Nəğmələrimiz – ruhumuzun laylası

“Sevərsənmi?” mahnısı necə yarandı…

Sözləri Afaq Şıxlının, musiqisi Aygün Kazımovanın olan bu nəğmənin qəribə doğulma səbəbi var. Şeirin müəllifi Afaq Şıxlı (1969-cu ildə Bakıda doğulmuş) Moskvada yaşayır, ixtisasca həkimdir. Şair-tərcüməçi, Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Eyni zamanda AYB-nin Moskva bölməsinin məsul katibidir(2015) Afaq Şıxlıya tanrının bəxşişləri çoxdur: o, şeirlə yanaşı  musiqi və rəssamlıqla da möhkəm bağlıdır, şəkil çəkir, mahnı bəstələyir.

Moskvada yaşayıb, yaradan həmyerlimizin şeirləri Vətəndə də kifayət qədər yayılmız, burada da şeir həvəslisi oxucular da toplaya bilmişdir. Bunun fərəhli nəticəsi odur ki, Afaq xanımın şeirlərinə Zəka Vilayətoğlu, Anar Şuşalı, İranə İsaxanlı kimi gənc bəstəkarlarımız mahnılar bəstələmişlər. Amma daha çox özü öz sözlərinə mahnı qoşur: həm şeirin, həm musiqisinin müəllifi olur. Onun mahnılarını Aygün Kazımova, Natəvan Həbibi, Rəqsanə, Anar Şuşalı, Zəka Vilayətoğlu, Şəhla Həmidova məharətlə ifa edirlər.

“Sevərsənmi?” mahnısına da öncə özü musiqi bəstələmişsə də  mahnını bəyənib öz repertuarına daxil etmək istəyən Aygün xanım da ona öz ifa tərzinə uyğun əlavələr etmiş, beləliklə əsər təkrar bəstələnməli olmuşdur.  Həqiqətən söz də, şeir də, nəğmə də ürək hərarətindən doğur.   İki sənətkarın əməyinin nəticəsi olan bu nəğmənin necə meydana gəlməsi barədə Afaq xanım özü danışır ki, bir gün Puşkinin “Belkinin hekayələri”ni mütaliə edirdim. O silsiləyə daxil olan “Xanım-kənli qız” hekayəsinə keçdiyimdə çoxdan oxuduğum bu hekayəni indi təkrar təzədən oxuduqca mənə sanki tamam başqa cür təsir etdi, yeni, daha güçlü ovqat yaratdı…”

Bilirsiniz ki, hekayədə güclü eşq, gənc ürəklərin az qala dünyanı yerindən oynadacaq sevgisi və qarşısında sinfi bərabərsizlik dağ kimi dayanmış. Hər nə olursa olsun, ortada heç ölümə belə baş əyməyən məhəbbət var. Puşkinin bu hekayəsində qız sevgisi uğrunda fövqəladə hünər göstərəcək qədər cəsarətlidir. Tutdu məni hekayə: Ədəb-ərkan xatirinə tanımadığı oğlanla tanışlığa girmək nə qədər çətinsə xanım Liza öz kimliyini gizlədərək paltarını dəyişir kəndli qızların geydiyi sarafan geyib zadəgan gəncin yoluna çıxır. Birbaşa… “ört-basdır” etmədən mərdanə, səmimi etiraf…  Necə deyərlər, “indi burada can da var, həyəcan da…”

Daha nə olacaqdı ki?! Bəzən təəssüratlar, etiraflar “Yaz, durma, yaz” deyə elə təlatümlər yarada bilər ki… Beləliklə,  “Aldığım bu təəssürat   istər-istəməz, özüm də bilmədən, buna heç cəhd etmədən misralara keçirdi, heca-heca açıq deyilişi ilə ahəng yaratdı” deyə Afaq xanım həmin günün övqatını bizə çatdırır:

Gözlərimi  yumsam,

3-ə qədər saysam,

Adını çağırsam –

gələrsənmi?

Dərhal yazdıqca musiqi də qoşurdum, musiqi yavaş templə gedirdi. Aygün xanımım oxu tərzini yadıma salırdı sanki. Düşünürdüm ki, bunu yalnız o oxuya bilər. Mənə elə gəlirdi ki, indicə yazdığım bu şeir-nəğmə tamamilə Aygünün tərzinə, xarakterinə uyğundur. Bakıda orta məktəbdə Aygündən iki sinif yuxarıda oxuyurdum, bacısı Xanım ilə isə sinif yoldaşı idim. Bibim Afitab Şıxlinskaya da müəllimimiz idi.  Əlaqə saxlayıb görüşdüm, mahnını verdim. Lakin sonra köməkçisi xəbər verdi ki, Aygün mahnını təzədən hazırlayır, özü bəstələyir, hit-musiqi ilə oxuyacaq. Aygünün sənətinə, ifaçılıq qüdr\tinə inanırdım, ona görə də eşitdiyim yeni xəbərdən narahat olmadım. Aygün mahnını ilk dəfə elə Moskvada ifa etdi. Kreml Sarayında konsert idi. Mən ailəm – yoldaşım, uşaqlar oradaydıq. Aygün çıxdı ifa edərkən elan etdi ki, yeni mahnım var, sözləri Bakıdan sinif yoldaşım Afaq Şıxlınındır, deyib məni müəllif olaraq publikaya təqdim  etdi, alqış qazandırdı. Aygün oxuyurdu:

Sənsiz bu dünyada gülmərəm,

Həyat nəyə lazım – bilmərəm,

Mənsəni sevirəm – söylərəm

Dönərsənmi,

Gələrsənmi,

Bilərsənmi,

Sevərsənmi?

Minə Xanım Nuriyeva-TƏKLƏLİ

Professor 

mersin escort