Ermənilər Gürcüstanda təxribat törətdi: 5 ev yandırıldı

Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Müstəqil.Az  Publika.az-a istinad edərək  xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar.

Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir. Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib.

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.

Müstəqil.Az 

 

Share: