Lənkəranda 40 ildən artıqdır təmir üzü görməyən kənd məktəbi (FOTO/VİDEO)

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum
Dövlət quruculuğu işlərinin daha səmərəli və keyfiyyətli aparılması üçün təhsil müəssisələrinin müasir tələbatlara cavab verməsi çox vacibdir.  Bu baxımdan məktəblər uşaq yaddaşımızda unudulmaz izlər qoyan, ana və vətən qədər doğmalıq anlayışı yaradır. Burda təhsil alan şagirdlərin gələcəkdə dövlət işlərində peşəkər mütəxəssis kimi yetişməsində məktəblərin rolu birmənalı olaraq böyükdür.
Hamı kimi sosial şəbəkədə öz məktəbimizin axtarışına çıxdım. Gördüyüm fotolar, video materiallara baxdıqdan sonra həyəcanımı gizlədə bilməyib yaxın dostlarımın bir neçəsinə məktəbimizin durumu barədə suallar verdim.
Məsələ mən gördüyüm qədər ciddi və dözülməz vəziyyətdə imiş.
Lənkəran rayonunun (3-cü böyük qəsəbəsi, əhalisi 10 mindən yuxarı) Aşağı Nüvədi qəsəbə orta məktəbi çox ağır dönəmini yaşamaqdadı.
Biganə qalmaq olmadı. Araşdırmalarımı ürək ağrısıyla davam etdim.
Məktəbin giriş hissəsində uçulmaq üzrə olan tavan bu yaxınlarda – nə yaxşı ki, məktəblərin bağlı olduğu vaxtda tamamilə uçmuş, məktəbli balalarımıza xətər ytirməmişdir. Son 40 ildə ciddi təmir görməmiş məktəbimiz çürük, nəm qoxuyan  döşəmələrdən, uçulmaq təhlükəsi olan dam örtüyündən vahiməli şəkil almışdır.
Lənkəran şəhərinin 3-4 kilometrliyində yerləşən Aşağı Nüvədi qəsəbə orta məktəbi sovet dönəmində sayılıb-seçilən məktəblərdən olmuş, cəmiyyətimizə yüzlərlə ziyalı-müəllim, həkim, iqtisadçı və digər peşələr üzrə mütəxəsislər hazırlanması yolunda gənc nəslin yetişməsində böyük rol oynamışdır.
Məlum olduğu kimi prezidentimiz tərəfindən dəfələrlə təhsil müəssisələrinin təmiri, yeni müasir standartlara uyğun avadanlıqların təmin olunması üçün vəsaitlər ayrılır.
Nədənsə, məktəbimizin şəhər mərkəzinə bu qədər yaxınkən unudulmağına çox üzüldüm.
Ümid edirəm ki, tezliklə prezidentimiz və Təhsil nazirliyinin göstərişi ilə məktəbimizin təmirinə diqqət yetiriləcək və yeni nəsil körpələrimiz daha səliqəli və keyfiyyətli sinif otaqlarında təhsil alacaqlar.
Səfa Rəşid,
İspaniya
Müstəqil.Az

2. 200 baxılıb
Paylaş
mersin escort