Cəlilabadda qaraçıların işləməsinə icazə verildi

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Hüsəma Bin Sərxan

Kriminogen vəziyyəti deyə bilmərəm, amma karonagen durum həkim-əhali-polis həmrəyliyindən həvəslənərək səngiyən-fasondu. Amma görünən odur ki, rayonun nəki koronsvirusu var, qovub-qovalayıb Qarazəncir-Ocağlı ərazisinə soxublar. Yəni virusun fəaliyyət dairəsin daraldıb, dağlıq ərazilərdən düzəngaha “endiriblər”. 

Yeriniz məlum, o gün Məlikqasımlı kəndinə getmişdim; otuz iliydi Qarazəncirdə yaşayan, amma Boyxanlı İnzibati Dairəsində qeydiyyatda olan bir mərhumənin yaxınlarına başsağlığı verməkdən, o dünyası üçün xərc yazdırmaqdan ötrü. Sizin mənə andınız yoxdu, rastlaşdığım mənzərədən tüklərim ürpəşdi! Spirt cəhənnəmə, 300 nəfərlik naves-vayxanaya yerləşdirilmiş 30 masada nəinki tualet salfetkası, heç istifadəyə yararsız turusu-köynək əskisi də yox idi. Vayxananın girişində tənha bir stul vardı, sanki qurbanıolduğum məxsusi mənə saxlamışdı. Gözümdə qara eynək, sifətimdə buruntuluğ-maska; təklif-filan gözləməyib özümü atdım stulun üstünə. Bir az rahatlayandan sonra xatırladım ki, salam verməyi də unutmuşam. Sonrası məlum, hər kəsin diqqəti məndəydi, birdən-birə üzərimə tuşlanmış onlarla nifrət, həqarət dolu baxışın altında donu açılan ət parçası tək əriyirdim, əridikcə iylənirdim.
Nə başınızı ağrıdım, həmin an və məqamda özümü eşşəyi oğurllanmış Sanço Pansadan betər naqolay vəziyyətdə hiss edirdim. Səbirsizliklə mollanın “fatihə” komandasın gözləyirdim ki, Lamançlı Don Kixotun döyüşdüyü “xaraba dəyirmandan” qurtulum, elə bir hadisə baş verdi ki, hələ də hər yadıma düşəndə, bilmirəm ağlayım ya gülüm.
Demək, molla “fatihə”ni qurtarmaq üzrədi: “vəlmömininən vəl möminat, vəlmüsliminan vəlmüslimat, mərhumə bacımızın ruhu…”. Hə əzizlərim, diqqətinizə ərz eləyim ki, elə bu vaxt diyəsən bə… vayxanaya bomba düşdü: öhö…hö… hö…öhö…hö…hö… Yazıq mərhumənin “ruhu şad olmağa” macal tapmadı. Ramin Bayramlının tövsiyyə və məsləhətlərinə uyğun olaraq özümü atdım çölə. Mirətə qalmış kalçuk stul da mənimlə. Heç demə yapışıb yanbızıma, mənimlə can bir-qəlb bir olmaq istəyirmiş. Qardaşım yetişlb stulu dalımdan ayırmasaydı, olmasa-olmasa 5-6 kilo virus gətirəcəkdim Qarazəncirə. Deməyim odur ki TƏBİB-in girdirmə məlumatlarına inansaq ölkəmizdə yoluxma və ölüm halları kosmik sürətlə azalır. Baxmayaraq, Allah bərəkət versin, TƏBİB-in elan etdiyi iki rəqəmli yoluxma faktı hər gün Qarazəncir-Ocağlı ərazisindəki saydan azdı. Etika xatirinə ölənlərdən, özünü öldürənlərdən danışıb, qanınızı qaraltmaq istəmirəm. Bir sözlə, Qarazəncir Kənd İnzibati Dairəsində “dirəniş hərakatı” pik həddədir. Allah həkim və polislərimizin də canın salamat eləsin, bü çətin günlərdə əhaliyə dəstək və qayğıların əsirgəmirlər. Şükür Allaha, hər kəsin kefi saz, əhval-ruhiyyəsi yerindədi. Bütün lazımlı-lazımsız obyektlər tam gücü ilə işləyir, öpüşən və qucuşanların sayı artır, cibində salfetka, əl dəsmalı əvəzinə maska gəzdirənlər həndəsi silsilə ilə çoxalır. Asqıran və öskürənlərinsə sayı-hesabı yoxdu. Bu tempi saxlaya bilsək, ÜST-ün və Bil Qeytsin nəzərdə tutduğu 60-70 faizlik kütləvi immunitet həddini aşan ilk insan məskəni biz olacağıq. Azıx mağarasından başlayan macəralarimiz Qarazəncir-Ocağlı ərazisində məntiqi sonluğuna qovuşacaq.
Özbək şair bu yerdə deyib: “Dirilər yalandan ağlaya bilir, Ölülər yalandan ölmürlər axı.”
Həə, tamam unutmuşdum, avqust ayının 9-undan qaraçı-dilənçilərin belə Qarazəncir inzibati Ərazisində fəaliyyətinə icazə verilib.
(Yazının davamı olacaq.)
 
 
2. 309 baxılıb
Paylaş
mersin escort