Qardaşlığın fərmanına baş əyir, vəfalı türk qardaşına dəstəyə gəldi !.. – Aynur Talıblı

Tarixdə Türk demək törəli, ədalətli, cəsur, mərd, mərhəmətli , güçlü insan deməkdir. Türk milləti olaraq hər zaman insani dəyərləri önəmsəmiş, məzlumun, məsumun yanında, zalımın qarşısında olmuşuq. Kim bilir bəlkə də bu səbəbdən bütün soysuzlar, vətənsizxainlər, şərəfsizlər, çıxarcılar, vicdansızlar bizlərəqarşı daimacəbhə alırlarvəhərfürsətdəmüqəddəs,qutsaldəyərlərimizə, bayrağımıza, Türk yurdlarına, vətən toprağımıza saldırırlar(1).

Prof. Dr Tufan Gündüz bəyinsöylədiyi kimi “Türk gözlənəndir (bəklənəndir)”. Bəli, Türk tarix boyu hər zaman ümidlə bəklənmişdir. Türk, zalımın zülmünə məruz qalanın, zorda-darda qalan və çarəsiz olan ümmətin gözlədiyidir. Nə zaman ki, Türk’ün şanlı Tuğu, bayrağı bir səmada süzülərsə, hansı uca göylərdə dalğalanarsa orada dinçlik, rahatlıq vardır deməkdir(2). Elə bu səbəbdən düşmənə yurd olmuş olan, minarəsində azanı susmuş olan Türk yurdlarında Qarabağda, İrəvanda, Uyğur elində və daha bir çox işğal edilmiş Türk torpağlarında Türkün şanlı ordusu ümidlə gözlənilir. Tək Türk ulusudur-millətidir ki, əsla sömürgəçilik və faşistlik kimi bir qara ləkəni tarixinin səhifəsinə yazmamışdır. Türkün əli əsla məsumun qanına bulaşmamışdır. Ama biz Türklər əsil-nəcib atalarımız kimi nə qədər mərd və ədalətli olsaq da qarşımızdakı düşman  bir o qədər şərəfsiz, namərd, xain və məkirlidir. Biz bunu müasır çağımızda da yaşayırıq və təcrübə edirik. Örnəyin, birilərinin,açıqca söyləyərsək Rusiyanın və ortaqlarının (Fransanın da daxil olduğu məlum beşli şərrbirliyinin) maşası olan  Ermənistan vəhşicə Türk yurdu Azərbaycanın tarixi topraqlarını işğal edir, dünya bu ədalətsizliyə göz yumur. Bölgəmizdə güclənən iki Türk dövlətindən; Türkiyə və Azərbaycandan narahat olanlar, qorxuya düşənlər xaincə müxtəlifhiylələr, oyunlar qururlar. Çünki artıq bu coğrafiyada əvvəlki kimi at oynada bilmirlər. Sömürdükləri,sahibsiz saydıqları Türk yurdlarındakı diktatorluğunun yəni Sovet rejiminin devrildiyini, Azərbaycanın nefti, təbii qazı kimi doğal qaynaqları üzərindəki hakimiyyətini itirdiyini hələ də qəbul etməyən Rusiya da maşası olan Ermənilərə Fransanın dəstəyi ilə xüsusi sifarişlər verir, onlar da 12 İyulda Tovuz sərhəddinə, Türk yurdu Azərbaycana saldırmaq kimi hədsizliyə başlayırlar.

