“Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”

“Hazırda yaranmış xüsusi şəraiti nəzərə almaqla, istisnasız bütün dövlətlər oxşar problemlərlə üzləşib. Bir çox dövlətdə ÜDM-də azalma ikirəqəmlidir. Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Bununla belə, vaxtında tədbirlər görülməsinə ehtiyac var. Bununla əlaqədar büdcə qaydası dayandırılıb”.

Müstəqil.Az-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2019-cu ildə büdcə qaydasının tətbiqi uğurlu icra olunub: “Pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcək. Sizi buna əmin edirəm”.

Müstəqil.Az

Share: