Bakının İrəvana yalnız bir şərti var… – Şərh

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Armenian opposition leader Nikol Pashinyan attends a rally after his bid to be interim prime minister was blocked by the parliament in Yerevan, Armenia May 1, 2018. REUTERS/Gleb Garanich

Erməni xalqı bugün Paşinyanı hakimiyyətə gətirməyə peşman olub. Ermənistanı qarşıda hələ çox ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir.

Müstəqil.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Balakən regional ASAN Xidmət mərkəzinin açılışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

“Cənab Prezident bildirdi ki, Ermənistanda 2018-ci ildə formalaşmış, Soros Fonduna xidmət edən rejimin münaqişənin həlli ilə bağlı mövqeyi mahiyyətcə ondan əvvəlki diktator-xunta rejimindən fərqlənmir. O, qondarma rejimin üçüncü tərəf kimi danışıqlarda iştirakını qəbuledilməz və mümkünsüz adlandırdı.

Ermənistanın baş naziri Paşinyan münaqişə ilə bağlı yeddi şərt irəli sürüb. Həmin şərtlərin birincisi odur ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilsin və qondarma “dqr” danışıqların tərəfi kimi iştirak etsin. Münaqişə Azərbaycan-Ermənistan münaqişəsidir, ATƏT-in Minsk Qrupu da münaqişənin bu cür tənzimlənməsi xəttini qəbul edir. Ermənistan rəhbərliyinin digər şərtləri də təxminən oxşar şərtlərdir və qəbuledilməzdir”, – o bildirib.

E.Nəsirov vurğulayıb ki, Ermənistan silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərindən tamamilə çıxarıldıqdan və ərazi bütövlüyümüz bərpa ediləndən sonra digər məsələlər müzakirə oluna bilər:

“Bu bizim dəyişməz, prinsipial və qətiyyətli, beynəlxalq hüquqa söykənən mövqeyimizdir. Cənab Prezident qeyd etdi ki, Ermənistan bu qondarma rejimə cidd-cəhdlə legitimlik gətirməyə çalışır, amma bunu edə bilməyib və bilməz də. Eyni zamanda, Prezident Ermənistan rəhbərliyinə müraciətlə söylədi ki, istəyirsinizsə, yəni o cəsarətiniz varsa, qondarma rejimi tanıyın. Amma tanıya bilməzsiniz və tanıya da bilmirsiniz, çünki qorxursunuz. Bu gün güclü Azərbaycan Ordusu var. Ordumuz Aprel döyüşlərində də, Ermənistanın son hərbi təxribatında da düşməni öz yerində otuzdurdu və ermənilər böyük itkilərlə geri çəkilməli oldu”.

Elman Nəsirov Azərbaycan xalqının öz Prezidenti ətrafında sıx birləşdiyini, ölkə Prezidentinin xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirdiyini qeyd edib:

“Bu bizi güclü edən cəhətdir və düşməni narahat edir. Çünki Ermənistanda nə səfərbər olunmuş cəmiyyət, nə də vətəndaş həmrəyliyi var. Əksinə, Ermənistan xalqı Paşinyanı hakimiyyətə gətirməyə peşman olub. Ermənistan vətəndaşı sabaha ümidsiz baxır. Ermənistanı qarşıda hələ çox ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir”.

Gülnar Səlimova

185 baxılıb
Shares
mersin escort