“Koronavirus, nəhayət, dekabrda tarixə dönəcək…”

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum
Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD)  bir qrup tədqiqatçısı dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarix barədə növbəti proqnoz verib.  Bəs bu xoşbəxt an nə vaxt gələcək?..
 
Moderator.az bu suala İsrail mediasında  yayılmış materiala istinadla cavab verir.
“COVID-19” ilə bağlı karantin, özünü təcrid etmək – bütün dünyada insanları cana-boğaza yığıb. Ancaq  Sinqapurdan olan alimlərin yaydığı məlumatlar bu dəhşətin sonsuz olmayacağına ümid verir.
Sinqapur SUTD mütəxəssislərinin proqnozlarına görə, koronavirus, nəhayət, 2020-ci ilin dekabrında tarixə çevriləcək. Üstəlik, bütün ölkələr fərqli vaxtlarda ölümcül koronavirusu məğlub edəcək. Məsələn, ABŞ sakinləri sağlamlıq və həyatları üçün təhdidin 2020-ci ilin sentyabr ayının əvvəlində yox olacağını gözləyə bilərlər. Böyük Britaniya isə “COVID-19”-u 2020-ci il avqustun sonunadək məğlub edə biləcəkdir.
Qeyd edək ki, Sinqapur  alimləri araşdırmalarında süni intellektdən istifadə ediblər.
Sinqapurlu elm adamları verdikləri məlumatların etibarlılığına görə məsuliyyət daşımır, yalnız zaman süni intellektin hesablamalarının nə qədər düzgün olduğunu izah edəcək. Tədqiqatçılar  proqnozlarından karantin tədbirlərinə riayət etməkdən boyun qaçıraraq fəaliyyət göstərişi kimi istifadə etməməyə çağırır.
Xatırladaq ki, Sinqapur SUTD mütəxəssisləri bu il aprelin sonunda da  “COVID-19”infeksiyasının bitməsi ilə bağlı proqnozlar vermişdi. Təəssüf ki, onların böyük hissəsi hələ ki, özünü doğrultmayıb. Əyanilik üçün həmin proqnozları bir daha nəzərinizə çatdrırırıq:
Koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq.
Ölkələrin siyahısında ilk Hindistan qeyd edilib. Bildirilib ki, burada virus 21 maya qədər 97 faiz azalacaq.
Sinqapurda isə koronavirus mayın 5-nə qədər 97 faiz azalacaq, iyunun 4-də isə bitəcək.
ABŞ-da COVID-19 mayın 11-də 97 faiz, İtaliyada mayın 7-nə kimi 97 faiz az olacaq.
Koronavirus İranda mayın 10-da, Türkiyədə 15-də, Böyük Britaniyada 9-da, İspaniya və Fransada mayın 3-də azalacaq. Alimlər qeyd ediblər ki, Almaniyada virusun bitməsi aprelin 30-da, Kanada da isə mayın 16-da gözlənilir.
Azərbaycana gəlincə, alimlərin fikrincə koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının 14-ü isə tamamilə yox olacaq.
Qonşu ölkələrdə isə vəziyyət belədir:
Rusiyada koronavirus mayın 20-də 97%, mayın 28-də 99 %, iyulun 20-də 100%
Türkiyədə mayın 17-də 97%, mayın 29-da 99%, avqustun 12-də isə 100%
İranda mayın 20-də 97%, iyunun 9-da 99%, oktyabrın 22-də 100%
Gürcüstanda mayın 13-də 97%, mayın 23-də 99%, iyunun 6-da isə 100%
Ermənistanda iyunun 11-də 97%, iyunun 29-da 99%, avqustun 20-də isə 100% yox olacaq.
209 baxılıb
Paylaş
mersin escort