Kapitan Səlahət Axundov: O, qocaman kapitanlarla işləməyimdən qürur duymuşam

Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İB-nin birgə hazırladığı, Dənizçilərimiz və digər çoxsaylı oxucularımız tərəfindən rəğbətlə qarşılanan “Dənizçi həyatı” layihəmizin budəfki qonağı, hazırda GMS şirkətinin, “Quba” gəmisinin kapitanı, Uzaq səfərlər Kapitanı Səlahət Axundovdur.

-Salam, Səlahət komandir, necəsiz, bu qarşıq vaxtda,  koronovirusun baş alıb getdiyi bir dövrdə narahatçılıq hiss olunmur ki? Vaxtı saxlamaq olmur axı…

-Salam, Faiq. Zamanın , vaxtın keçdiyi 40 yaşdan sonra daha çox hiss olunur. Və görməli olduğun işlərin, görəcəyin işlərin daha şox olduğunu və qaldığını hiss edirsən. Buna zaman çatmır. Koronovirusun dünya bəlası olub, biz də ona uyğun hərəkət edirik.  Dövlətimizin yanındayıq, necə ki, Cənab Prezidentimiz, deyib; Biz birlikdə güclüyük və biz birlikdə bu bəladan qurtula bilərik. Əlbəttə yəni hərəkət məhdudiyyətimiz var, amma bunar ümumilikdə heç nəyə təsir edə bilmir. İşimizi görürük, istirahətimizi təşkil edirik.

-Sizinlə Müstəqil.az saytının Dənizçilərə Sosial Dəstək İB-nin birgə hazırladığı “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Çoxlarına əlçatmaz və macəra dolu olan bu həyat necə keçir?

-Düz qeyd edirsiz. Dənizçi həyatı bəziləri üçün həqiqətən də əlçatmazdır. Gəlir mənbəyi nöqtəyi nəzərindən də, elə müxtəlif hava şəraitində yaşamaqda da. Amma onun çətinliklərini, məhrumiyyətlərini başa düşən azdır. Dənizçi peşəsi Azərbaycanda çox inkişaf etmədədir. Amma əmək haqları  bu peşənin çətinliklərinə uyğun deyil, güman ki nəzərə alınacaq. İndi növbəli iş oldsa da, iş vaxtının çəkdiyi məhrumiyyətlər çoxdur. Dənizçilərin maaşı əlbəttə ki, artırılmalıdır. O əziyyətə , məhrumiyyətlərə uyğun olmalıdır. Heç olmasa 100 % artırılmalıdır. Dənizçi  həyatını sanki qurban verib; gələcək ailəsinə, övladlarına. Ailəni dolandırmaq, normal yaşamaqdan ötəri. İstər Xəzərdə, istər xarici ölkədə. Özünün istədiyi kimi nə yeyə, nə gəzə, nə danışa bilirsən, nə geyinə . Çünki müxtəlif hava şəraitində olursan, iş zamanı küləkli, fırtınalı anlar olur. Bax buna dözüb, işini görüb, ailəni saxlamaq üçün pul qazanırsan və sair. Bununla yanaşı bu sənət sevimli peşədir. Çoxlarına romantikadır, amma əslində hamının bildiyi kimi, iki çətin peşədən biridir; Təyyarəçi və dənizçi. Amma dənizçi olmaq təkcə pul qazanmaq, o məhrumiyyətlərə dözmək deyil,  dənizçi ruhən həm də çox güclü bir insan olmalıdır ki, o məhrumiyyətlərə dözməklə pozulmasın, ruhdan düşməsin ölkəsini, vətənini, ailəsini sevən və onlar üçün yaşamağı bacaran vətəndaş olsun.

-Yadıma təxminən 35 il öncəki vaxtlar düşür. Gənc idik, o zaman dənizlə hələ dostlaşa bilməmişdik. O dövrdən bu vaxta qədər nələr dəyişib?

– Mən 1985-ci ildə dənizçilik fəaliyyətinə başlamışam. Artıq 35 ildir. İşlədiyim ilk gəmi “Dnestr” adlı təchizat yedək gəmisi idi.  Yaxşı yadımdadır, o dövrdə də sən eyni təyinatlı “Lütoqa” gəmisində işləyirdin. O dövr Sovet hakimiyyəti zamanı idi, Sosialist ölkənin vətəndaşları idik. O vaxtlar həqiqətən qayğısız idik, gənc idik. 20-21 yaşımız vardı. Mübaliğəsiz demək olar ki, çox gözəl bir dövr, zaman yaşayırdıq.  Heç bir şey haqda fikirləşmirdik, çətinliyimiz də yox idi. Bütün günümüz xoş xatırlanacaq zamanda idi o vaxt. Yəni hər bir işi gülə-gülə, sevinclə yerinə yetiridik.  Dənizçilərin bir-biri ilə ünsiyyəti də bu günkündən fırqli idi. Beynimiz də bu qədər yüklü deyildi. Ailə problemləri, vətəndaşı olduğumuz ölkənin, Azərbaycanın ağır günləri də yox idi. Gənc idik və işimizi görməklə bərabər gəncliyimizi də səmərəli yaşayırdıq. Dənizçinin də elə bir əziyyəti olmurdu, ən azından indiki kimi deyildi. İnsanların üzündə təbəssüm vardı. Mehriban idik, hər kəs bir birinə kömək etmək istəyirdi. O dövrdən xoş xatirələr qalıb. Münasibətlər yaxşılığı ilə yadda qalıb. İndi insanların qarşılaşdıqları elə hallar olur ki, sanki onlar bir birinə yad olublar,  qəddarlaşıblar.  Az saylı adamlar qalıb ki, köhnələrdə olduğu kimi kiməsə əl tutmaq istəsin. Nə isə, pessimizmə qatılmaq istəməzdim. Quruluş da öz sözünü deyir. Hər kəs pul dalıyca qaçır, sənətin sevilib sevilməyi ikinci plandadır. Yalnız pul qazansın. Amma bizim ö dövrlərdə bu hisslər yox idi. Biz dənizçi olmağımızdan, dənizdə olmağımızdan həzz almışıq. Şəxsən mən dənizçi olmağımla fəxr etmişəm. O qocaman kapitanlarla işləməyimdən qürur duymuşam. Onların adlarını bu gün də hörmətlə şəkirəm.  Məsələn, kapitan Fazil Soltanov. İlk dəfə köməkçi kimi onun yanında, “Netqaz-26” gəmisində olmuşam. Anatoli Semidedko var idi. Yanvarn hadisələrindən sonra ürəyi dözmədi, ürəyi dayandı. Bax mən onlarla işləmişəm. İndiki gəncliklə bizim gəncliyin arasındakı fərq bax budur. Gəmini sevmək, gəmini qorumaq, bunlar arxa planda qalıb indi.

-Maraqlı, nümunə göstəriləsi dənizçi həyatınız var. Doğma Xəzərdə, ölkədən kənarda üzmüsüz. Uzaq səfərlər kapitanı kimi hörmət sahibisiz. Gənc dənizçilərə tövsiyyəniz nədir?

– 1985-cin ildən indiyə qədər dənizdəyəm, 1991-ci ildə kapitan vəzifəsinə imtahan verib keçmiçəm. Müxtəlif gəmilərdə işləmişm. 91- ci ildən 2000 – ci ilə qədər 4 gəmidə olmuşam; “Om”, “Yarenqa”, “Batax”, “Samur”  Bütün vaxtlar çətin işlər tapşırılb.  Ən ağır işləri yerinə yetirmişik. Növbətçi qalmışıq, yanğınlar söndürmüşük, buruqları xilas etmişik,  “Azərbaycan” kran gəmisinin lövbərlərinin yerini dəyişmək, “Sülüeyman Vəzirov” boru düzən gəmisi ilə işləmək çox böyük məsuliyyət tələb edir. Başqa  yedək işləri, buruqların, üzən qazma qurğularının  başqa ölkələrə aparılması. Bu işlərlə məşğul olmuşam.

2002-ci ildə ingilis dilinib öyrəndim və Azərbaycandan kənara çıxdım, xaricdə işləməyə getdim. İlk işlədiyim ölkəm Səudiyyə Ərəbistanı oldu. Orda imtahanı uğurlu verdim və işə başlayası oldum. İlk gündən kapitana verilən dəyər ürəyimcə oldu, İstər diqqət və istərsə də maddi cəhətdən. Buruqlaın təchizatı və üzən qazma qurğularının yerdəyişməsi ilə məğul olmişuq. 2005-2006 və 2007-08  ci illərdə mən iki dəfə okeanda  yedək əməliyyatı  yerinə yetirmişm. Bu iki hal mənim dəniz həyatımdab ən şətin kontraktıarım olub. Okenada yedək içləri ilə məşğul olmaq ən çətin iş sayılır və mən bunu öz gözlərimə də gördüm.

-Hansı yedək əməliyyatları idi?

– Birinci yedək əməliyyatı Cənubi Koreyadan Avstarluyaya nəzərdə tutulmuşdu.  Yedəydə 4 ayaqlı üzən qazma qurğusu idi. Biz saniyədə 42 metr əsən şimal-qərb küləyi ilə qarşılaşdıq. Həqiqətən təhlükəli anlar yaşadıq.

İkinci yedəy əməliyyatımız Cənubi Afrikadan Amerikaya, Baham adalarına oldu. Burada da həmçinin çətiniklərlə üzləşdirk. Ama işimizi davam etdirdik. Çünki dənizssiz özümü təsəvvür etmirəm. Qaldı ki gənclərə tövsiyyəm isə budur, sənətlərini sevsinlər. Yaşlı, təcrübəlib kapitanlardan öyrənsinlər. İndi bəzilərində çox pis tendensiya var. Onlara elə gəlir ki, hər şeyi bilirlər. Mən bu yaşımda da öyrənirəm. Dənizçi olmaq, bir komanda olmaq deməkdir. Komanda olaraq birlikdə maneələri dəf etmək olar. Bunu arzulayıram gənclərə. Hər hansı bir işin öhdəsindən birlikdə gəlsinlər. İngilis dilini öyrənsinlər. Xaricə çıxsınlar. Dövlətimizi, vətənimizi daha yaxşı təmsil etsinlər.

-Ümumiyyətlə dənizçilərin spesifik xarakterləri olur. Bəzən buna dikbaş, dalaşqan, səbrsiz epiteti vururlar. Sizcə də belədir?

– Bəzən dənizçiyə içkiyə qurşanmış, yaxud hansısa pis vərdişə bulaşmış kimi baxırlr. Onlara bu yarlıklar vurulur. Dalaşqandılar, və sair.  Mən bununla razılaşmıram. Hər bir normal isan kimi dənizçi də içki içə bilir, şadlana, rəqs edə edir.  Amma bilirsiz ki dənzçi 15-10 nəfər adam bir yerdə komanda olaraq çalışır. Və bu insanlar həmişə birlikdə olubda ədalət, düzgünlük görür. Bir birlərinə arxa durur, kömək edirlər. Amma həmin insanlar gəmidən kənarda olanda yeyib – içəndə sözssüz ki, haqsızlıq görür, özünə və qeyrisinə qarşı. Bax onda daima ədalətli və düzgün qərarlarla yaşayan dənizçi ədalət , düzgünlük tələb edir. Mübahisə olur, diqqətə düşür və dənizçilərə belə yarlıklar yapışdırılır. Elə deyil əslində. Sahildə hər kəs bildiyi kimi hərəkət edər. Dənizçi hər şeyi öz həyatındab olduğu kimi görmək istəyir.

-Bu il 1990-cı ilin qanlı 20 yanvar hadisələrindən 30 il keçdi. “Neftqaz-64” gəmisində kapitanın baş köməkçisi idiz. O günlər necə qalıb xatirinizdə?

– O qara yanvardan 30 il keçir. Amma buv 30 il qabaq olan hadisə heç vaxt unudulmayacaq. Xalqımızın yaddaşındadır. Bir tarixdir, tarix isə unudulmur, təəssüf ki, təhrif olunur. Dövlət səviyyəsində o günlər qeyd olunur. Siz yaxşı bilirsiz, bu haqda yazmısız da. O vaxt mən “Neftqaz-64” gəmisində baş köməkçi vəzifəsində çalışırdım. Kapitan hərmətli, təcrübəlib kapitanlardan olan Dəmirov Rövşən idi. Mən hər zaman demişəm, indi də deyirəm ki, onunla fəxr edirəm, onunla qurur duyuram ki Rövşən müəllimlə bir yerdə olmuşam, bir hərəkət etmişəm. Yanvarı 20-də  “Şirvan-2” gəmində baş köməkçi işləyən Ağalar İbrahimov, mən və 2-3 nəfər digər dənizçi, limanbazada bir yerə yığışdıq.  Ağalar müəllim təklif etdi ki, biz Limanbazadan Prezident  aparatına qədər yürüş etməliyik, insanlar  ordadır. Biz də dononmanın adındn həmrəyliyimizi bildirməliyik. Limanbazadan çıxdıq. Və Prezident Aparatına qədər yoldan ötənlər bizə qoşulurdu. Aparata çatanda xalqın ucu bucağı görünmürdü. XDND idarəsinin gəmiləri 19 yanvardan başlayan qırğına etiraz əlaməti olaraq Bakı buxtasını artıq mühasirəyə almışdı. Orada sözssüz ki Kasparın heç bir gəmisi yox idi.

“Neftqaz-64” gəmisi olaraq biz Bayıl forvatinin yanında lövbərdə dayanmışdıq. “Sabir Orucov” gəmisində isə ağsaqqallar olurdu. Murad Əliyev, Müzəffər Əliyev və başqaları var idi. Onların təlimatlarına uyğun hərəkət edirdik. Mən kapitanın baş köməkçisi olaraq o iclaslarda iştirak edirdim. Yanvarın 21-də belə bir mövzu müzakirə olunurdu ki, hərbiçilər öz ailələrini Mahaçkalaya aparacaqlar. İki hidroqrafik gəmiylə.  Bilirik ki bu gəmilərin sürəti çox azdır. Onlar 4 günə bu gəmiylə gedi gələ bilərlər. Bizim dənizçilərimizin cavabı bu oldu ki, deputatlardam ibarət komissiya yaransın gəmilər yoxlanılsın. Hərbiçilər buna razə olmadı. Hərbi gəmilər bizə buxtanı boçaltmaq əmri verdilər. Bu zaman kapitan Rövşən Dəmirov maşınların hazırlanması, lövbərin yığılması əmrini verdi. Hər tərəfdən bizə atəş açıldı. Gəminin kapitan körpüsündə sınmayan, güllə yarası olmayan bir yer qalmadı. Kapitan hər kəsi təhlükəsiz yerə səslədi. Mənə də dedi ki, düş aşağa, mən də istəyirdim ki, ona bir şey olmasın. Hər ikimiz kapitan körpüsündə qaldıq. Gəminin lokatr və digər idarəedici qurğuları sıradan çıxdı. Nə isə, hərbi gəmilər buxtanı tərk edə bildi və təxminən 10 saatdan sonra geri qayıtdılar. Demək onlar Mahaçqalaya gedə bilməzdi. Demək onlar hansısa gizli yükü aparıb geri qayıtdılar. Bu bizə qaranlıq qaldı. Sonra gəmimiz dəniz vağzalına yaxınlaşdı. Siyasi İcmalçı Vaqif Arzumanlı, digər şəxslər gəldilər. Çəkiliş etdilər, Rövşən müəllim geniş məlumat verdi. Həmin gün şəhidlərimizin dəfnində iştirak etdik.

Yanvarın 24-də bütün gəmilərin buxtanı tərk etməsi qərara alındı. Hər kəs lazım olan diklokasiya da dayansın, qərarına gəlindi. “Vodeley-4” gəmisi lövbəri gec yığdığına görə atəşə tutldu. Rənglərin saxlandığı anbarda yanğın baş verdi.  Bir çox gəmilər gülləboran olundu. Yanvarın 26-da gəmiləri axtardılar, bir çox dənizçilərimiz həbs olundu və Rusiyaya sürgün olundu. XDND idarəsi gəmiləri bir ailə olaraq bu ağır günlərə sinəsini gərdi. Hadisəlr XDND ailəsinin necə olduğunu ortaya qoya bildi. İndi Kasparın bəzi adamları özlərini qəhraman kimi qələmə verir.  Özümüzin içində də belələri vardı. Özlərində qəhrəman obrazı yaradanlarda var.  Məsələn Kərəm kapitan xatirələrini qələmə alıb, kitab da yazıb. Ancaq hansı ki o  qızışdırıcılıq edirdi, adını da dəyişmişdi, “Səfər bəy” adı ilə efirə çıxırdı, sonda axrıncı gün gəmini də tərk edib getmişdi. Amma başqa kapitanlar bunu etmədi. Amma heç bir kapitan da bu sonradan özünü qəhrəman kimi qələmə vermək yanğısı yox idi. Şəxsən mən “Neftqaz- 64”  gəmisinin kapitanı Rövşən Dəmirovdan və digrlərindən bunu görmədim. Vurmaq lazım idi, vururduq, getmək lazımdır, gedirdik. Rövşən Dəmirov kimi kapitanlara allah cansağlığı versin. Bu 20 yanvar hadisəsləri bizim şərəfli səhifələrimizdən biridir.  Bu hadisəlrlə bağlı sizin də kitabınız var, Hadisələrin mərkəzində olsanız da özünüzdən yox, dənizçilərimizdən yazmısız.

-30 il az müddət deyil. Az qala nəsil dəyişikliyi başa çatıb, amma tarix üçin göz qırpəmədər, elə bil. O hadisələr zamanı sıramızda olanlardan dünyasını dəyişənlər də çox oldu. Bu bir qəhrəmanlıq səlnaməsi idi. Bu səlnamənin hansısa müəllifi var idimi? Yoxsa dənizçilərimizin içindəki müstəqillik yanğısı və sovet-rus ordusunun təcavüzünə qarşı qəzəb idi?

– O dediyiniz qəhrəmanlıq səhifəsini bütün dənizçilərimiz birlikdə yazıb. Ancaq mən Mövlud Əliyevi xüsusi qeyd etməliyəm. Onun zəhməti çox keçib. Onun yaşından da böyük olan zehni, düşüncəsi, qabiliyyəti əsl bir sərkərdəlik qabiliyyəti idi, nə olsun, hələ indiyə qədər, sizin yazdığınız “Kəsilməyən həyəcan fiti” kitabından başqa bir yerdə bir kəlmə də danışmayıb, düzdü, adı xatırlanır, sadalanır. Ağalar müəllimin, Rövşən müəllimin, Müzəffər müəllimin, Qulu müəllimin, Murad Əliyevin  bax bu insanların adı keçir, onların xidməti yetərincə idi. Burda hər hansı kortəbiilik yox idi. Bütün bu hadisələr bir nöqtədən diqqətdə saxlanılıb ,idarə olunurdu və bu dediyimiz nöqtəyə hər bir kapitanın, dənizçinin hörməti var idi. Adını çəkdiyim insanlar var ki, bunların hamısının dononmada adı, hörməti, çəkisi olan insanlar idi. Və bütün dənizçilər onlara qulaq asır, dediklərinə əməl edirdilər.

-Gənc dənizçilərimizin vətənpərvərlik hisslərinin formalaşmasında bu hadisələrin rolu nə qədər olar?

-Gənc dənizçilərimizin formalaşmasında əlbəttə ki, bu hadisələri eşidən, oxuyan, maraqlananlar üçin müstəsna rolu olub. İstər 1988-ci il meydan hadisələri, istər 20 yanvar  Bakı buxtası, istər sonra Qarabağ savaşının böyük rolu var. Deməzdimki təkcə bu haidsələr gənc nəsli yetişdirir Deyərdim ki, özümüzün də zamanında bilmıdiyimiz, qanımızda, qan yaddaşımızda olan türkçülüyümüzün, vətən sevdalılığımızın, döyüşkənlyimizin olması da gənc nəslin formaıaşmasında xususi rol oynayır. Bax,  Aprel döyüşlərində, bu günəlrdə Tovuz hadisələrində zahiri görnüşü bütünlüklə bizi qane etməyən gənclərimiz  vardı ki, içlərindəki vətən sevgisinə heyran qaldıq. Onlar döyüşə atıldı.

-Səlahət bəy, Siz Neftçala da doğulmusuz. Dənizə maraq bu rayon sakinlərində xarakterikdir. Oxucularımıza qısa da olsa özünüz haqda məlumatınız maraqlı olardı.

– Mən 1964-cü ildə avqust ayının 5-də Netçala rayonunda anadan olmuşam. Əvvəl atam kimi filoloq olmaq istəmişəm. Atam uzun müddət Cəlilabad rayonunda müəllim, sonra məktəb direktoru işləyib. Amma 8-ci sinifdə oxuyarkən böyük qardaşım məni fikrimdən daşındırdı. O Arxangelskdə yaşayırdı. Orada təhsil alım, oxuyum dənizçi olum, dedi. Mən rus dilini bilirdim. Ama belə oldu ki qardaşım ardımca gec gəldi. Vaxt bitirdi. Qəzetlərin birində elan gördüm. Qafur Məmmədov adına Dəniz Yolları məktəbinə daxil oldum. Deyim ki Neftçala bir tərəfdən dəniz, bir tərəfdən Kür çayı ilə əhatələnib. Özüm də avar şəkmə yarışlarında olmuşadum.,Respublika ikincisi idim. Bu heç də təsadüf deyildi. Alın yazım idi və mən dənizçi olmağımdan qürur duymuşam. Fərqi yozxdur, istər kapitan, matros, mexannik olasan. Dənizçi dənizçidir. İnsan sənətini sevməlidir ki, ailəni dolandıra biləsən, ailəni sevcəksənsə sənətini sevəcəksən ki ailənu dolandıra bilərsən.

-Uzun müddət XDND də işləmisiz. Həm üzən heyyətdə, həm də idarəetmədə, rəhbərlikdə təmsil olunmusuz. Və bir çox şirkətlərə də yolunuz burdan başlayıb. Bu idarə sizə nə verdi?

-Dediyim kimi 1985-ci ildən XDND-dəyəm. Bu kollektiv, mənim bu günkü həyatıma olan hörmət, insan kimi formalaşmağım əlbəttə bizim idarənin işçilərinin sayəsində olub. Rəhmətliklər Asif Baxşıyev, Davud Talıbzadə, Cəbrayıl müəllim, Qulu müəllim, əlbəttə çox idi kimin adın şəkmədimsə ruhları məni bağıçlasın. Bu insanlar bizi övladları kimi tərbiyə ediblər. İstərsə də gəmi kapitanları. Yuxarıda dedim, Azərbaycanda  müxtəlif vəzifələrdə və xaricdə də işlədim. 2008- 09 cil ildən Azneft İdarə birliyində Nəqliyyat şöbəsinin rəisi olmuşam. İşlədiyim müddətdə rəhmətlik Mübariz Mədətov  dononmanın rəisi idi, mən də Az.neftdə şöbə müdürü idim. Əl- ələ verib işləyirdik. O dononmanın rəisi kimi işimdən razı idi. Sonra ailə vəziyyətimlə əlaqədar olaraq, ordan aldığım maaş az olduğuna görə məcbur oldum təzədən gəmiyə qayıdım. Xaricə getdim. 2015-ci ildə yenidən Azərbaycana gəldim.

“Topaz” da işlədim. Bir ildən sonra Qətərə getdim. Ordan da indi yenidən GMS dəyəm. “Quba” gəmisinin kapitanıyam. İşlədiyim müddətdə bu təcrübə, bu əxlaq sahibi olmağım da kollektivimizin rolu olub. Düzdür, hər kəs ailədə tərbiyə alır. Amma o ağsaqqalara qulaq asdığımza görə çox şeylərə nail olmuşuq. Çox şadam ki o insanlarla işləmişəm və mənim həyatımda əziyyətlri olub. Biz XDND nin yetriməsiyik. Bunu hər yerdə deyirəm. Biz də rəis vardı, Arif müəllim. O hər il donionmanın şəklindən ibarət təqvim buraxardı. Özümlə aparardım o kalenderları, hansı şirkətlərdə işləyərdim,  göstərərdim,  məlumat verərdim ki bizim dononmadır.

-AXDG QSC-nin bizə qürur verən bir çox layihələri var. Artıq xaricdə gəmilərin alınması da azalıb. Özümüzün Gəmiqayırma zavodumuzun tikdiyi gəmilər öz bayrağımız altında dünya sularına çıxır. Elə yaxın aylar bundan öncə “Laçın” tankeri, bu günlərdə isə “Kəlbəcər” tankerinin tərsanədən endirilməsi gələcəkdə daha hansı uğurlardan xəbər verir?

– Azərbaycanda gəmiqayırma zavodunun yenidın tikilməsi sevindirici haldlr. “Xankəndi”,  “Laçın”, indi də “Kəlbəcər”in tikilməsi, dünya sularında üzməsi çox sevindirici haldır. Bilirsiz müstəqillik təkcə deyimdə yox, əməldə də, iqtisadiyyatda da olmalıdır. Bizdə var  və bu da bizim müstəqilliyinizdən xəbər verir. Bununla da xaricdən aslılığımız hər tərəfdən azaldırıq. Müstəqil dövlət kimi gəmilərinizi tikməyiniz, dononmanın genişləndirilməsi, bizim inkişafımızdan xəbər verir. Müxtəlif təyinatlı gəmilərin istismarda olması Gəmiçiliyimizin geniş aspektdə fəaliyyətindən xəbər verir. Sualtı, suüstü tapşırıqları yerinə yetirən öz tikdiyimiz gəmilərimiz var. İnkişafımız dayanaqlıdır. Yeni bərə gəmiləriniz hazırlanır. İstər XDND istər DND də yeni gəmilər dövlərtinizin qarşımıza qoyduğu vəzifələrini icra edəcıyik.

-Sonda, DSD İB –nin işlərini necə görürsüz, nələr etmək olar ki, dənizçilərimizə dəstək ola bilək?

-Bu İctimai Birlik dənizçilərin həyatında çox əhəmiyyətli rol oyanayacaq. Amma bildiyimiz kimi istənilən sahədə olduğu kimi məmur özbaşınalığı hal-hazırda yenə də var və bu bürokratiya, məmur özbaşınalığı inkişafın dayanıqlı olmasına təsir edir, gecikdir. Bu hallar təssüflər olsun ki var. Amma cənab Prezidentin son çıxışlarında da deyildiyi kimi aradan qaldırla bilərik. Amma o vaxta qədər savadlı kadrların karyera məsələsi,  evlə təminatı, sosial məsələlərinə diqqət, istər bizdə, istərsə də xarici sularda üzən adamlarımız hss etməlidir ki onların arxasında hər hansısa bir təşkilat var. Bütün icraedici orqanlarla, qanun verici orqanlarla, Prezident aparatı və Nazirlr kabineti ilə əlaqə saxlanmalı və hər şey nəzarətdə saxlanmaqla, diqqətə çatdırılmalıdır, müqayisələr göstərilməlidir. Xariclə özümüzün dənizçi işinin məsuliyyəti və çətinliyi diqqətə çatdırılmalıdır. Bunu hər kəs bilməlidir. Mən ürəlkə, güvənərək deyirəm ki, “DSD” İB -nin gələcəyinin parlaq olmalıdır. İnanırıq ki, başda siz olmaqla. İnanırıq  ki siz bir işdən yapışıbsızsa məqsədinizə nail olacaqsız.

– Vaxt tapıb həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

– Çox sağ olun, mən də müsahibəyə görə sizə təşəkkür edirəm, sahildə görüşərik.
Söhbətləşdi: Faiq Balabəyli

Share: