LƏMDƏ BİR YAY AXŞAMI… – Xatirə Xatun yazır

LƏMDƏ BİR YAY AXŞAMI

1.Publisistik hissə

Ləm- cənub bölgəsinə xas olan xüsusi və gözəl arxitekturalı yay evidir.Əsasən kvadrat formasında tikilib bünövrəsi qırmızı kərpicdən, digər hissələri isə yerli meşə materiallarından hazırlanan şalban və taxtalardan ibarət olur. Damını “suğal” adlanan kirəmit dam örtüyü ilə örtərdilər. Ləmdə istifadə olunan bütün taxta işləmələr bir-birinə keçirmə yolu ilə işlənərdi, yəni, mismardan demə olar ki istifadə olunmazdı.

İstirahət üçün nəzərdə tutulmuş bu evlər dincəlmək üçün misilsiz br məkandır.Ləmi inşa edən ustalar küləyin səmtini mutləq nəzərə alardılar.  Bunun nəticəsidir ki, ikinci mərtəbəyə qalxanda oranı külək yaxşı tutur. Yəni orda yaxşı sərinlənmək olur.Hal –hazırda belə ləmlərin biri Astara rayonu Ərçivan qəsəbəsində Əsədulla Musayevin həyətində qorunur.,,Ulduz “ filmində Məhəmmədlə Züleyxanın məşhur duet- dialoqunun çəkildiyi, yazıçı Fərman Kərimzadənin ,,Xudafərin körpüsü” romanı üçün materiallar toplayanda dincəldiyi bu ləmin yaşı 110-dan çoxdur.

Sin descripción disponible.

2.Bədii hissə

Qəşəng və xəfif külək əsir.Indi bir kənd evinin həyətindəki ləmdə dincəlmək vardı.Həsir üstə, mütəkkəyə dirsəklənmiş halda, qarşında dadlı, şirin, buz kimi sərin yay meyvələri-şirinlikdən partlamış gavalı, yetişib həddini ötmüş armud, ağız sulandıran göyəm, giləsinə baxanda şəklin düşən üzüm,həyalı  alma və s.Başın üstə, ləmin açıq yerlərindən ağacların bir-birinə dolaşmış budaqları küləyə qoşulub sənə sərinlik bəxş edə.O ağaclardakı quşlar, böcəklər də səs-səsə verib bu ahəngə qatıla.Qonşu həyətdəki söyüd ağacının daim sakinləri olan cırcıramalar hec dil boğaza qoymurVə sən bu yay simfoniyasının fonunda yarıyuxulu gözlərinlə yarpaqların rəqsini seyr edərək məst olasan. Həyətdə də samovar qaynaya, arada sənə də xoruzquyruğu, kəklikotulu, nanəli Lənkəran çayı gətirələr.

Axşam düşür, əl-ayaq çəkilir, meşədə, düzdə otlamaqdan doymuş mal-qara agır-ağır hərə oz pələtinə ( oxu: qapı) doğru yol alır.Bütün gün oynamaqdan əldən düşmüş üst- başı, əl –ayağı kirli uşaqlar da nəhayət ki evə yiğışır.O halda onları evə buraxan kimdi? Analar, nənələr bir-bir onları  gün altında qızmış su ilə cimizdirib təmiz dəyişək geyinidirdikdən sonra evə ayaq basmağa icazə verir.Ailə axşam yeməyinə hazırlaşır.

Ləmin düz ortasında yerdə buta naxışlı süfrə salınır.Gunorta təndirdən cixmış cörəklər, saxsı qabda nanəli-sarımsaqlı buz kimi ayran, duz qabıda dahar( nanə və duzun bir yerdə daşla döyülməsindən alınır, yeməyən bilməz), bol göyərtili-soğanlı çoban salatı artıq süfrədə yerini tutub.Evin xanımı bayaq təndirdən çörəkləri çıxardıqdan sonra orda ici bol ləvəngili toyuq da bisirib , elə təndirdəcə üstünü çüyün (oxu: çuqun) dəhmərdə( oxu: kiçik tas)örtüb ki iyi yayılmasın.Amma çifayda) elə də qəşəng yayılıb ki…Evin ağbirçəyi də daş altda saxladiğı badımcandan ləvəngi- badımcan hazırlayıb , həm də daşda doydüyü bol qozlu- soğanlı, alça turşulu ləvəngi ilə.Bir də talış mətbəxinin olmazsa- olmazı turşkabab- yaşıl hicablı gözəl-  var bu gün axşam sufrəsinə.

Ətri yeddi həyət o yana gedən əmbərbüdən( düyü növü-əmbər ətirli mənasını verir) süzülmüş  polo ( oxu: plov-aş)  da mis qazanda təndirxanadakı ocaq ustə, dəmiragac közündə  dəmdədi.Hamı süfrə kənarındadı.Evin böyüyü , ağsaqqalı yuxarı başda güllü citdən üzlüyü olan mütəkkəyə dirsəklənib nəvələri ilə zarafatlaşır.Nənənin  polo qazanını ocaqdan götürdüyün görən nisbətən böyük uşaqlardan ikisi köməyə qacır.Qazan da ləmə cıxır, onu icinə nəm əski salınmış podnosa qoyurlar ki dibini ( oxu: qazmağını)buraxsın.

Ləvəngi toyuq doğranıb nənənin qabaginda bayaq ona qapaq olan çüyün dəhmərdədə hazır halda, o füsünkar ətrini aləmə yaya –yaya gözləyir.Ləvəngi- badımcanlar da bir qaba qalaqlanıb.Evin gəlini üstü yamyaşıl yağla örtülmüş turşkababı masqurlara( oxu:kicik kasa) çəkib yanındakı uşağa verir ki oturanların hərəsinin qarşısına birini qoysun.Birdən kicik şətəlin ( oxu: nadinc uşaq) yadına düşür ki qarpız yoxdu.Hanı bəs qarpız? Həə, qarpiz səhərdən  quyunun buz kimi suyunda dincəlməkdədir)). Evin oglu tez ləmdən asağı düşüb quyuya tərəf yüyüyür.Qarpızı yada salan balaca da atasının dalıyca götürülür.Qulpundakı kəndirin bir ucu  quyuya bağlanmış iri aluminum vedrəni üzüaşağı quyuya atirlar.Oncə qarpızın koordinatları təyin olunur))Kəndiri bir az tərpədib vedrəni duz qarpızın altında bərqərar etdikdıən sonra yavaş- yavaş yuxarı dartırlar.Budur, buz kimi quyu suyunda sərinləmiş qarpız da gəlib cıxdı.Baıaca da atasının böyründə atılıb-düşür: ,,ata, mən dedim  aa, ata, mən yada saldım aa”.Ata da qucaginda qarpız onun günəşdən yanıb qaralmış daz  basına yungul bir çırtma vurur, yəni ki, oğulsan.Uşaq da xoşhallanıb gülür, tərif istəyir, neynəsin tifil).

Ağsaqqal ləmə qalxan oğlu ilə nəvəsini əl işarəsi ilə yanına çağırır.Ogul qarpızı gətirib atasının qarşısına qoyur.Anlaşılan , kişi ozü kəsəcək.Bunu duyan gəlin tez bir hövsər ( oxu: taxtadan düzəldimiş sini) və iti bıcaq qapıb cəld qaynatasına çatdırır.Kİşi qarpızın üstundən ici bir dairə şəklində qabıq kəsir, sonra onu da dörd bərabər hissəyə bölüb azca yuxarıdan yerə atır.Ürəyində arzu tutan hər kəs əlindəki işini saxlayıb qarpız qabiqlarının hansı üzü üstə düşəcəyini seyr edir.Uçü ağ tərəfi düşdü- yaxşı gəldi, şükür.Süfrənin aşağı başında oturan ağbirçək bir an əlini ayırdığı işinə davam edir- yağlanmış kiçik nimçə ilə plov çəkir, gəlin də mis masqurda əridilmiş kərə yagini qaşıqla plovun üstündə gəzdirib yavanlığı qoyur.Uşaqların isə gözü qazanda qalıb: ,,nənə, dibi haçan çıxar, ay nənə, qazmaq da ver!”Nənə də : ,,dibinə hələ var, dözün bir az “,-deyə cavab verir.

Orta əsrlərin lüks hotelləri

Hər kəsin yeməyi qarşısındadı, amma hamı evin böyüyünə tərəf baxır.Ağsaqqal ,,bismillah “ deyib əlini nimcəyə uzadandan sonra ailə də yeməyə başlayır.Toyugun cinaginı bacı- qardaşı ilə çəkişdirib mərcə girən kim, turşkababın yaşıl suyunu plovun üstündə gəzdirən kim, qarpız tumunu iki barmağı arasında sıxıb buraxmaqla uzaga tullayan kim)

Süfrə yiğişir, indi də yuxari bayaqdan bütün bu olanları bir ağsaqqal təmkini ilə seyr edən samovar gəlir- həəə, Xanbulan suyu ilə Dəmirağac közündə  xalis Lənkəran cayını dəmdə saxlarsansa , müdrük olmamaq mumkun deyil…

Cay da icilir, xoş söhbətlər gecənin yarısına qədər uzanır,  gözlərindən yuxu tokulən balacalar hərəsi bir tərəfdə- biri nimdar( oxu: döşəkçə), biri həsir, ən zirəyi isə nənənin dizi üstə mürgüləyir.Ata bir –bir onları evə daşıyır.Gəlin ortalığı yığışdırır.

Hardasa bir quş oxuyur, yaxınlıqdakı gölməçədə qurbağalar səs-səsə verib yay gecəsinə xüsusi ahəng qatır.Sərin külək də  ləmə layla çalır- yay gecəsinin laylası…

Xatirə Xatun, şair-publisist

09.08.2020

 

Müstəqil.Az

 

Share: