“Eşidəndə ki, Kəmaləddin Heydərovun oğlu rəssamın qızı ilə evlənib…“ – Seyran Səxavət 

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Son illər mətbuatda yer alan xəbərlərin təhlili onu deməyə əsas verir ki, məmur oğlanları vəzifəli şəxslərin, tanınmış iş adamlarının qızları ilə izdivaca üstünlük verirlər. Bu cür evliliklərdə valideyn əsas söz sahibinə çevrilir. Yəni evliliklər sevgi üzərində deyil də, maddi maraqlar üzərində qurulur.

Bəs buna səbəb nədir? Cəmiyyətdə təmənnalı evliliklər niyə artır?

Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən  yazıçı Seyran Səxavət qeyd edib ki, indi əvvəlki kimi sevgi, məhəbbət, insanların bir-birinə ilahi mənada meyl etməsi yoxdur. Çox nadir hallarda imkanlı adamların övladları orta səviyyəli bir şəxsin qızı ilə ailə qurar:

“Məsələn, Kəmaləddin Heydərovun oğlu Taleh mənim tanıdığım, əslən Şüvəlandan olan rəssam Arif Əzizovun qızı ilə evlənib. Mən Kəmaləddin Heydarovu və oğlunu şəxsən tanımıram. Amma atası Fəttah Heydərovu tanıyırdım. Elə hesab edin ki, Fəttah Heydərovla bərabər mənim 20 şeirim öldü. Çünki o, hələ 40 il bundan əvvəl mənim 20 şeirimi əzbər bilirdi. Həmçinin rəssamla da tanışlığımız var. Bu yaxınlarda da Xalq rəssamı oldu. Məlumdur ki, rəssamlar ziyalı olsalar da, imkansız olurlar.

Bir haşiəyə çıxım. Məsələn, məlumdur ki, Van Qoq əsərlərinin çoxunu sarı rənglə işləyib. O, bunu bəxtəvərlikdən, sevgisindən etməyib, sarı rəng o vaxt ən ucuz rəng olub, ona görə belə edib. Hətta o boyanı da Van Qoqa qardaşı alıb. Bəli, illər keçdikdən sonra onun əsərinin dəyəri milyonlarla ölçüldü, amma vaxtında əzab-əziyyət çəkdi. İndi də rəssamlar elə də varlı deyil. Mən eşidəndə ki, Kəmaləddin Heydərovun oğlu ziyalı olan rəssamın qızı ilə evlənib, dedim halal olsun. Lakin bir güllə bahar olmur”.

Seyran Səxavət bildirib ki, hazırda sevgi “buxalteriya”dır:

“Orada hesablamalar gedir. Düşünürlər ki, mən filankəsin qızını alsam, ondan mənə nə xeyir gələr?  Nəticədə “Hesablama Palatası”nın köməyi ilə evlənirlər. Kasıb-varlı məsələsi bizdə tarixən olub. Təsadüfi deyil ki, bizdə -“Taylı tayını tapmasa, günü ah-vayla keçər”-deyə, bir misal var. Onlar bunu əldə rəhbər tutaraq evlənirlər ki, filan nəsil bizim tay-tuşumuzdur. Amma insan elədir ki, Allah onların hamısını bir-birinə tay yaradıb. Sadəcə, özləri sonrada aralarına sədd çəkməyə başlayıblar.

Bunun hamısı XX-XXI əsrin yekəbaşlıq və qorxaqlığından irəli gəlir. Yekəbaşlığı onunla bağlıdır ki, guya tərəqqipərvər, sivildirlər. Amma neçə illərdir ki, insanlar bir-birlərinin qanını tökürlər, müharibələr davam edir. Bu bəşəriyyətin harası sivil oldu? Qorxaqlıq isə elə koronavirusda bilindi. Dünya ictimaiyyəti, sivilizasiya və s. bunların hamısı müəyyən zümrələrə qulluq edən uydurmalardır. Bakıda bir nəfər digərini vurub öldürürsə, guya dünya ictimaiyyəti buna reaksiya verir. Yalana bax e… Doğrudan da dünya qarışıb”.

Yazıçı vurğulayıb ki, bu gün bütün dəyərlər ayaq altına salınıb, tapdalanıb və murdarlanıb:

“Məsələn, adam nəsə bir şey yeyəndə o yerə düşürsə, onu təkrar yemir. Dəyərlər də bu cür tapdalanıb. Dəyərlər zümrəsi öz dəyərini itirib. Onlar artıq iyləniblər. Çünki istifadə edilməyən nə varsa, sonda xarab olur. Dəyərlər də belə olub. Varlı varlı ilə evlənəndə guya xoşbəxt olur?  Azərbaycanda bunun əksini təsdiqləyən nə qədər misal var. Dünyada da az deyil. Məsələn, dünya şöhrətli futbolçu Maradonanın qızı başqa dünya şöhrətli bir futbolçu ilə evləndi. Bir müddət sonra da ailə darmadağın oldu. Bu, Azərbaycanda da ən yüksək səviyyədədir. Bir növ göstəriş üçün evlənilir.

Onların 50 faizdən yuxarısı kvorumdur, ailələr dağılıb gedir. Bu, bir ölkənin, xalqın, millətin psixoloji durumu ilə bağlı olan şey olsa, onu həll etmək olardı. Amma dünya xarab olub. Sanki insanların bədənində iki ayaq da əlavə bitib. Bunların hamısı dünyanın psixoz vəziyyəti, dəyərlərin tapdanması ilə bağlıdır. Başqa heç bir səbəbi yoxdur. Həqiqət nə vaxt tapılsa, səbəb də o zaman tapılacaq”.

Sayad HƏSƏNLİ

338 baxılıb
Paylaş
mersin escort