“Ərdoğan Azərbaycan üçün bu addımları ata bilər” – Müsahibə

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

“Paşinyan hakimiyyətə gəldikdən sonra irəli sürdüyü şərtlərin hansı Azərbaycan tərəfindən qəbul olunub və ya edilmək perspektivi var? Heç birinin! Paşinyanın indiyədək verdiyi təkliflərin hamısı danışıqlar prosesinin pozulmasına xidmət edib”.

Politoloq Elçin Mirzəbəyli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Türkiyə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən proseslərdə fəallığını artırır. Prezident Rəcəb Tayyib Ərdoğan məsələni rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə etdi. Türkiyəni artıq bu prosesdə rol alan yeni geosiyasi oyunçu hesab etmək olarmı?

– Türkiyə bölgədə kifayət qədər güclənir və proseslərdə aktiv şəkildə rol almağa başlayıb. Türkiyə Ərdoğanın sayəsində Yaxın Şərqdə güclü hərbi və iqtisadi potensiala malik dövlət olduğunu ortalığa qoydu. Bu baxımdan, Türkiyənin həm beynəlxalq hüququn prinsiplərinə sonuna qədər əməl edən, həm də regionun uzun tarixi zaman kəsiyində burada söz sahibi olan bir dövlət olaraq bu prosesdə də rol almağa həm hüquqi, həm də mənəvi haqqı var. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və regiona sülhün gəlməsi Türkiyəsiz mümkün deyil. Bunu Rusiya və digər dövlətlər başa düşməlidir.

Birmənalı deməliyəm ki, Türkiyənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu prosesdə xüsusi rolu var. Türkiyənin dünya arenasına çıxmasında və söz sahibi olmasında onun xarakteri mühüm rol oynayır. Bu baxımdan, Türkiyə prezidentinin bu prosesi sonuna qədər izləyəcəyini və münaqişənin həlli istiqamətində bütün imkanları daxilində addımlarını atacağını gözləyirəm, buna ümid bəsləyirəm.

– Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında ölkəmizdə keçirilən təlimlər haqda nə düşünürsünüz – bu məşqləri ehtimal olunan savaş üçün hazırlıq hesab etmək olarmı?

– Türkiyə və Azərbaycan arasında bir neçə hərbi əməkdaşlıq sazişi var. Son saziş qarşılıqlı hərbi yardım və daha geniş perspektivləri ehtiva edir. Eyni zamanda, bu sazişdə müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq nəzərdə tutulur. Yəni bunlar planlaşdırılmış təlimlərdir. Bundan hansı dövlətin necə nəticə çıxarmasından asılı olmayaraq, plan üzrə həyata keçirilir. Bundan əvvəl də Naxçıvanda Türkiyə-Azərbaycan təlimləri baş tutub. İndiki halda məşqlərin Azərbaycanın digər bölgələrində keçirilməsi də planın tərkib hissəsidir. Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq sazişindən çıxış edilərək bu addımlar atılır.

– Ermənistan Baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı 7 şərt irəli sürdü. Özü də bilir ki, bunların heç biri Azərbaycan tərəfindən qəbul olunmayacaq. Belədirsə, niyə hər dəfə bu şərtlərində təkid edir?

– Paşinyan hakimiyyətə gəldikdən sonra irəli sürdüyü şərtlərin hansı Azərbaycan tərəfindən qəbul olunub və ya edilmək perspektivi var? Heç birinin! Paşinyanın indiyədək verdiyi təkliflərin hamısı danışıqlar prosesinin pozulmasına xidmət edib. O, prosesi mümkün qədər uzatmağa çalışır. Hakimiyyətdə olduğu bütün dövr ərzində bu problemin həll olunmaması üçün cəhdlər göstərib, göstərir.

Bildiyiniz kimi, hakimiyyətə gələndə ona qarşı irəli sürülən ittihamlar məhz onun vaxtilə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı idi. Vaxtilə yazdığı məqalələrdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün addımların atılmasının vacibliyini vurğulayırdı. Amma hakimiyyətə gəldikdən sonra onun “Qarabağ klanı”na açdığı savaş əks effekt verdi. Bundan sonra onun opponentləri Paşinyanı anti-Qarabağ mövqeyində dayanmaqda ittiham etməyə başladılar.

O, emosional adam olduğu, proseslərin içindən keçmədiyi və ciddi siyasətçi obrazı olmadığı üçün aqressiv danışmağa başladı və bu ittihamlardan yaxa qurtarmaq üçün ən sərt bəyanatlar verdi. Təbii ki, bu prosesdə üçüncü qüvvələrin də rolu var. Çünki Paşinyanı hakimiyyətə gətirən qüvvələr məqsədyönlü şəkildə regionda gərginliyin artmasına çalışa bilərdilər. Bu ehtimal həmişə var. Hesab edirəm ki, indiki məqamda regionda gərginliyin artması üçüncü tərəflərin maraqlarına uyğundur.

Yəni Paşinyanın bu ziddiyyətli açıqlamaları təəccüb yaratmamalıdır. Bu adamın beyninin içi belədir, düşüncəsi belədir və onun qarşısına qoyulan hədəflər belədir. Paşinyana bu missiyanı həyata keçirmək tapşırılıb. Bu missiyanın digər elementlərini də prosesdə görürük, sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan ən müxtəlif təxribatlarda da özünü büruzə verir. Paşinyan bir layihədir. Bu layihə həm Azərbaycan torpaqlarının işğalı prosesinə aiddir, həm də hansısa qüvvələrin ölkəmizə qarşı həyata keçirmək istədiyi təxribatların tərkib hissəsidir.

– Paşinyanın qarşısına missiyanın qoyulduğunu deyirsiniz, bəs bunu ona kim tapşırıb?

– Hakimiyyətə gələndə media və digər müstəvilərdə onun Sorosla əlaqələrindən söhbət açırdılar. Amma onun ikitərəfli agent olduğu ehtimalları da var. Düşünürəm ki, indiki məqamda onun konkret qüvvənin maraqlarından çıxış etdiyini söyləmək doğru olmazdı. Amma eyni anda bir neçə qüvvənin maraqlarını ifadə edən şəxs olması da mümkündür. Çünki bu, onun obrazında bir araya gələ bilər.

– Ermənistan baş nazirinin son günlərdə tez-tez rus mediasında görünməsi haqda fikriniz nədir – niyə ona orada belə ehtiyac yaranıb?

– Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Azərbaycan diasporunun müxtəlif ölkələrdə həyata keçirdiyi aksiyalar və buna ermənilərin sərt davranışları Ermənistan və erməni obrazının əsl simasını ortaya çıxardı. Başqa bir məqam da özünü Rusiyada büruzə verməyə başladı. Rusiyada ermənilər və azərbaycanlılar arasında baş verən qarşıdurmalar zamanı biz bir neçə oyunun həyata keçirildiyinin şahidi olduq.

Mümkündür ki, Paşinyan tez-tez rus mediasında çıxış etməklə həm oradakı ermənilərin mövqelərinin möhkəmlənməsinə və Rusiya ictimaiyyəti tərəfindən dəstəklənməsinə, həm də azərbaycanlıların sıxışdırılması üçün müəyyən manipulyativ addımların atılması istiqamətində irəliləyişlərə nail olmağa çalışır. Qənaətimə görə, bu, məqsədyönlü şəkildə Rusiyanın ictimai rəyinə hesablanmış bir gedişdir. Bununla çalışırlar ki, orada ermənilərə yaxın olan və onları himayə edən KİV-in püskürdüyü kin və aqressiyanın içində Paşinyanın guya Rusiya və rus xalqına yaxın olması haqqında uydurma məsələləri gündəmə gətirsinlər. Paşinyan da bundan istifadə edərək, özü haqda Rusiyanın ictimai rəyində formalaşmış obrazdan canını qurtarmağa, Rusiya-Azərbaycan münasibətlərinə və federasiyada yaşayan azərbaycanlılara yanaşmaya özünün mənfi təsirlərini göstərməyə çalışır.

41 baxılıb
mersin escort