re­s­to­ra­na ça­tan­da gördük ki, qa­pı­nın ağ­zı­na bir qa­ra qoç bağ­lay­ıb­lar. Fa­riz müəllim de­di ki, bu­nu Ba­kı­dan gə­tir­mi­şəm. Nə isə, qo­çu kə­s­di­lər. Yax­şı ye­mək – iç­mək təş­kil et­miş­di­lər. Ha­mı­mız ac idik, könlümüzdən doy­unca xö­rək ye­mək ke­çir­di. Nə­sə fi­kir­lə­şib, uşaq­la­ra de­dim: “Uşaq­lar, xa­hiş edi­rəm bir də­qi­qə əl sax­lay­a­sı­nız; mə­nim sözüm var. Fa­riz müəl­lim, bir ay­dır ki, siz həb­sxa­naya bi­zim üçün ye­mək gön­də­rir­si­niz. Bu­nun üçün biz si­zə min­nət­da­rıq. Am­ma siz­dən bir xa­hi­şi­miz var ki, bi­zim­lə bir­lik­də çö­rək yey­ə­si­niz”.
Sağ ol­sun; sözümüzü ye­rə sal­may­ıb, bi­zim­lə bir­lik­də na­har et­di. Be­ləcə, bi­zim ha­mı­mı­zı həmy­er­li­miz, göy­çay­lı Fa­riz Məc­i­dov Azər­bayc­a­na yo­la sal­dı…
Mən o günlə­ri hər­dən xa­tır­lay­an­da həm 20 Yan­var şə­hid­lə­ri­mi­zin fac­i­ə­sin­dən kə­dər­lə­nir, həm də if­ti­xar his­si ke­çi­ri­rəm ki, xal­qı­mız öz azad­lığı və müstə­qil­liyi uğ­run­da o günlər­də bir­lik nümay­iş et­di­rib, so­vet im­pe­riy­a­sı­nın işğ­al­çı­lıq siy­a­sə­ti­nə qar­şı çıx­dı. 20 Yan­var mil­lə­ti­mi­zin şə­rəf ta­ri­xi­dir.
Qənifə Məmmədova,
“Milli irs”in şöbə müdiri

25-02-2017

408 baxılıb
Paylaş
mersin escort