Savaşın aslanlı qadın tanrıları

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

İKİNCİ YAZI
Keçən yazıda dediyim kimi İnanna yazılı tarixin ilk savaş tanrısıdır. Bu yazıda onun İştar adıyla qonşu ölkələrə, ordan da Avropaya yayılmasından, həmçinin Orta və Yaxın Şərqdə güc, cəsarət, hakimiyyət, qələbə və ilahi iradəni simvolizə edən aslanlarla birgə təsvir edilən savaşın qadın tanrılarından bəhs edəcəm.

İştardan Esterəcən… 

E.ə 2400-cü illərdə semitik irqlər sumerlilərin yaşadığı yerləri işğal etməyə başlayırlar. Akkad kralı I Sarqon burada Akkad krallığını qurur. Akkadlardan sonra astronomiya elmində irəliləmə müşahidə olunur. Qabaqlar sumerlilər tanrıların və onların yaşadığı Dilmun ölkəsinin (sonralar həmin yer cənnət anlayışının meydana gəlməsinə kömək edəcək) yer üzündə olduğuna inanırdılar. Akkadlardan sonra göyün güzgü kimi yerdə nə varsa əks etdirdiyi düşünülməyə başlanır. Dini ekipaj da artıq göyə yerləşdirilir və hər tanrının göydə bir ulduzu olur. (Təkcə tanrıların deyil, insanların da hərəsinin bir ulduzu olduğuna inam bizim kültürümüzdə də indiyədək yaşayır. Ulduz axmasını (komet) kiminsə ölümü saymaq burdan irəli gəlir).

İnannanın axşam ulduzu- Venera (Zöhrə) sevgini, səhər (dan) ulduzu isə savaşı təmsil edirdi. Akkatlar İnannanı İştar adlandırırlar, bu adın mənası “star”, yəni ulduz deməkdir. Sonralar İştar – Astarte, Aştoret, Afrodita, Oaster, Ostara, Ostern, Ester adlarıyla ta Avropayacan yayılmışdır.

Şəkil 1.Ayağını aslanın belinə qoyan İştar

Sumer təsirləri Akkadların qərbə doğru genişləməsiylə Finikiyaya, Liviyaya, Fələstinə yön alır. Finikiyada İştar Astarte adlandırılır və burada da ona sevişmə və savaşma tanrısı kimi səcdə etməyə başlayırlar. Ona Liviyanın ən yüksək dağ zirvələrində məbəd qururlar. O da İştar kimi həm savaş tanrısı, həm də bərəkət və eşq tanrısı idi.

Akkadların yerini alan aramilər də intiqam, savaş və sevgi tanrısı Astarteyə yüz illərlə ibadət etdilər. Anadoluda Kibele üçün keşişlər özlərini xədim etdikləri kimi, Astarte üçün də xədim etmə ritualları vardı. (Yeri gəlmişkən, yanlış olaraq müsəlmanlıq və yəhudilik ritualı sayılan sünnət mərasimi ilə bu ritual arasında əlaqələr var.)

Güney Mesopotomiyada Uruk şəhərinin tanrısı Nanayya da İnanna ilə oxşar cəhətlərə malik olub, gözəllik, sevgi və savaş tanrısı idi.

Misirdən Mesopotamiyaya qədər ərazilərdə Suriya köklü Anat adlı bərəkət, sevgi, savaş və qələbə tanrısı olmuşdur. Bu tanrı-qadın qədim Misirdə orta krallıqlar dövründə xüsusilə nüfuz qazanmışdı. Anat döyüşlərdə kralı və savaş arabalarını qoruyan döyüşçü qadın-tanrı kimi təsvir olunurdu. Finikiyada Anatla bərabər, Kadeş deyilən qadın-tanrı da vardı və onun Misir yazılarındakı simvolu aslan idi.

Quzey Suriyda Atargatis məhsuldarlığa və xalqının düşmənlərdən qorunmasına cavabdeh idi. Onun oturuduğu taxtı aslanlar daşıyırdı.

Güney Mesopotomiyada Uruk şəhərinin tanrısı Nanayya da İnanna ilə oxşar cəhətlərə malik idi, gözəllik, eşq tanrısı olmaqla bərabər, həm də savaş tanrısı idi.

Ermənilərin yiyələndiyi Anahit (elamlıların Nahunta-sı) də bərəkət, məhsuldarlıq, sevgi, həm də savaş tanrısı olmuşdur.

Döyüşlərdə düşmənləri qorxutmaq üçün nərə çəklirdi və qəribə burasıdır ki, nərə tanrıları da qadın cinsində təsəvvür edilirdilər. Semitlərin daha bir qadın-tanrısı Aqasaya “nərə çəkən” tanrı xüsusiyyətilə „göylərin döyüşçüsü” adlanırdı. (Sonralar yunanlarda Alala, keltlərdə Neman bu vəzifəni həyata keçirən tanrı-qadınlar sayıldılar.)

Misirdə savaşın qadın-tanrıları

Misirin bilinən ən qədim tanrılarından biri – Neit hakimiyyət gücü, müharibə və ov tanrısı idi. Adının mənası “qorxunc” demək olan bu dişi tanrının, daha qədim mətnlərdə daim ox və yayla gəzdiyi göstərilir. Ona həm də ana-tanrı, yaradıcı-tanrı və ölüm tanrısı kimi də sitayiş edilmişdir. Neit döyüşçülərin silahlarını düzəldir və onlar öləndə döyüş meydanında onların bədənini qoruyurdu. (Misirlilər ölünü mumiyaladıqlarına görə cəsəd dağılmamış olmalıydı.)

Qədim misirlilərin başqa bir savaş tanrısı Saxmet adlanırdı. Aslan başlı bu qadın-tanrının adının mənası “qüdrətli” demək idi. Saxmetin təxəllüsü də vardı: “titrədən xanım”, yaxud, “dəhşətli sahibə”. O, Firon və onun ordularının qoruyucusu sayılırdı. Saxmet qədim misirlilər üçün sağaltma gücünə malik olduğuna görə ona sarğıların tanrısı da deyilirdi. Qədim misirlilər intiqam, fəth və savaş tanrısı Saxmetdən həm də kafirlərin qənimi kimi də qorxurdular. Miflərin birində deyilir ki, kişi-tanrı Ra vaxtilə ona inanıb sonra inanmayanları öldürməyi Saxmetə əmr edir. İnsanları öldürərkən onların qanının dadı Saxmetin elə xoşuna gəlir ki, artıq Ranın rahibləri qarışıq qabağına kim gəldi öldürürmüş. İşi belə görəndə Ra Nil çayına sehrli qırmızı rəng qatır, çayın suyunu qan zənn edib içən Saxmet sehrin gücüylə özünə gəlir və insan qanı içməyi tərgidir.

Saxmet savaş cəsarətinin də simvolu olmuşdur.

Şəkil 2. Aslan başlı Saxmet

Misirdə – Nubiyada, adının mənası “qırğın” demək olan qadın-tanrı Menhitin də savaş tanrılarına məxsus aqressiv və dağıdıcı cəhətləri vardı. Dişi aslanların istifadə etdiyi ov üsullarına yiyələndiyinə görə onu da aslan-tanrı formasında təsəvvür edirdilər. Qədim mətnlərdə Menhit haqqında Misir ordusunun önündə irəliləyən, alovlu oxlarla onların düşmənlərini qıran savaş tanrısı kimi yazılır.

Şəkil 3. Aslan başlı Menhit

Misirlilərin daha bir qadın savaş tanrısı da var: Pakhet. O, həm də “vadi ağzının dişi aslan tanrısı” adlanırdı, səhra qurtaracağındakı vadidə ov edənlərin tanrısı idi.

Hindlilərdə savaşın qadın-tanrıları

Hinduzimdə qadın-tanrı Durqa ən yüksək mövqeyə malik tanrılardan biri hesab olunurdu. Durqa adının mənası sanskritcə “məğlubedilməz” deməkdir. Hindlilərə görə o, həm yaradılışın, bərəkətin, həm də yoxetmənin və aclığın tanrısıdır. Çoxlu qolları olan Durqa, pələngə minmiş halda qorxunc silahlarla birgə təsvir edilir:

Şəkil 4. Pələng belində döyüşən Durqa

Durqa həm də dişi yaradıcı enerjinin (Şakti) simvolu və bədənləşməsidir. Onun beşinci görünüşü olan Skandamata aslan belində təsvir edilir:

Şəkil 5. Aslan belində oturmuş Skandamata

Qədim hindlilərin xəstəlik və savaş tanrısı Chamunda qorxu təlqin edən deva-qadın-tanrı sayılırdı.

Başqa qadın tanrı Kalinin bir çox funksiyaları içərisində ölüm, dağıtma və savaş tanrıçılığı da vardı.

Durqanın formalarından biri – Kathyayini isə həm intiqam, həm də qələbə tanrısı idi.

Hindlilərin 7 ana Matara-ları (Matrikaslar – analar) həm uşaq, həm azadlıq, bərabərlik, həm də savaş tanrı-anaları idi.

Qədim dravid mifologiyasında tamil xalqının savaş, qələbə və ov tanrısı Kottravey adlanırdı. Bu qadın tanrı həm də seksual qadın enerjisini ifadə edirdi. Ovçu qəbilələr arasında keçirilən Durqa kultunda Kottravey də anılırdı.

Keçək Anadoluya

Anadoluda tapılan Kibele fiqurlarının toppuz, iki ağızlı balta və s. kimi döyüş alətləri ilə birgə təsvir edilməsi onun bir zamanlar həm də savaş tanrısı olmasını da ağla gətirir.

Anadolunun qəhrəman qadın döyüşçülər – amazonlar yurdu olması da təsadüfi deyil.

Şəkil 6. Kibele bəbirlərlə

Şəkil 7. Kibele aslanlarla

Qədim Anadolu xalqlarından biri – hithitlərin ana-tanrısı Soska tale, alın yazısı tanrısı olmaqla bərabər savaş və qələbə tanrısıydı. O, əlindəki qoşaağızlı baltasıyla, toppuzuyla, yunanların qələbəyə məsul qadın-tanrısı Nike ilə eyni görünüşdədir. Nike və Soskanın geyim və simvollarında da bənzərlik var.

Hititlərədə başqa bir qadın-tanrı Şauşka doğum, şəfa, sevgi və müharibə tanrısıydı.

(ardı var)

ALOV İNANNA
Müstəqil.Az

mənbə: qadinkimi.com

1. 231 baxılıb
Shares
mersin escort