Peşə təhsili almaq istəyən şəxslərin nəzərinə

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

Müstəqil.Az -ın Peşə Təhsili üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/ platforması vasitəsilə ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulunun ilk üç günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesi çərçivəsində ikili proqramlar tətbiq edilir. Bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 2018-ci il aprelin 24-dən etibarən qüvvəyə minmiş peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk .

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh .

Müstəqil.Az

284 baxılıb
Paylaş
mersin escort