Sənin rəngin qara, bizim bəxtimiz…

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

DIDƏRGİNİK BİZ

Afrikadan gəlmiş zənci didərgin həmdərdimlə
qısaca söhbətdən

Bir az yaxın otur, a qara qardaş,
Bir azca bölüşək dərd-sərimizi.
Həyatın amansız fırtınaları,
Salıbdı çöllərə hər ikimizi…

Əvvəlcə sən danış, niyə elindən –
Didərgin düşmüsən, səbəblər nədi ?!
Danış, maraqlıdı, görüm səndəmi –
Bəlalar çoxdumu, yoxsa məndədi ?!

Deyirsən yağmadı quraqlıq oldu,
Torpaq atəşlərdən qovruldu getdi.
Beş-on sot əkdiyin buğdan, çəltiyin,
Günün şiddətindən sovruldu getdi…

Ah çəkmə, duyuram nələr çəkirsən,
Görürəm gözündə gilələnib yaş.
Bir neçə sualım olacaq sənə,
Əgər mümkündürsə, cavab ver qardaş.

Yaxşı, dinləyirəm sözünü danış,
Demək vətənində aclıq, səfalət.
Sizləri qürbətə təhrik eləyən,
Ölkədə quraqlıq, aclıqdı, əlbət.

Qəlbini gen saxla a qara qardaş,
Bu il yağmayıbsa, gələn il yağar.
Əkinin, biçinin bəkərət verər,
Zülmət qismətinin günəşi doğar.

Mənim doğulduğum ana vətənin,
Altıda, üstüdə qızıldı qağa,
Qan içən zəlilər, yapışıb doymur,
İmkan verməyirlər heç yaşamağa.

Hər tərəf bolluqdur, yağış da yağır,
Nöyütüm, pambığım, sünbülüm də var,
Di gəl ki, hər şeyə sahib çıxıblar,
Bir sürü qudurmuş qoca çaqqallar.

Əyləşib satırlar, dədə malı tək ,
Torpaqdan, qızıldan, neftdən, qazdan,
İnsan al-verinə müqavilələr,
O da xod gedəcək hələ bir azdan.

Kəsilən başların sorğusu yoxdu,
İntihar adicə hala çevrilib.
Axan göz yaşları, tökülən qanlar,
Çörəyin üstündə bala çevrilib.

Vətənim satılıb, elim didərgin,
Bir taxta qapıda ünvanım da yox…
Sənin dərdi-sərin muştuluq imiş,
Mənim qovğalarım, səninkindən çox .

Sən yağış arzula, məndə azadlıq,
Sənin rəngin qara, bizim bəxtimiz.
Tanrı səsimizi duymur hələki,
Onunçün beləcə didərginik biz,
Onunçün beləcə bu gündəyik biz …

Arif Pənahoğlu

268 baxılıb
Paylaş
mersin escort