Total səfərbərlik elan edilməlidir – Fazil Mustafa

AXCP-nin xarici qüvvələrlə əməkdaşlıq etməsi, onların maraqlarına xidmət edən troll şəbəkəsi yaradıb istifadə etməsi heç kəsə sirr deyil. Onu da qeyd edim ki, bu gün əsas təhlükə təkcə Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndər və digərləri deyil.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi şəxslərin erməni maraqlarına xidmət edən tezislər əsasında bəyanatlar verməsi haqda danışarkən deyib.

F.Mustafa qeyd edib ki, bu gün daxildə və xaricdə ölkə əleyhinə ciddi kampaniyalar aparanlar var:

“Düşünürəm, bu və bu kimi insanlara qarşı total bir səfərbərlik elan etmək, informasiya müharibəsində onları zərərsizləşdirmək lazımdır. Əslində, bu gün dövlətinə qarşı təlimat alan və bu işi canla-başla yerinə yetirən insanların olması çox acınacaqlıdır. Məsələ ondadır ki, bu şəxslər bu gün real faktlar təqdim etmir, boş söyüşdən başqa bir şey demir. Arxayın Londonda, Parisdə oturub, havadarlarından aldığı maliyyə dəstəyi ilə öz çirkin niyyətlərini açıqca ifadə edirlər. Onu da deyim ki, xaricdə söyüş və təhqiri mübarizə vasitəsi sayan bu şəxslərin bu gün daxildə də bağlantıları çoxdur. Xüsusilə bəzi yutuberlər var ki, məqsədyönlü şəkildə bu xəyanətə ortaq olurlar. Düşünürəm, bu şəxslərin xüsusilə də indi ölkələri əleyhinə kampaniya aparmaları birbaşa düşmən maraqlarına xidmət edir və belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”.

Share: