Yarımçıq məktub – Əfşan Yusifqızının yeni hekayəsi

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum
-Sərvin, oğlum, aç gözlərini, yalvarıram aç gözlərini. Mənə bu zülüm etmə oğlum. Sərviiiinn..!!! Oğluuumm!!!
Qan-tər içində yuxudan hövlank oyanan Sərvin, bir anlıq harda olduğunu unutdu. Anasının səsi qulaqlarında əks-səda verirdi. Gözlərini ovuşduraraq, qalxıb yerinin içində oturdu;- Bu nə yuxu idi belə, anam niyə ağlayırdı, niyə qışqırırdı? Görəsən nə baş verib, bəlkə qardaşıma nəsə olub, deyə düşünməyə başladı….
Əsgəri xidmətini başa vurduqdan sonra, könüllü olaraq orduda qalmağa qərar verən Sərvin artıq on bir ay idi ki, ön cəbhədə gizir kimi xidmət edirdi…Son dəfə ayrılanda anasının dediyi sözü xatırladı. – Oğlum, anan qurban imkan tapan kimi gəl, nişan işimizi həll edək… O isə anasına gülə-gülə; -Nə darıxırsan ay ana, nə olub belə, hələ vaxta var-dedi.
Amma dili desə də, ürəyi anası ilə razılaşırdı. Çoxdan idi bibisinin qızında gözü var idi. Anası da bunu bildiyinə görə, istəmirdi işi yubatsın. Qızı istəyən çox idi, vaxtında demək lazımdı deyə düşünürdü…
Sərvin bütün bunları bir anlıq beynindən keçirtsədə, anasının yuxudakı qışqırıq səsi qulağından çəkilmirdi…
Saata baxdı artıq vaxt idi, yerindən durub həmişəki kimi səliqə ilə yerini yığdı. Üst başını səliqəyə salıb, otaqdan çıxdı. Qulağına qəribə səslər gəlirdi, cəld hərəkətlə əl-üzünü yuyub, təkrar otağa qayıtdı. Elə bil nəsə olacaqdı, əhvalı birdən birə dəyişdi. Buna baxmayaraq, papağını başına qoyub təkrar üst başına nəzər yetirib,çıxmaq istəyirdi ki,uzaqdan atəlan atəş səsləri eşitdi, əvvəl öz-özünə;
-Dığa köpəy uşağı yenə dinc dayanmırlar. Yəqin yenə bu küçüklərin qulağı qaşınır,-deyə dodaqaltı pıçıldadı.
Hava yenicə işıqlaşırdı, artık atışma səsləri çoxalmağa başlayırdı. Deyəsən vəziyyət ciddiləşirdi. -Bəs niyə bizlərə əmr verilmir görəsən?
Yataqxananın qarşısında leytnant Qasımovla qarşılaşdı. Salamlaşmağa imkan tapmamış Qasımov təcili arxasınca gəlməyi əmr etdi. Deyəsən yuxusu çin olacaqdı, anasının səsi təkrar qulağına gəldi…
****
Artıq gün batmaq üzrəydi, dayanmadan atışma gedirdi. Sərvinin qulaqları uğuldayırdı, bir neçə saat idi ki, dayanmadan düşmən tərəfə güclü zərbələr endirirdilər. Bütün bu saatlar ərzində anasının səsi onu təqib edirdi-“Sərvin oğlum diqqətli ol”…Qeyri-ixtiyari;
-Bağışla məni, ana!-dedi və öz səsindən özü diksindi.Fikirlərini dağıtmaq istəsə də sanki nəsə olacaqmış kimi, bir anlıq bibisi qızı da gözü önünə gəldi və “Bağışla, Nazlım!” deyə pıçıldadı…
Bir azdan növbəsini təhvil verəcəkdi, az da olsa dincəlmək lazım idi ki, təkrar güc-qüvvət toplasın… Sərvin yerinə uzansa da yuxulaya bilmirdi, xəyalı yeddi ay əvvələ getdi…
O boylu-buxunlu, yaraşıqlı, qaragözlü bir gənc idi. Hər dəfə güzgüyə baxərkən özündə bir məmnunluq hissi duyardı. Bilirdi ki, Nazlı onun iri qara gözlərinə aşiq olub. Bu qaraqaş, qaragöz oğlanın güclü yumor hissi də var idi. Hər dəfə Nazlını təəcübləndirərdi zarafatları ilə. Qız gözləri yaşarıncaya qədər gülərdi və gülməyi bəhanə edib, gözünü dayısı oğlundan çəkməzdi. Sərvinin enli kürəyinə, idmançılara xas olan sinəsinə, əzələli qollarına diqqətlə baxardı.
Sərvin də Nazlının gülüşünü sevirdi, gülərkən yanağı şirincə batardı, və;
-Qız yanağını pişikmi dişləyib?-deyərdi. Nazlı təkrar xoşbəxtıiklə gülərdi…
Sərvin xəyaldan ayrılıb, köks ötürdü, anasının səsini təkrar eşitmiş kimi oldu. Nəyisə xatırlamış kimi cəld ayağa durub, kiçik tumbanın siyirtməsini çəkdi, kağız qələm götürüb, anasına məktub yazmağa başladı;
” Ana, gözəl anam! Yuxuda gördüm səni, bu gecə. Çox narahat idin, can anam yəqin sənə əyan olub ki, mənə nəsə olacaq bu döyüşdə… Ana, döyüşdə hər şey ola bilər…Əgər mənə nəsə olsa, sən başını dik tut ana! Şəhid olsam, ağlama ana, fəxr elə, bil ki, oğlun ölümün gözlərinə dik baxdı, qorxmadı, dizləri əsmədi. Can anam, bir də sənə demək istəyirəm ki, Nazlıya göz ol, mənə bir şey olsa Nazlı canına uf demədən qıyar. Qoruyun onu, gözünüzdən uzağa qoymayın. Ana, bəlkə bu məktubu sən oxuyanda mən artıq həyatda olmayacam,(sağ çıxarsam, əlbətlki bu məktub sənə çatmıyacaq) Üzülmə canım anam, üzülmə. Sən bizə yetim olduğumuzu, atasızlığımızı hiss etməyə qoymadın. Özün əzab çəkə-çəkə bizi böyütdün. Haqqını halal et, ana! Mənə bir şey olsa adımı qardaşımın oğluna qoyarsan, deyərsən adına layiq böyü, əminin arzularını sən həyata keçirt. Ana, canım ana demək istəmədiyim bir söz də var ki, məcburam deyim.. Nazlının toyinda ürəklə iştirak elə, qoy xoşbəxt olsun Nazlı…
Ana, mən indi döyüşə gedirəm, əgər qayıtsam məktubun davamını yazacam, indi yarımçıq qoyuram, vaxtdı, gedirəm… Salamat qal ana. Səni bərk-bərk qucaqlayıram, qoxuna qurban olum ay ana, kaş birdə başımı dizinə qoya biləydim. Canım anam! “
…….!
***
Bala vay, deyib cırdığı üzündən qan süzülən, ağlamaqdan üzülən, səsi batan Gülgəz ana, özünü unudub, yarımhuşsuz halda olan baldızı qızı Nazlının başını dizləri üstünə alıb sığal çəkirdi. Nazlı isə Sərvinin qanlı paltarının cibindən çıxan yarımçıq məktubu bərk-bərk dodaqlarına sıxmışdı…
16.07.2020.
Müstəqil.Az
329 baxılıb
Paylaş
mersin escort