“Somali sahillərində 30-a qədər qayıqda silahlı quldurlar gəmini mühasirəyə almısdılar”

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı Səudiyyə Ərəbistanında Liman Mühəndisi işləyən təcrübəli dənizçi Fəyaz Rüstəmovdur

-Fəyaz bəy, Sizinlə Müstəqil.Az saytının DSD İB ilə birgə layihəsi olan “Dənizçi həyatı”nda həmsöhbət oluruq. Hazırsınızmı?

-Bəli hazıram. Bu arada xoş gördük sizi Faiq bəy. Çox təsəkkür edirəm məni layiq bilib yada saldığınız üçün.

-Elə isə deyin, dənizçi həyatının başqa sənət adamlarının yaşam tərziylə müqayisə etsək, hansı fərqləri görərik? Ümumiyyətlə fərq varmı?

– Birmənalı olaraq deyə bilərəm ki, bəli fərq var və bu fərqi sahildəkilərdən fərqli olaraq dəniçilər daha qabarıq hiss ediirlər. Çünki başqa sənət adamıarı, yəni dənizçi olmayanlar bu fərqi sadəcə kitablardan  filmlərdən  ya da bizim kimi dənizşilərin söhbətlərindən bilirlər. Biz isə təbii ki mavi sulardan, delfinlərdən, balinalardan sohbət açırıq həmişə. Bu dənizə sahildəkilərin baxışıdır. Birdə var dənizə dənizcilərin baxışı. Burda isə gördüyümüz basqa mənzərədir. Aİləyə, uşağa aylarla həsrət qalırsan, uşağının istədiyi anda yanında ola bilmirsən, hələ təkcə maddi təminatıa iş bitmir axı, bunun mənəvi tərəfi var, bəzən məyyən məqamlarda ovlada məhz ata məzləhəti, söykənməyə ata çiyni lazim olur ki bunlardan biz də öladlarımız da məhrumuq. Xüsusi qeyd etmək istəyirəm dənizcilərin həyat yoldaşlarınin fədakarlığını. Həm qadın həm kişi işlərini görmək, lazım gələndə ata əvəzi olmag cox çətindir indiki zamanda. Müsbət tərəfləri də təbii ki var, dünyanı gəzib görmək, indiki ağır dövrdə maddi tərəflər və s.

-Təcrübəli dəniçisiz, gəmi mühəndisisiz, uzun müddət uzaq səfərlərdə olursuz, həyatınızda bu səfərlərlə bağlı unudulmayacaq anlar çoxmu olub?

– Əlbəttə. 20 ildir ki dünya sularında müxtəlif ölkə gəmilərində səfərlər etmisəm. Təbiki bu səfərlərdə yaxsı və pis mənada yadda qalan hadisələr çox olub. Ən ağır və təhlükəlisi isə 1999-cu ildə Rumıniya- Kəlküttə (Hindistan) səfəri olub. Siklonlardan tutmuş Somali quldurlarının basqınına məruz qalmaqa qədər. Hələ o vaxt bu piratlar o qədər aktiv deyildilər. Kiçik qayıqlarda karabinlərlə silahlanmısdılar. Somali sahillərində havadan dolayı lövbər atmışdıq. 30 – a qədər qayıqda silahlı quldurlar gəmini mühasirəyə almısdılar. Hətta bir neçəsi gəminin burun tərəfindən göyərtəyə də çıxmışdılar. Ancaq Azerbaycanli kapitan Nadir Həsənzadənin səriştəsi və təmkini sayəsində biz lövbəri yığa bildik və Adən körfəzinə qayıda bildik.

-Hazırda Vətəndən uzaqdasız, deyin hansı ölkədəsiz və işiniz nədən ibarətdir.

– Hal hazırda Səudiyyə Ərəbistanındayam. 2008-ci ildən burada gəmilərdə Baş Mühəndis işləmişəm. 2018-ci ildən isə həmin şirkətdə Liman Mühəndisi  ( port engineer) vizifəsində işləyirəm. Kontraktım 2 ay olsa da pandemiya ilə əlaqədar olaraq 9 aydır işdəyəm. Ümid edirəm ki inşallah yollar tezliklə açılar mən və mənim kimi bütün dənizcilərimiz vətənə qayıdarıq

-Bəlkə bu məqamda özünüz haqda da bir neçə kəlmə deyəsiz.

– Beyləqan rayonunda doğulmuşam . Bizim nəslimizdə məndən başqa dənizçi yoxdur. Bəlkə də mənim dənizə həvəsim ordu sıralarnda olan vaxtdan yaranib. Mən sovetlər vaxtı Şimal Donanmasında qulluq etmişəm. Qayıtdıqdan sonra isə 1980-1985 ci illərdə Odessa Ali Dəniz Mühəndisləri məktəbində təhsil almışam. 1996-cı ilədək Xəzər Dəniz Yolları idarəsində gəmilərdə mühəndis və 2 il məsləhətçi mühəndis, sonra isə 199- ci ilədək XDND da işləmişəm. Dadlı yemeklər bişirməyi və muğamı  cox sevirəm. Hətta bir il Asəf Zeynallı adına musiqi məktəbində rəhmətlik Sahib Şükürovun dərslərində həvəskar olaraq muğam dərsi almışam. Vətənimi çox sevirəm və hər səfərdən qayıdanda Azərbaycanın bütün bölgələrini, Qusardan- Astaraya-Lerike, Bakidan-Qazağa, Füzulidən-Balakənə qədər gəzməyə çalışıram.

 –Fəyaz bəy, Vətəndən uzaqda nələr düşünürsüz?

–  Bəli dənizdə düşünməyə vaxt çox olur. Qəriblik olduğu üçün adətən bu nisgilli hisslər olur. Təbiiki keçmişə qayıdırsan, gələcək planlar haqda düşünürsən. El obanın, vətənin həsrətin çkirsən, bir sözlə. Bəzən heyyətdə tək azərbaycanlı olursan. Belə məqamda kitablar, xəbər saytları koməy edir. Müstəqil.az saytınız həmisə diqqətimizdədir. Çox kitab sevənəm. Məsələn bu səfər sizin, “Yağişdan sonra” , 2Bayıldan bayıra” kitablarınızı da gotürmüşəm, indi özüm oxuyub vermişəm başqa dənizçi dostlara da oxusunlar.

-Çox sağ olun, demək mənim kitabım da sayənizdə ölkələr gəzir. Fəyaz bəy, bildiyimiz kimi ölkəmiz hazırda iki qorxulu düşmənlə üz-üzədir. Pondemiya və ondan da pis erməni təcavüzü, dənizçilərimizin, konkret sizin bununla bağlı fikirləriniz maraqlı olardı.

– Pondemiya global problemdir. Dünya səhiyyəsi və ölkəmizdə prezident xalqla birgə bu bəladan az itgi ilə çıxmaq üçün mubarizə aparırlar. Allah köməyimiz olsun. Bizim üçün ən ağrılı virus Ermenistan və onun tərəfdarlarıdır. Ona görə mən heç vaxt  erməni təcavüzü sözü ilə razılaşmıram və həmişə başqa xalqların nümayəndələri ilə danışanda onlara işğalın pərdəarxası tərəfini göstərməyə çalışıram. Çünki biz kiçik və zəif bir Ermenistanla bacara bilmirmişik kimi görsənməyi bizi çox kiçildər. Mütləq bunu hərəmiz öz oldugumuz yerdə dünya xalqlarına inandırmağa çalışmalıyıq və gec-tez öz işğalda olan torpaqlarımızı azad edəcəyimizi də vurğulamalıyıq. Buna bizim hərbi gücümüz var. Aprel döyüşləri və son Tovuz döyüşlərində hərbçilərimizin və arxa cəbhədə xaıqımızın göstərdiyi birlik və şücayət bunu bir daha dunyaya göstərdi.

-Şox ölkələr gəzmisiz, çox oxuyan şox bilməz, çox gəzən çox bilər, deyiblər, bu deyim doğrudurmu?

–  Təbiiki burada təkcə nəzəri biliklər nəzərdə tutulmur. İnsan çox gəzdikcə çox görür, başına çox hadisələr gəlir ki, bu da həyat təcrübəsinin daha da zəngin olmasına köməy edir. İnsan müxtəlif adət ənənələrlə rastlaşır, gördüyü mədəniyyətləri öz ölkəsinə gətirir və öz ölkəsinin mədəniyyətini başqa olkələrə yayır. Səhv etmirəmsə buna ellim mədəniyyət deyilir

-O zaman çox gəzən, çox yerlərdə olan bir adam kimi, nələri bilirsiz?

– Axirətə qədər öyrənmək lazımdır deyilib dinimzdə. Nələrisə kimlərdənsə çox bilirəm demək heç xarakterimdə yoxdur.))

-Baxın getdiyiniz yerlərdə, olduğunuz ölkələrdə Azərbaycan onların gözü ilə necə görünür? Nələri müqayisə edirsiz və üstünlüyümüz nədədir?

–  Gözəl sualdır. Azərbaycanı heç tanımıyan və əksinə bir çox azərbaycanlıdan yaxşı tanıyan xarici vətəndaşlara rast gəlmişəm, bəzən. Birincilərə bacardığım qədər vətənimizi tanıtmağa çalışmışam, ikincilərlə isə söhbətləşib qürur duymuşam. Qonaqpərvərlik millətimizin dünyada fəxr ediləcək simvoludur. İnsanlıq, böyüyə sayğı cox xalqlarda olmayan üstünlüyümüzdür. Məsələn, mən nə vaxt Dəniz Administrasiyamıza gəlmişəmsə gənc dənizcilərimiz hörmətlə nəvbələrini mənə veriblər. Belə şeylər insanı qürurlandırmaya bilməz.

-Bəs dənizçilik sahəsində necə, bizim dənizçilərin savadı, bacarığı onlarda varmı?

– Bizim dənizçilərin savadı, iş bacarığı və ən əsası işə məsuliyyəti cox dənizçilik şirkətlərində həmişə vurğulanır. Bir çox şirkətlərdə azərbaycanlı liman kapitanlarına, liman mühəndislərinə rast gələ bilərsiniz. Aramkonun baş ofisində 20-yə yaxın azərbaycanlı neft mütəxəssisləri çalışır.

-Uzaqda olsanızda çox güman ki, Xəzər dənizçilərinin sosial durumu, Gəmiçiliyimizin qazandığ və perespiktivdə olan nailiyyətləri ilə ilgilənirsiz. Nə deyə bilərsiz?

– Əlbəttə həmişə Xəzərdə işləyən dostlarla əlaqəmiz olur. Təbii ki, onların sosial durumu 10 il əvvəlkinə nisbətən daha da yaxşılaşıb və bu yöndə daima yenədə işlər aparılır. İnanıramkı yaxın gələcəkdə Gəmiçiliyimiz daha da inkişaf edəcək, Xəzər dənizçilərinin sosial durumu da onların layiq olduğu daha yüksək səviyyəyə çatacaq

-Sizcə Dənizçilərə Sosial Dəstək İb-yi işini necə qurmalıdır ki, qarşısına qoyduğu məqsədlərə nail olsun.

– Əvvəlcə deyim ki, çox uğurlu və vacib layihədir. Sevinirəm ki, qisa bir zamanda yuzlərlə həmfikirlər toplandı bir yerə. Bildiyim qədər hətta dənizçi olmayan insanlardan da bu birliyə qoşulanlar var. İşini qurmağa gəldikdə isə Sizin şəxsən bu işdə nə qədər əziyyət çəkdiyinizi, necə can yandirdiğinizi hamimiz izliyirdik, görürdük. İnaniram ki, bir neçə vaxtdan sonra Azərbaycanda olan birliklər içərisində ən nufuzlu və dənizçilərə dəstək yolunda təmənnasız xidmət göstərən birlik olacaq. Biz də bu yolda sizə əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.-
 Sizinlə doğma vətəndə görüşmək arzusuyla sağollaşıram.

-Çox sag olun, Faiq bəy, sayıb söhbıtləşdiyiniz üçün minnətdaram. Sizin və butun millətimizin  Qurban bayramı mübarək olsun. Qoy xalqımız o qədər imkanlı olsun ki, adi günlərdə də beləcə tikəsini, ruzisini bir biri ilə bölüşsün.

Söhbətləşdi: Faiq Balabəyli

1. 182 baxılıb
Shares
mersin escort