Dünyanın ən böyük avtoklavının daşınması – VİDEO

“Polimetall” şirkətinin Amurskdakı hidrometallurji kombinatına dünyanın ən böyük avtoklavını (tərkibində qızıl olan ikiqat filizlərin konsentratını emal etmək üçün nəzərdə tutulub) gətiriblər. 

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, çəkisi 1100 ton olan avtoklavın uzunluğu 50, daxili diametri isə 6 metrdir. Avtoklav ildə 300 min ton konsentrat emal edə bilir.  Bundan əvvəlki avtoklavın uzunluğu 23.3, diametri 3.6 metr, çəkisi isə 200 ton idi.

Unikal avadanlıq üç okean və səkkiz dəniz keçərək De-Kastriyə, oradan Amur çayı boyunca Amurska qədər 25 min kilometrdən çox yol qət edib. Avtoklavın daşınması prosesinə hazırlıq 2 ildən çox vaxt aparıb.

Amur çayı boyunca avtoklavı daşımaq üçün dəniz xilasetmə xidmətinə məxsus barjdan istifadə edilib. Avadanlığı barjdan endirmək və son təyinat yerinə çatdırmaq üçün körpüdə xüsusi təhlükəsizlik tədbirləri görülüb. Qurğu körpüdən kombinata qədər 448 çarxı olan xüsusi avtoqatarla daşınıb.

Müstəqil.Az

Share: