10 yaşlı istedadlı oğlan UNESCO Beynəlxalq Mərkəzinin keçirdiyi onlayn festivalın xüsusi diplomuna layiq görüldü

Bayramlı Emin Elşad oğlu 07 mart, 2010- cu ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub. Hal hazırda Salyan rayon Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin 4 a sinif şagirdidir.
Dərslərində fəal olmaqla yanaşı xüsusi istedada malik olan Emin ədəbiyyata marağı daha çox olduğundan şeir yazmaq qabiliyyəti ilə də seçilir.Yaşının az olmasına baxmayaraq müntəzəm olaraq mətbu orqanlarda dərc olunur.
Müstəqil.Az xəbər verir ki, Emin Bayramlı UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının,UNESCO Beynəlxalq Mərkəzinin keçirdiyi 17-ci beynəlxalq onlayn festivalının xüsusi diplomuna layiq görülmüşdür.
Bu barədə o, özü Müstəqil.Az– a məlumat vermişdir.
Emin həmçinin təşkilatçılara – cənab Vasili Tarcinece,Böyükağa Mikayıllıya,Natalya Dimitskaya,təhsil aldığı məktəbin direktoru Ramil Zeynalova xüsusi minnətdarlığını bildirmişdir.
Balaca istedada daha böyük uğurlar arzulayırıq.
Müstəqil.Az
Aysel Səfərli
Share: