“AŞIQ ŞƏMŞİR” OCAĞI AZTƏMİNATLI AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLADI

“AŞIQ ŞƏMŞİR” OCAĞI QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZTƏMİNATLI AİLƏLƏRƏ BAYRAM SOVQATI ÇATDIRIB

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun tapşırığına əsasən müqəddəs Qurban bayramı münasibətilə500-dən artıqaztəminatlı kəlbəcərli ailə, o cümlədən, Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirilib.

İctimai Birliyin fəalları görüş iştirakçılarını təşkilatın rəhbərliyi adından salamlamış, bayram təbriklərini çatdırmışlar. Görüşlərdə iştirak edən aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, eyni zamanda Qarabağ müharibəsi veteranları və əlillər dövlət başçısıİlham Əliyevin bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar eyni zamanda qeyd ediblər ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də mütəmadi olaraq, xüsusilə də əlamətdar günlərdə, bayramlarda qaçqın və məcburi köçkünləri, müharibə veteranlarını, şəhid ailələrini, əlilləri ziyarət edir, onlarınqayğıları ilə maraqlanır,problemlərinin həlli ilə məşğul olurlar.

Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərliləreyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək müqəddəs bayramları öz yurd-yuvalarında qarşılayacaqlar.

Görüşlərdə hər bir aztəminatlı ailənin, şəhid ailəsinin, müharibə veteranının və əlillərin problemləri və istəkləri diqqətlə dinlənilib, 500-dən artıq aztəminatlı kəlbəcərli ailə, o cümlədən, Qarabağ müharibəsi veteranları, əlillər  və şəhid ailələrinə“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyininbayram sovqatları təqdim olunub.

Müstəqil.Az

Share: