Ekspert yeni nazir haqda nələr dedi?

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Cənab Prezident İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin etməsi çox doğru qərardır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin Emin Əmrullayevi təhsil naziri təyin etməsi haqda danışarkən deyib. O, yeni nazirin peşəkar təhsil işçisi olduğunu və uzun müddət Təhsil Nazirliyi sistemində çalışdığını vurğulayıb:

“Onu da qeyd edim ki, olimpiadalarda şagirdlərimizin qazandıqları uğurlar birbaşa Emin Əmrullayevin adı ilə bağlıdır. O, uzun müddət təhsil sahəsində çalışıb, bu istiqamətdə peşəkarlaşıb. Bu baxımdan düşünürəm ki, Prezidentin son təyinatı da yerində verilmiş qərardır”.

K.Əsədov nazirlikdə aparılması zəruri olan bəzi dəyişikliklərdən də danışıb:

“İctimaiyyətlə əlaqələr şöbəsinin işi operativ şəkildə həyata keçirilməli, vətəndaşların müraciətlərinə qısa müddətdə cavab verilməlidir. Həmçinin ali məktəblər üçün də islahatlar aparılmalıdır. Mütəmadi olaraq ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil olunmalıdır. Bundan başqa, nazir, müavinləri və əməkdaşları məktəblərə gedib, sinifdə real vəziyyəti görməlidirlər”.

Ekspert qeyd edib ki, Təhsil haqqında qanun yenidən işlənib-hazırlanmalıdır:

“Təhsilin idarə olunmasına yanaşma dəyişməli, məktəblərin özünü maliyyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır”.

Müstəqil.Az

91 baxılıb
Paylaş
mersin escort