“Bizi dünyada hələ də Rusiya vətəndaşı kimi tanıyırlar…”

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi dəzinizçilərimiz də dünyanın ayrı-ayrı ölkələrinə üz tutdular. Bəziləri dəvət olundu, bəziləri isə daha çox qazanc əldə etmək, ağır zəhmətlərinin bəhrəsini görmək üçün xarici sularda doğmalıq, istilik gəzdilər.

 
Bu dəfə Müstəqil.Az və DSD İB nin birgə hazırladığı  “Dənizçi həyatı” layihəsində vaxtı ilə “Axar.az”ın “Soraq” layihəsində  izinə düşdüyüm dənizçimizlı söhbətimizi yayınlayıram. Ömrünü dənizlərin qoynunda keçirən, okeanlarda “çığır” açan bir insanımızla – uzun müddət dogma sularda üzən təcrübəli kapitan Nazim Həbibovla əlaqə yaratdıq. Sualım uzun illərin tanışlığına söykəndi, ərklə:
 
– Nazim, hardasan? – soruşdum.
 
OLDUĞUM SƏMTİ SƏNƏ NECƏ GÖSTƏRİM?
 
Səsində sevinc qarışıq nisgil də vardı. Sanki qürbətin havası sinmişdi o səsin tellərinə…
 
– Dostum, qardaşım, eloğlum Faiq…
 
Monitorda sifətini gizlədir, sonra yenidən danışır:
 
– Soruşursan ki, haradasan? Bilmirəm, olduğum səmti sənə hansı istiqamətdən, hansı tərəfdən təsvir edim, necə göstərim? Çünki mən buranı da özüm üçün ikinci vətən saya bilərəm. Birincisi, ona görə ki, burada da dünyanın hər yerində olduğu kimi, böyük əksəriyyət din qardaşlarımız- bacılarımızdır. İkincisi, buradan ailəmə qazanc, ruzi aparıram. Lakin buna baxmayaraq, qısa bir cavab verim sənə – Ərəb Əmirliyindəyəm. Ərəb ölkələrində işləyirəm.
 
XƏZƏR VƏTƏNDİR
 
– Dünyanın bir çox sularında üzübsən, o suların Xəzərin sularına oxşayanı varmı?
 
– Doğrudur, dünyanın demək olar ki, əksər sularında üzmüşəm. Lakin bu gün bunları müqayisə süzgəcindən keçirtdikdə görürəm ki, Xəzər mənim üçün bir ayrı və müqayisə olunmaz məkandır. Ən azı ona görə ki, Xəzər vətəndir. Vətən isə, harada yaşayıb fəaliyyət göstərməyindən asılı olmayaraq heç nə ilə müqayisə olunmaz. Biz dünya sularında üzməyin ilk təcrübəsini Xəzərdə qazanmadıqmı? Deməli, Xəzər həm də ilk yol göstərənimiz, ilk sınaq yerimiz, ilk müəllimimiz olub, əgər belə demək mümkünsə… Bir də digər bir müqayisə aparım, bu müqayisəni həm bugünkü fəaliyyətimə kiçik bir ekskursiya olsun, həm də verdiyiniz sualın tam dolğun cavabı. Bilirsən ki, mən bu gün Asiyanın ən böyük yarımadası sayılan Ərəbistan yarımadasında çalışıram.
 
ƏN HÜNDÜR ZİRVƏ – ƏN-NABİ-ŞAİB
 
– Bəlkə o ərazini bir qədər təsvir edəsən…
 
– Yarımada qərbdə Qırmızı dəniz, cənubda Ədən körfəzi və Ərəbistan dənizi, şərqdə Oman və İran körfəzləri ilə əhatə olunub. Sənin həmyerlin isə bax həmin bu İran körfəzində çalışır. Körfəzin sahilində böyük neft yataqları var. Yarımadanın özü isə özünəməxsus dağ-vulkan massivləri və zirvələri ilə də diqqəti çəkir. Bu zirvələrin ən hündürünün adı ƏN-NABİ-ŞAİB-dir. Hündürlüyü isə 3600 m-dir. Ərəbistan yarımadasının çox hissəsi qumlu, daşlı, səhra və yarımsəhralardır.
 
– Yəqin xəritədə həmin səhraların adı da var…
 
– Əlbəttə var. Bunlara Nəfud, Suriya, kiçik Nəfud, Rub, Əl-xali və s. misal göstərə bilərəm.
 
HAVALANA BİLƏRƏM
 
– Havalar necədir? Səni havalandıra bilirmi?
 
– İqlimi çox fərqlidir. Yarımadanın dəniz və orta hissəsində tropik passatdır. Burada orta temperatur şimalda təqribən 7 dərəcə isti, cənubda isə 240 c-yə qədər, yayda isə 300 maksimum 550 c olur. Şimalda isə bu göstərici bir qədər fərqlidir, iqlimi subtropikdir. Burda orta temperatur təqribən 10-150 c-dir. Ərazidə soyuq hava kütləsinin gəldiyi vaxt temperatur hətta mənfiyə qədər enir. O ki qaldı havalanmama, mən Azərbaycan havasına, təbiətinə havalana bilərəm… Deyim ki, yarımadanın, həmçinin daimi axarı olan Masila, Tiban və s. kimi çayları, Əd-Davasi və Ər-Rumma (uzunluğu 1000 km-dən çox) olan vadiləri də maraq doğuran təbiət hadisələridir.
 
– Deyəsən oxucularımızı ekskursiyaya çıxarırıq…
 
– Niyə də yox? Orta məktəb dərsliyindən bildiyimiz kimi, yarımadanın coğrafiyasında torpaq da bir qədər fərqlidir. Əsasən buranın torpağı qonur-qırmızı, boz, qonur-boz, qonur torpaqlardır. Gözümüz öyrəşdiyi qara, şabalıdı torpaqlara demək olar ki, burada rast gəlinmir. Bitkiləri də torpağa uyğun olaraq səhra və yarımsəhra tiplidir. Burada yetişən mədəni bitkilər isə xurma, qəhvə, bir neçə meyvə, buğda, qarğıdalı, qarpız və s. Yarımadanın dəniz faunası, Uçan balıq, Düton, Tunes, Qılınc balıq, cənub siyənəyi, yelkənli balıq və s. ümumi faunası isə antilop, çöleşşəyi, yersiçanı, ərəbdovşanı, tülkü, kaftar, çaqqal və yarımadanın cənub-qərb və cənub şərq dağlarında savannalar və seyrək meşələrdə yaşayırlar.
 
Göründüyü kimi yarımadanın faunasında, istərsə də florasında vətənimizi bizə xatırladan ümumi oxşarlıqlar çoxdur. Məsələn, xurma və qəhvəsindən başqa demək olar ki, bütün mədəni bitkiləri vətənimizdə də yetişdirirlər. Faunasına gəldikdə isə adı olmasın ərəbdovşanı, olsun Azərbaycan dovşanı. Dovşan elə dovşan deyilmi? Və yaxud yersiçanı, çöleşşəyi, tülkü, kaftar, çaqqal və s. Bizim meşələrdə azdırmı?
 
Həmçinin də dəniz faunası. Yeri gəlmişkən onu da qeyd edim ki, dünyanın heç yerində Xəzər dənizində olduğu qədər dadına, tamına görə ləzzətli balıqlar yoxdur. Sanki dünyanın bütün ləzzətli balıqlarını Xəzərdə cəmləmisən. Bax bu da Xəzərlə fəxr etməyimizin bir faktıdır.
 
Faiq, dostum! İndi özün fikirləş vətəni, Xəzəri unutmaq olarmı? Yeri gəlmişkən, onu da qeyd edim ki, nəinki Xəzəri, hətta bu gün Xəzərdə çalışan və tanıdığım, işlərinə dəyər verdiyim dostlarım çoxdur. Onları da unutmamışıq. Onlara da uzaq ellərdən dənizçi salamımı yetirirəm.
 
MƏN VƏ XƏZƏR KÖNÜL VƏ CAN KİMİYİK
 
– Xəzər səni saxlamadı, yoxsa sən Xəzərdən üz döndərdin?
 
– Yox-yox, belə fikirləşmək düzgün deyil. Nə Xəzər məndən, nə də ki, mən Xəzərdən üz döndərdim. Böyük şairimiz S.Vurğunun bir misrası yadıma düşdü: “Ayrılarmı könül candan”. Mən və Xəzər elə könül-can kimiyik. Sualının cavabını isə belə cavablandırardım: hansı sənətdə olursan ol, ancaq həmişə ön cərgədə ol, irəliyə get, yol göstərən ol. Qoy gələnlər sənin arxanca getsinlər. Elə mən də dənizçi olmaq istəyəndə də bu ali məqsədi qarşıma qoymuşdum. Yalnız Xəzərdə deyil, dünya sularında da özümü sınamaq istədim. Təhsil aldığım müddətdə bir müəllimimiz vardı.
 
O deyirdi ki, kim ki, Bosfor, Cəbəllütariq boğazını keçmədi, ondan yaxşı kapitan olmaz. Bax bu fikir həmişə məni təqib edirdi, əlbəttə ki, yaxşı mənada. Deyirlər ki, səmada uçan qartal heç vaxtı öz yolundan dönmür, yalnız irəliyə, yüksəkliyə can atır. Bu mənada mən də gücümü bir daha dünya sularında sınaqdan keçirtmək istədim
 
AĞZINI ƏJDAHA KİMİ AÇAN DALĞALAR
 
– Dənizçi Nazim və ya kapitan Nazim. Bu adların hansı sənin üçün daha yaxındır?
 
– Bu adların hər birisini özümə yaxın hesab edirəm, çünki bunların hər birisinin ayrı-ayrılıqda öz məsuliyyəti, öz çəkisi var. Bu adların hər birində həm peşə, həm də vətəndaşlıq məsuliyyəti xüsusi önəm kəsb edir.
 
– Bir kapitan kimi dənizçi etibarını qazanmaq sizə çətin deyildi ki?..
 
– Naşı, dənizə nabələd adamlar bəzən elə fikirləşirlər ki, dənizçi peşəsi adicə bir vərdişdir, uzun illərin təcrübəsi nəticəsində yaranmış vərdiş. Ancaq dənizin sərt həyatına, dənizçilərin özlərinə məxsus aləminə bələd olanlar başqa cür düşünürlər. Onlar belə halda deyərlər: Dənizçi sadəcə olaraq vəzifə nüfuzuna tabe olan adam deyildir. O, tüfanlı, təlatümlü günlərdə, ağzını əjdaha kimi açan ləpələrin “qan-qan” dediyi anlarda, dörd mərtəbə ev hündürlüyündə olan gəminin içində beş min tona yaxın yüklə birlikdə uşaq nənnisi kimi yırğalandığı dəqiqələrdə cəsarətini, soyuqqanlılığını, məharətini görməyincə sənə kapitan deməz, bir işarədən ürəyindən keçəni başa düşməz. Hələ bu da azdır. Həftələrlə, aylarla, gündüzlərini də, gecələrini də suların üstündə keçırən, kökü quruda, torpaqda qalmış, arzularını və istəklərini göyərtmək üçün dənizin bu başından o başına hey gedib gələn, heç vaxt “yoruldum, bezdim” deməyən adamlar üçün gərək yaxşı başçı da olasan. Hər dəqiqənin, saniyənin, saatın, manatın da, qəpiyin də qədrini bilən başçı. Daha nələr-nələr gərək ki, dənizçi sənə “mənim kapitanım” desin. Sənə inanıb, sənə etibar etsin. Buna görə onları qınamaq da olmaz. Çünki onların hər birisi bir ailənin, bəzən də bir nəslin bel sütunudur, başçılarıdır. Bütün bunlara baxmayaraq, mən hər şeydən əvvəl dənizçiyəm.
 
DƏNİZDƏ NƏ İŞ VAR Kİ…
 
– Hansı maraqlı hadisələrin şahidi olubsan?
 
– Dənizçi həyatında maraqlı və yaddaqalan hadisələr çox olur, lakin mən bunlardan biri haqqında söz açmaq istərdim. Hadisə mən Bakı sularında üzəndə olub. Evdən mənə tez-tez deyirdilər “sən dənizdə heç nə eləmirsən, dənizdə nə iş var ki?” Dilxor olurdum, çox düşünüb-daşındıqdan sonra bir tufanlı havada günü bunların hamısını apardım dənizə ki, nə etdiyimi görsünlər. Bunlar 3 gün, 3 gecə dənizdə mənimlə birlikdə qaldılar, əgər ona qalmaq demək olarsa. Nə yediklərini, nə içdiklərini, necə yatıb-durduqlarını, haradan gəlib hara getdiklərini bilmədilər. Dənizdə 3 gün, 3 gecə qusa-qusa qaldılar. Ancaq mənə yalvarırdılar ki, bizi qırağa çıxar. Yazığım gəldi, Cilov adasında onları sahilə çıxardım, sonra yenə dənizə qaytardım. Hər dəfə geri qayıtmaq istəyəndə onlara deyirdim: “Bir dəmir var, onu buruğa verib qayıdacağıq”.
 
Üç gündən sonra geri, sahilə döndük. O hadisədən sonra bir daha eşitmədim ki, dənizdə nə iş var ki… desinlər.
 
RUSİYA VƏTƏNDAŞI
 
– Hansı ölkələrdə bizə olan münasibətlər ürəyincə oldu?
 
– Bir qədər o barədə təbliğatımız çox zəifdir. Bizi çox yerdə “Rusiya vətəndaşı” kimi tanıyırlar. Ancaq onu da deyim ki, əvvəlki illərə nisbətən vəziyyət yaxşılığa doğru dəyişilib. Ancaq yenə ümumilikdə təbliğatımız qənaətbəxş deyil.
 
Siyasətçilər, idmançılar, alimlər öz sahələrində ölkəni təmsil edirlər, bəs sən necə?
 
– Bildiyimiz kimi torpaqlarımızın 20% dən çoxu erməni qəsbkarları tərəfindən zəbt olunub. Bizim isə hər birimizin borcu öz işimiz, əməllərimizlə vətənimizə xidmət etməkdir. O cümlədən mənim də amalım budur. Çalışıram ki, Azərbaycandan uzaqlarda, Azərbaycan kapitanının, Azərbaycan dənizçisinin adını uca tutum. Hər hansı bir əməliyyatı yerinə yetirəndə çalışıram ki, deməsinlər: “Azərbaycanlı dənizçisi, Azərbaycanlı kapitan bunu bacarmadı”. Faiq, hər şeyə görə Axar.az-a əvvəlcədən təşəkkürümü bildirirəm. Sağ olun ki, dənizçiləri heç vaxtı unutmursunuz. Səni və sənin işlədiyin saytı bizim kompaniyada və heyətdə tanıyırlar, bunu Azərbaycanın təbliği kimi quran da mənəm. Dostluğumuzun və Azərbaycanımızın xətrinə…
Söhbətləşdi: Faiq Balabəyli
321 baxılıb
Paylaş
mersin escort