Hələ bu azmış kimi 23 İyulda da Rusiya Ermənistanla Ermənistanda əsgəri təlim tətbiqatı həyata keçirir. Bunu da işğalçı Ermənilərin Müdafiə Nazirliyinin Sözçüsü Şuşan Stepanyan, Facebook hesabından elan edir və tətbiqat sırasında SİHA’lara (silahlı insansız uçuş aracı) qarşı yeni mübarizə yöntəmlərini öyrəndiklərindən bəhs edərək , “Tətbiqata Rus vəErməni hava müdafiə sistemlərinin komandirləri, Rus ve Erməni ovçu savaş uçaqları və Ermənistan ordusunun hava müdafiə sisteminin bütün birlikləri iştirak edir.” (3)deyə bildirir. Beləcə Rusiya ilə gövdə göstərişi edən,”güc nümayiş etdirən Ermənistan özünə xas tərzdə hədsizcə övünməyə davam edir. Bununla da Rusiya da coğrafiyamızda hələ də söz sahibi olduğunu sübut etməyə çabalayarkən bir çıxmazın içərisində də bələnib durur. Əslində Rusiya və Ermənistanın oynadıqları Ali Cengiz oyununda ( Türkiyə ləhçəsində) Türkcəsində bir deyimdir vəhiylə ilə iş edənlərin qurduqları tələlərə və ağla gəlməyən tuzaqlarına işarə etmək məqsədi ilə deyilir) özlərinin yoxa çıxacaqlarının, rəzil olacaqlarından xəbərləri hələlik yoxdur.

Azerbaycan ordusu teyakkuzda: Türkiye'nin desteği ile morali yüksek

Qədim Oğuz Türk yurdu, ərlərin, ərənlərin yurdu olan Azərbaycanımıza isə 1918- ci ilde Bakının qurtuluşu üçün                Qafqaz Türk İslam Ordusunun yetişdiyi kimi bu dəfə də özünün qan qardaşı olan Türkiyə Türk Cumhuriyyətinin Ordusu dəstək oldu. Türk dünyasının söz ustadı, Azərbaycanlı şair Əhməd Cavadın 1918-ci ildə yardıma gələn Türk əsgərləri üçün yazdığı “Ey Əsgər” şeirindəki tabirlə,ifadə ilə  “Qardaşlığın fərmanına baş əyip”, qardaşının dəstəyinə, imdadına yetişdi. Beləcə 28 iyulda iki qardaş ölkənin; Türkiyə və Azərbaycanın birgə geniş miqyaslı ortaq əsgəri təlim tətbiqatına qatılacaq Türk əsgərləri Azərbaycana gəldi. Türk əsgəri, Türk yurdu  Azərbaycana  bağlı Naxçıvan Özərk(muxtar)Cumhuriyyətinin Sədərək sərhəd keçidində, Araz çayı üzərindəki Ümid Körpüsündə (KönülKörpüsü) törənlə qarşılandı. Törəndə -tədbirdə İstiqlal Marşı və Azərbaycan milli marşı səsləndirildi, bayraq dəyişimi edildi. Türkiyəli Türk  əsgər qan, can qardaşı Azərbaycan Türkü əsgərlə Araz çayı üzərindəki Ümid Körpüsündə salamlaşdı. Tam da bu səhnə mənə yenə Türk dünyasının ünlü şairi ,söz ustadı,Turan sevdalısı Əhməd Cavadın “Çırpınırdı Qaradəniz” şeirində Türk’ün vəfasından bəhs etdiyi bu misraları xatırlatdı:

Çırpınırdı Qaradəniz ,

Baxıb Türk’ün bayrağına !

Ah ölmədən bir görsəydim

Düşə bilsəm toprağına!.

Ayrı düşdüm dost elindən

İllər var ki çarpar sinəm

Vəfalıdır gəldi-gedən

(Vefalı Türk geldi yine)

Yol ver Türk’ün bayrağına!

Salam Türk’ün bayrağına.

İncilər tök gəl yoluna,

Sırmalar sərp sağ, soluna!

Fırtınalar dursun yana,

Yol ver Türk’ün bayrağına!.

Salam Türk’ün bayrağına

Bu arada diqqətinizi Araz çayı üzərində Türk əsgərlərinin qarşılandığı körpünün isminə yönəltmək istərim. Çünki Azərbaycanın Türkiyə sərhəddinin yanı başındakı körpünün isminin “Ümid Körpüsü” Türkiyə ləhçəsindəki deyimi ilə  “Umut Köprüsü”  olması çox manidardır. Mənasıisəyəni bu körpü, qardaşlığa, dostluğa, dəstəyə ve ümidə açılan qapıya gedir deməkdir. Ümid Körpüsünə “Könül Körpüsü” də deyilir. Bu da əslində anlayan və iki qardaş ölkənin; Azərbaycanın və Türkiyənin qardaşlığını bilənlər üçün dərin tarixi mənalar ifadə edir.

Azerbaycan ordusu geniş çaplı tatbikat yapacak - A Haber Son ...

Bəhs etdiyimiz,Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi geniş miqyaslı əsgəri havadan və qaradan (torpaq yolundan) döyüş atışlı taktiki taktiki-uçuş təlimlərinə  29 iyulda başlanılmışdır. İki ölkənin hava qüvvətlərinin də qatıldığı 29 İyulda başladdığı tətbiqatda Türkiyə və Azərbaycanın savaş uçaqlarından da istifadə edilmişdir.Tətbiqat Bakı, Naxçıvan, Gəncə, Kürdəmir ve Yevlaxda həyata keçirilmişve 10 avqustda sonlandırılmışdır. Bakı və Naxçıvanda 1 avqustda başlayıb ,5 avqustda bitən qara (torpaq yolu) qüvvətlərinin həyata keçirdiyi tətbiqatda müxtəlif əmrlər icra edilib, zırhlı araçlar, top və havanlardan təmsili düşman hədəflərinə atışlar edilirdi.

Bu geniş miqyaslı,  güçlü hərbi təlimlərlə Türkiyə və Azərbaycan əsgəri düşmənə gözdağı verərək “ağlınızı başınıza alın!” deyir. Qardaş Türkiyə can, qan qardaşı Azərbaycanımızın yanında olduğunu sübut edir.  Türkiyə Cumhuriyyətinin Millî Müdafiə Naziri Hulusi Akar Azərbaycana gedərək, düşmənə gərəkli və çox önəmli mesaj vermişdir. Beləcə Vəfalı Türk vəfasının gərəyini edir!. Vəfalı Türk, Bəklənən,gözlənən Türk gəldi yenə!. Allah c.c qardaşlığımızı daimi eyləsin! Amin, Amin.

Nə Mutlu Türküm Deyənə!

P.S: Türk komutan İshak ÇELİK beye, hər zaman verdiyi dəyərli bilgilər və dəstək üçün özəlliklə təşəkkür edirəm. Sayğılarımla.

 

Yararlanılan qaynaqlar:

1.Aynur Talıblı’nın “Şanlı Türk Bayrağının Üzerinden Kirli Ellerinizi Çekin!” isimli makalesinden.

  1. Aynur Talıblı’nın “Kutlu Zafer:Bakü” ve ya “TRT’ye sesleniyorum : “KUTLU ZAFER BAKÜ” dizi yapılmalı”isimli makalesinden.
  2. ANADOLU AJANSI . Ali Cura “Ermenistan ile Rusya SİHA’lara karşı ortak mücadele tatbikatı başlattı”.23.07.2020.

CNN TÜRK.”Son dakika… Azerbaycan’la ortak tatbikata katılacak Türk askerleri Nahçıvan’a geldi” 28.07.2020.

www.cnnturk.com/turkiye/son-dakika-azerbaycanla-ortak-tatbikata-katilacak-turk-askerleri-nahcivana-geldi.

ANADOLU AJANSI. RuslanRahimov “Türkiye ile ortak tatbikat Azerbaycan basınında  geniş yer buldu” 28.07.2020.

https://www.aa.com.tr/tr/dunya/turkiye-ile-ortak-tatbikat-azerbaycan-basininda-genis-yer-buldu/1925003.

 

AYNUR TALIBLI

Tarih ve Medeniyet Araştırmacısı.

İstanbul 13.08.2020

Müstəqil.Az

 

Share: