Koronavirusdan sağalan şəxs hansı fəsadlarla üzləşir? – VİDEO

Koronavirusa yoluxan şəxslər sağaldıqdan sonra onlarda hansı şikayətlərin qalması ilə bağlı aparılan bir neçə elmi tədqiqatın nəticələri məlum olub. Tədqiqatlara əsasən virusa yoluxub sağalan insanların bir çoxunda oynaq ağrısı, öskürəkvə sair simptolar qalır. Təəssüf ki, çox az insan tam sağaldıqdan sonra səhhəti ilə bağlı heç bir problem yaşamır.

Müstəqil.az xəbər verir ki, koronavirusdan sağalan xəstələrdə bi çox hallarda əzginlik və yorğunluq simptomu, yüngül təngnəfəslik, oynaq ağrısı, döş qəfəsinin ağrısına və öskürəyə rast gəlinir.

Xəstəlik müddəti bitdikdən sonra sağalan bir çox şəxsdə bu əlmaətlərin olması normaldır. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin sözlərinə görə, sağalan insanlarla bağlı bir neçə elmi araşdırmalar var. COVID-19-a yoluxduğuna görə xəstəxanaya yerləşdirilmiş 143 xəstə üzərində tədqiqat aparılıb və bu xəstələrdən 25%-i süni tənəffüs cihazına qoşulub. Tədqiqat nəticəsində məlum olub ki, ümumi xəstələrin sadəcə 13%-i 2 aydan sonra simptomsuz olub və 44%-nin sağaldıqdan sonra gündəlik yaşam keyfiyyəti aşağı qiymətləndirilib.

Nuran Abdullayevin sözlərinə görə,ölkəmizdə virusa yoluxub sağaldıqdan sonra uzun müddət yuxarıda qeyd etdiyim şikayətləri hələ də olan xəstələr özlərini virus daşıyıcısı və ya yoluxucu saymaqları düzgün deyil. Onlar nə qədər çətin olsa da, bacardıqca bu psixoloji təzyiqdən özlərini tez bir zamanda azad etməyə çalışmalıdır.

Nuran Abdullayev onu da bildirdi ki,ölkəmizdə insanların çoxu bu xəstəliyin iqtisadi zərərini sadəcə tətbiq edilən karantin rejimi zamanı iqtisadiyyata dəyən ziyan ilə ölçürlər. Amma bu tədqiqatla bir daha məlum olur ki, xəstələr sağaldıqdan sonra karantin rejimi ləğv olunsa belə, iqtisadiyyatda olduqca mühüm rol oynayan insan faktoru hələ özünü tam bərpa etmiş olmur. Bu da öz növbəsində birbaşa iqtisadiyyata təsir göstərir.

Ətraflı “Xəzər Xəbər”in reportajında:

 

 

 

Share: