Dünyanın ilk yelkənli tankeri

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

 Müstəqil.Az İlqar Quliyevin tərcümə etdiyi və hər kəsdə maraq doğuracaq bu xəbəri olduğu kimin yayınlayır.
Məşhur yelkənçi Tomas Lousonun şərəfinə adlandırılmış gəminin inşası 24 min dollara başa gəlib. İlkin olaraq yarışlarda iştirak üçün nəzərdə tutulsa da, sonralar gəmidən qazanc üçün istifadə etmək qərarına gəlirlər.

ABŞ-da sənayenin sürətli inkişafı ilə Atlantik okeanı boyunca Amerika ölkələri arasında daşınan kömürə ehtiyac da artırdı. Mənfəətin təmin edilməsi zərurəti və şirkət sahiblərinin dənizçilərin maaşlarını artırmaq istəməmələri kiçik heyətlə böyük yelkənli gəmilərin inşasına səbəb oldu.

“Thomas W. Lawson” gəmisi əvvəlcə kömürün daşınması üçün istismar edilir. 120 metr uzunluğunda gəminin 2 gövdəsi var idi. Ümumi yelkən sahəsi 4 min kv/m-dən az deyildi. Mühərriki olmayan gəmi buxar mexanizmi vasitəsilə hərəkət edirdi.

Gəmi tam yükləndiyi halda suya oturumu 9 metrə çatırdı. Həmin dövrdə belə dərinə otura bilən gəmiləri yalnız bir liman – Nyuport Nyus limanı qəbul edirdi.  Gəminin kapitanı  Artur L. Kroulinin sözlərinə görə, hündürlüyü 14 metr olan gəmini güclü külək əsən zaman idarə etmək olduqca çətin olurdu.

Üzən vasitənin eni və uzunu həmin dövrdə qəbul olunmuş standartlardan artıq idi ki, bu da onun davamlı olmasına xidmət edirdi.  Gəmi ümumi çəkisi 18 ton olan 25 yelkəndən ibarət idi. Gəmidə çəkisi 60 ton, uzunluğu 35 metr olan maçtalar qurğusu mövcud idi.

Dənizçilər ağır yelkənlərin qurma və qatlama işlərini kiçik bir buxar mühərriki vasitəsilə həyata keçirirdi. Gəmi mühərriksiz çalışdığı üçün dənizdə aramla və ləng hərəkət edirdi. Lakin ağır çəkili yükqaldrma qabiliyyəti onun bütün çatışmazlıqlarını ört-basdır edirdi.

“Thomas W. Lawson” gəmisi kömürlə bərabər Amerika sahillərinə duz və qum da daşıyırdı. 20-ci əsrin əvvəllərində neftə olan tələbat artdığından 1906-cı ildə “Anglo-American Oil Co.” şirkəti tərəfindən alınan gəmi “Newport News Drydock” gəmiqayırma zavodunda təkmilləşdirilir. Gəmi yenilənəndən sonra onun qiyməti artıq 400 min dollara çatır.

1907-ci dekabrın 13-də London limanına neft daşıyan zaman “Thomas W. Lawson” gəmisi Silli adası sahillərində güclü fırtınaya düşərək qəzaya uğrayır. 17 nəfərdən ibarət heyətin 15 nəfəri həlak olur. Qəza nəticəsində gəmi batır. Hazırda gəminin qalıqları Atlantik Okeanının 17 metrlik dərinliyindədir.

Mövcud olduğu qısa müddət ərzində “Thomas W. Lawson” gəmisi həm ən böyük  yelkənli gəmi kimi, həm də qəzaya uğramış ilk tanker kimi tarixə düşüb.

İllər keçdikcə “Thomas W. Lawson” gəmisi bir neçə roman və bədii filmlərin “qəhrəmanına” çevrilib.

 Müstəqil.Az

mənbə: Seanews.az

1. 817 baxılıb
Paylaş
mersin escort