Fərqanə Mehdiyeva: “Mənə dua edin, nə olar, qoyun, qayıdım cərgənizə. Mən ölmək istəmirəm… Mən çətin yaşamışam…”

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Tanınmış yazıçı Meyxoş Abdullah özünün feysbuk səhifəsindəki divarında mərhum şairimiz Fərqanə Mehdiyeva ilə  müəyyən illər ərzində yazışmalarından Fərqanə xanım yazdıqlarını yayınlayıb.

Müstəqil.Az həmin yazışmanın təqdim edir.

“Fərqanə xanım hamımızın dostu, hamımızın dəyər verdiyi bir insan, gözəl şairə idi. Zaman keçdikcə onun yeri, onun ağrısı ürəyimizdə qövr eyləyir və sağalmayan bir yara kimi sızım-sızım sızıldayır. Gözümüz hər yerdə onu axtarır, onu xatırlayırıq.
Əziz dostlar, Fərqanə xanımla müəyyən illər ərzində yazışmamızın bir qismini arxivimdən götürüb sizlərə təqdim edirəm.
Bəlkə də, onun bu sözlərini heç yerdə eşitməmisiniz. Ona görə də, sizlər üçün də maraqlı olsun deyə paylaşıram.

Fərqanə xanımın yazdıqları

“Görəsən yuxuda ölmək nədir?!..”

Bir azdan işə gedəcəyəm… Kitabları verəcəm dediyin adamlara. Narıngülün kitabını isə sabah verəcəm. V.Yusifli xəstədir, onun yanına gedəcəyik.
*
Vaqif müəllim də yaxşıdır. Gələndə həyat yoldaşı ağladı… yenə qadın… qadınlar kişilərdən niyə çox ağlayır, görəsən?!
*
Sabah(Allah qoysa) Xaçmaza gedəcəyəm. Çığatel, aşıq Lətifə… Aidə də olacaqdı alınmadı. Çəkiliş olacaq. Televiziyanın rəhbəri qardaşımın 40 illik ailəvi dostunun oğludur.
*
Kitabını göndər tərcümə üçün. Dayandur m. dedim, dedi ki, Meyxoş m. təqaüd almayıb. Dedi ki, bir-iki dəfə dedim eşitmədilər. Bəzən hay-küy salan adamlara tez verirlər. Alsaydın, yenə kitablarını çıxarardın. Mən də bəzi adamlardan xahiş edəcəyəm, allah kömək olsun, təki iş düzəlsin…
*
Sabah Əkbər Qoşalıgil gəlməlidirlər Cəlilabada. Mən Səlyan bilirdim, iki dəfə zəng ediblər, dəqiq söz verməmişdim. Səlyandan Cəlilabada gedəcəyik. Faiq də gələcək. Qızlar yaxşı şairdirlər, Həyat Şəmi ilə çoxdan yaxınam. Səhər Əhmədlə qiyabi tanış idik, lap yaxınlaşdıq.
*
“Azad qələm” in redaktoru Nəcibə İlkin işə gəlmişdi, mənə qəzet və təzə çıxatrdığı “Almaz” jurnalının nüsxəsini gətirmişdi. Baxdım, sənin yazılarına rast gəlmədim. Yutubda “Təndir” şeirimin klpini qoyublar. Baxdım… O qədər ağlamışam ki… Elə bil təndirdə yanan mən özüm idim.
*
Dayandura bir uşağın şeirlərini vermişdim, axşam zəng edib soruşacaqdım, indi özü zəng edib bildirdi ki, onun şeirlərinin yerinə Meyxoşun sənin haqqında yazdığı “Təndir hənrinə sığınan şairə” yazısını vermişəm. Nə olar, o yazının əslini at da mənim elektron poçtuma. Elektron poçtum belədir: – ferqaneulduz@mail.ru
*
İltifat Saleh gəlmişdi, sizlərdən danışdım Çox yüksək fikirlər söylədi. Dedi onun kitabını məndən çox adam istəyib.
*
Təzə romanın nə vaxt çıxır. Yaxşı nəşriyyat tapa bilməsən bir adam var, deyərsən xahiş edərik. Faiqin oğlunun toyu oktyabrın 26- da olmalıdır, dəqiq. İnşallah. Cəlilabadddan çox adam gələr yəqin?
*
Sabahın xeyir. Şair Zəlimxangildən gəlirəm, söhbətimiz saat 4-ə qaldı. “Ulduz” jurnalı üçün yazı hazırlayıram. Evə gedirəm, sonra yenə onlara qayıdacağam. Oradan da toya gedəcəyəm. Ora-bura qaçmaqdan dabanlarım çat-çat olub. Hələ, ev işləri, bazarlıq… Şeirlərimi yuxuda yazıram.
*
Mən də muğamatla nəfəs alıram e, uşaqlıqdan. Yaman darıxıram, elə bil ölümüm yaxınlaşır. Yaşamaq istəyirəm. Gəlinimizin 80 yaşlı anası mənə belə deyir: – “Bala, elə bil əsgər gedənin var” Ağladım. Dünya görmüş nənənin duyumuna bax e… Arada ürəyimdən hərbiçi olmaq keçir. İstəyirəm döyüşə gedim…
*
Cona Vəliyevanın ilk kitabından yazı yazmışdım.. Zəng vurub dedi ki: – “şair sənsən, mən yox” Amma şeirləri zəif də deyil. Yaxşı insandır. Dayandur gərək kitabını verəydi ona oxumaq üçün. Dünən elə bütün günü “Əsir qadın” kitabından, Səidədən danışmışam ona. Danışanda ağladım. O da çox təsirləndi. Kitabı oxumaq istədiyini bildirdi.
*
Sən niyə beləsən e… Mən nə dedim ki? Əlbəttə, əsərin tamaşaya qoyulmalıdır, təqaüd almalısan. Adını yaza bilməyənlər alsın sən yox. Demək istədim ki, sən çox şeyə layiqsən. Canavarlar imkan vermir ki, xalq öz istedadlılarını tanısın. And olsun Allaha bunu demək istədim. Əyalətlərə çox biganədirlər. Əsas odur ki, sən gözəl yazıçısan. Sənin əsərlərin xalqın dərdidir, yaddaşıdır, Şəhidlərin ruhudur, Tarixdir. Bir az özün də hərəkət et. Oturmaqla heç nəyə nail olmaq olmur. Anarla görüş, Fikrət Qocayla danış.
*
Maştağadayam, bir gənc şairin kitabının təqdimat mərasimi, həm də ordudan dönüşü qeyd olunur. Marağlı görüşdür, muğam, şeir mağardadır…
Allah səni qorusun. Bayaq işdə Elçinə səndən danışırdım. Dedi ki, eşitmişəm oxuyacağam onun əsərlərini.
*
Xəlil Rzanın tədbiri AzDramada keçirilirdi. Hamı gəlmişdi. Mədəniyyət Naziri, Anar, S.Rüstəmxanlı, Azər Turan və s. Sonra bədii hissə oldu. Təki, Aida Şirinova haqqında yazdığın kitabı bitirəsən. Adını da, “Siz mənə qardaş deyin” qoy, Cığatel sevinər, onun belə bir şeiri var. Bakıya nə vaxt gəlirsiniz, sənə çatası kitablar var. Türkiyədən gələn o qadın da iki kitab verdi.
*
“Alagöz” əsərini oxudum bu gecə. Doğrusu, o əsəri mənə Cavanşir danışmışdı, amma mən oxumamışdım. Bu gecə oxudum. Qəribədir, səhər işə gedəndə qışda başıma qoyduğum papağımı axtardım, tapa bilmədim. Həm istiydi, həm də mənə yaraşırdı. Papağı Həsən kişi Alagöz atını axtaran kimi axtarıram. Qızım bizə gələndə köhnə nə var hamısını atır. Uşaq bilmir ki, papağın köhnəsi təzəsi olmur. Qarabağ gedəni onsuz da papaqlarımızı itirmişik…
*
Dedilər Zakir Sadatlı xəstədir. Onu yaxından tanıyıram, salam-kəlamımız var. Yaman pis olmuşdum o xəstə olanda. Keçən dəfə səndən danışdı. Dedi, Meyxoş müəllim o tərəflərdə bizim istinad nöqtəmizdir. Yaxşı oğlandır, Zakir Sadatlı, yazıq xəstədir, o zəhrimardan tutubdur… Heyf..
*
Ülfəti Cəlilabada göndərirlər, hərbi xidmətə. Sən Allah, oralar necədir? Bir az vas-vası uşaqdır. Anası ölsün, heç bilmirəm necə olacaq? Qoysaydılar özüm gəlib onun əvəzində xidmət edərdim. Görəsən qoyarlar?! Hansı hərbi hissəyə düşsə yazacağam.Mənim şeirimdən muğayat olun, Ülfəti deyirəm. Axı, o, mənim ən yaxşı şeirimdir.
*
Ülfət danışdı, sizin “Göytəpə” hərbi hissədəki sərhəd zastavasına düşüb. Hələ karantindədirlər. Yanına buraxmırlar. Gör, ona dəyə bilərsiniz.
*
Ülfətlə danışdıq. Dedi, Bilal Alarlı, İsrail, bir də Meyxoş müəllim gəlmişdilər. Allah sizi var eləsin. Oğlum o qədər sevinib ki… Yaman darıxıram uşaqdan ötrü. Deyir ana, bir az çətindir.
*
Salam. Həkim dedi ki, 80 faiz bədxassəli şiş var. Sabah analiz verəcəm, həm də ayrı həkimə düşəcəm.
Ximya olunacam 4 dəfə, əməliyyata hazırlıq üçün. Yaşasam, daha heç vaxt çantamda ip gəzdirməyəcəyəm…
*
Salam. Sərhəddəyəm, İrana gedirəm, əziz dost. Mənə dua edin.. Allah amanında. Allah səni qorusun..
*
Dünənki “Ədalət” qəzetində V.Yusifli məndən yazıb. Zəng vurmuşdu. Mənə avazdan oxu.
*
Darıxma, mən həmin nəzri Təbrizdə etmişdim, ərim İlqar ağlayanda. Əslində, mən çox əziyyət çəkmişdim. Bu barədə sənə danışmışdım. Amma istəmirdim ki, İlqar mənim əziyyətimi çəksin… mən də qəribə dəliyəm… Axı, şairlər hamısı dəli olur… Sağalım, inşallah, yenə də xeyirxah işlərimdən qalmayacağam. Sən bilərsən, axı yazıçılar uzaqgörən olurlar, mən sağalacağam?
*
İlqar çox sarsılmışdı. Qudalarım da çox ağladılar. İlqarın gözyaşlarına dözmədim. Mən kişi ağlayanda dözə bilmirəm. Orada adam qərib olmur. Bütün günü xalq mahnılarını oxuyurlar. Qarabağdan danışırlar… Mənim xatirimi, bilirsən İranda nə qədər çox istəyirlər. Mənə Vətən qızı deyirlər.
*
İnşallah. Ayın 6 –da Təbrizə gedəcəyəm, çox adam elə bilir ki, oradayam. Bilirsən, nə düşündüm, ən ağır vaxtlarımda. Sənin Səidəni… ondan artıq deyiləm ki, Müsahibələrimdə də onu qeyd edəcəyəm. Mən Qarabağın alınması gününü görmək istəyirəm. Mən Səidənin arzusuyam… Orada o əsərləri danışmışam. Sən yaxşı yazırsan, amma özün bunu hiss etmirsən.
*
Salam. Səhər darıxdım, ölmək istədim. Keçdi getdi. Allah mənə səbr versin. Şükür, indi yaxşıyam. Həyəcanım keçdi. Sən necəsən? Mahirə Abdullanın yazısnı oxudun?
*
Axşam Faiq yoldaşıyla gəlmişdi. Xeyli güldürdü bizi. İlqara deyir ki, bacımı sənə belə vermişdim, bu nə arvad saxlamaqdır? Faiqlə əkizik də, bilirsən?
*
“Balıqçı arvadı” hekayəni oxudum. Həmin hekayəni oxumamışdan qabaq Elman Tovuzla xeyli danışdım. Elman səni çox istəyir. O qarışqalı mürəbbə məsələsi nədi? Xeyli güldük.
*
Kəndir gəzdirməyimə elə peşiman olmuşam ki… Allaha ağır getdi. İlqara deyirəm ki, bu 25 ildə mənə belə qayğı göstərsəydin 300 il yaşayardım. Günah məndə olub, hər şeyi ondan normadan artıq istəmişəm, xoş sözü, nəvazişi, diqqəti.
*
Şükür, bu gün yaxşıyam. Çıldağa getmişdim. Sevda Əlibəyli gəlir bu gün bizə. Sən necəsən? Bu qədər çox işləmə, vallah candan şirin heç nə yoxdur.
*
Özünü qoru, can şirin şeymiş. Ailəni lap çox istə. Mənə səbr dilə ki, Özümə qəst etməyim. Müalicəm qurtaranda, deyirlər həyata yenidən qayıdacaqsan.. Ruhum düzəlsə deyirlər yaxşı olacaq. Səhhətim şükür yaxşıdır. Heç kəslə danışmıram. Aləmzər, Şəfəq, Narıngül tez-tez zəng edirlər. Hamı narahatdır. Allah hamıya kömək olsun. Məni nə qədər istəyən varmış?
*
Salam. Dünən gəlmişəm İrandan, özümü yaxşı hiss etmədim 2-3 gün. Deyirlər, belə olur. Sən necəsən? Kino nə vaxt çəkilir? Yaxşı pul versələr mənim dərmanlarıma kömək edərsən. Zarafat edirəm, xeyirli işlərə xərcləyəsən.
*
İran mənə sərf eləmir, 1 saatlıq sistemə görə 3 gün yolda qalıram. Halımın narahatlığı dərmana görədir. 7 dəfə qalıb. Hər 21 gündən bir getməliyəm. Təki axırım yaxşı olsun, dözəcəm birtəhər. Allahın ətəyindən yapışmışam. İranlı dostlarım sağ olsunlar.
*
Özümü yaxşı hiss etmirəm, gün-gündən ağırlaşıram, yemək heç yeyə bilmirəm. Mənə dua edin. Gecikdiyimi bilirdim. Qismətim belə imiş… Oturub gözləyirəm ölüm adlı mələyi…
*
Elə bədbin yazma. Özünü ələ alsan yaxşı olar. Əməliyyat olundum, əsas budur. Ximiyalara da dözsəm yaxşı olar. Çox adam var, illərlə belə olublar, təki gecikməyim. Həkim ümid verdi. Allah kömək olsun. Aidə xnım da sağ olsun.
*
Dostlarımın hamısı ağlayırdı. Allah mənə edilən duaları eşitsin. Qurban olum böyük Yaradanın varlığına.
*
Mənə dua edin, nə olar, qoyun, qayıdım cərgənizə. Mən ölmək istəmirəm… Mən çətin yaşamışam…

*
Salam. Çox adam gəlir, eşidən-bilən. Məni nə qədər istəyən varmış… Allah hamıya kömək olsun. Sevgi nəvəm məni elə öpür ki… Daha danışa bilmirəm… Hiss edirəm ki, öləcəyəm. Evdəkilər də, mən də öləcəyimi bilirik. Amma bu ölümü bir-birimizdən gizlədirik… Hamı əziyyət çəkir. Amma qızım daha çox ağlayır.
***
Son yazı:
Vəziyyətim çox ağırdır, bilirəm ki, öləcəyəm. Amma hamı deyir yaxşısan. Yəqin təsəlli verirlər. Yuxu görürdüm. Görürəm ki, ölmüşəm. Qəbristanlığın qapısına çatanda ölülərə həsəd aparırdım. Çünki onlar rahat yatmışdılar… Yalvardım ki, məni diri-diri basdırın, görüm ölülər nə edirlər? Görəsən yuxuda ölmək nədir?

Allah rəhmət eləsin sənə, Fərqanə xanım.

1. 395 baxılıb
Shares
mersin escort