DUYĞULARIN PANDEMİYASI və yaxud Aysel Səfərli “Karantin boşluğu”nda – Vasif Süleyman

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

DUYĞULARIN PANDEMİYASI

və yaxud

Aysel Səfərli “Karantin boşluğu”nda

 

… dopdolu bir kitab bağladı. Boşluq dediyin bu qədərmi yaradıcı mühit formalaşdırdı… Nə isə (Bir dəfə yazmışdım ki, “Burda darıxmaq olmaz” kitabını yazmağa görə Faiq Balabəylini həbs etməyə dəyərdi)… O acıdan Aysel Səfərlinin KARANTİN BOŞLUĞUndakı uğuruna,oxucusu olaraq, sevinirəm. Xalq şairi Sabir Rüstəmxanlının kitaba yazdığı “Ayrılığın və təkliyin sözü” adlı ön sözAyselin, birşair olaraq,  imkanlarını oxuculara çatdırmaq üçün kifayət edir. Mən, sadəcə Aysel Səfərlinin “Karantin boşluğu”nda nələrlə üz-üzə qaldığına varmaq istədim.

Aysel Səfərlinin “Karantin boşluğu” kitabı cəmiyyətə məlum səbəblərdən təqdimatsız təqdim olundu. Sosial şəbəkələrdə, internet portallarında kitab haqqında  silsilə materiallar verildi. Bu kitabı ilə Aysel sübutelədi ki, insan (özü də o insan yüzlərlə sadiq oxucusu olan şairdisə) istənilən karantin boşluğunda dopdolu bir yaradıcı ömrü də yaşaya bilər. Dünya hansısa bir virus pandemiyasının labirintindən  çıxmaq yolları ararkən, duyğuların pandemiyasının sevən ürəkləri  ömürlük sarmasını arzu etmək olar:

Dünya

yorğunluq yuxusuna dalarkən

duyğuların pandemiya qəfəsində oyaqdır

yenə bir karantin gecəsi

yuxusu gəlmir həsrətin…

Çünki ətraf karantin boşluğunun əsarətindədir. Gecənin necə düşəcəyi, səhərin necə açılacağı bəlli deyil:

Gecənin həzin təsəllisində

uyumasına rəğmən

bu sabah da insanlardan

çılpaq idi şəhər,ağlamaq istəkliydi…

Karantin sabahının nə ilə açılacağını dünya ayaqda gözlədiyi bir vaxtda şair bunun cizgilərini cızır. Baxın,  eynən həsrətin, ayrılığın yaratdığı ağrının konturları ilə həmahəngdir:

Darıxmağın nağılını danışırdı

gözlərim…

Şəhərin insandan yoxsul

küçələri kimi

kimsəsiz idi ruhum-

Süni nəfəs aparatında.

Hələ pandemiyanın-həsrətin gecəsi də var axı. O gecə ki, hicran ürəyi üzəndə, həsrət özünü dünyanın ən qüdrətlisi sayanda, vüsal əlçatmaz olub az qala adamın xəyalından elə xəyal kimi keçəndə – uzandıqca uzanır:

Dünya pandemiya

yuxusunda sayıqlarkən

yuxuya verməyə çalışdığı

bir gecə

depressiyanın qucağında

tumarlanırdı…

… Hər şeyin bir sonu da olmalıdır. Amma o son şərti olaraq var. Bəzən heç gəlmir də… Bəzən də hər şey o sonu gözləməklə bitir:

Bilirsən,

hər həsrət öldürücü,

ağrılı bir andır…

Karantin bitməsinə az qalırmış,

bəs bizim karantinin

sonu nə zamandır???

Kitabdakı şeirlərin böyük bir qismi də duyğuların pandemiyasının əsarətindədir.  Bu həsrət dediyin pandemiyadan da betərdi… Bu sevgi deyilən nəsnə nədirsə, hara getsə, özüylə götürdüyü şeylər AYRILIQ, HƏSRƏT ya da ara-sıra VÜSAL olur. Nə sirr-xudadırsa, əksəriyyət ayrılığın, həsrətin cənginə düşür. Özü də bu həsrətin, ayrılığın hardasa bir şirin tərəfi də var. ELƏ HƏSRƏTİN DƏ BƏS EYLƏR MƏNƏ düşüncəsi kimi. Nədənsə, sevən sevginin vüsalından çox, həsrətinə, elə bil, sədaqətini göstərmək istəyir:

Mən

vüsalına uzun zamandır

oruc ikən

xəyalınla batil edirdim həsrəti.

Heç gör Ayselin şeirlərində həsrət daş-qalaq edilirmi.. Vüsalın gələn yolunun qarşısında  uzun zaman dayanmasına baxmayaraq,  çəkilir həsrət. Ta bineyi-qədimdən həsrət özünü daha çox sevdirə bildi sevənlərə, ən yaxşı halda qəza xətti  ilə uçuş zolağı arasındakı məsafədə özünü göstərdi:

Göz yaşlarım üşüdü

Ömrün ayrılığında.

Mən qəza xəttindəyəm,

Sən uçuş zolağında.

Həsrət də sevgi işidir. Bədii yaradıcılığın bir özəlliyi də sevgidə həm vüsalı, həm də həsrəti yaşada bilməsidir. Belə olmasaydı, sevənin ya  yaşat, ya öldür hikməti yaranmazdı:

Bayquş kimi ulayır dərd xaraba ruhumda,

Parçalayır içimi yalquzaq darıxmağım.

Necə olur, bilirəm, həsrətin çarmıxını,

İntiharın dağ olmuş təpəsinə çıxmağı.

Aradakı məsafənin yetərincə üzücüolmasına baxmayaraq, həsrətdən ayrılmaq yoxdur və heç atmaq, atılmaq haqqında düşünülmür də… Və BİZ XOŞBƏXT OLANA DÜNYA DAĞILAR həqiqətini bilə-bilə:

Hey avar çəkirəm dərdin üstünə,

Bəxtin ayaqları qəmə sürüşüb.

Niyə qucağında buzlatdın bizi?

Gözüm xatirələr gölünə düşüb.

Ümidlər bətnimdə donub boğular,

Biz xoşbəxt olana dünya dağılar.

Elə buna görə də həsrətdən bərk-bərk yapışır, sevginin həmişə vüsala çatdırmadığının fərqindədir.

Bir ev tikdim həsrətindən

Göz yaşım üstümə damır.

Bir ev tikdim bizim üçün,

Altı qəbir, üstü ömür…

Şairin yaratdığı altıqəbir, üstü ömür olan həsrət evində huzur nə gəzir, burda arzular, istəklər dəfn olunur:

Səni yalanlar asır hər gün dar ağacından,

Səbrim ipini çəkmir, fətvanı vermir daha

Əvəzinə mən hər gün bir doğru öldürürəm,

Dəfn edib arzuları, göndərirəmAllaha.

Aysel Səfərlinin dediyi kimi, gələndə ayrılıqla qoşa gələn, ayrılığı gətirən qəhrəman tək gəlmək kimi, sadəcə sevgi ilə gəlmək kimi bir istəyə sahib olmaq istəmir:

Hara getsək

yanında ayrılıqla gəlirsən,

Bu dəfə

də tək gəl!..

Yox, əgər gələ bilmirsənsə…

… Gələ bilmirsənsə (yenə də Ayselə görə), onda sənə tərəf gəlmək istəyənin gəlməyini sahmanla. Aysel bunu kitabında olmayan bir şeiri ilə sonradan tamamlayır. Yaradıcılığın tamlığı deyilən də budur. Və bir şairin bundan artıq özünütəqdimetmə missiyası ola bilməz:

Gəl pirim ol,duan olum,

Qurtum-qurtum havan olum.

Eşqə tərəf gəlir yolum?

Dur ayağa, dur, gəlirəm.

 

Qarmağı sevən balığam,

Səndən qalan tək qalığam.

Gör necə xarabalığam,

Bizə yuva qur,gəlirəm.

Sosial şəbəkələrdə də fəal olan Aysel Səfərlinin yaradıcılığının  bir qolunu Vətən sevgisi təşkil edir.

Qarabağda hönkürən,

Vətən yadıma düşdü,- deyən şair başqa bir şeirində isə

Məndən “Kimsən?” – soruşanlar,

Xocalıda əsir ruham!..

Qeyrətin dar ağacında

Çarmıxa çəkilmiş aham –deməklə, hər şeydən əvvəl və sonra Vətənin, torpağın olduğuna işarə edir. Çünki hələ də bu Vətənin Qarabağ dərdi üzündə, Sillə yeri tək qızarır…

Şairin qızı Aytelə yazdığı şeir kitabın bəlkə dəən şirin səhifəsidir. Baxın, bundan böyük həqiqət ola bilərmi:

Sən

Baharı

qısqandıran bir çiçək,

mən xəzanla yaşıdam…

Sən qardaşına öyrətdiyin

ilk əlifba səsisən,

dağınıq həyatımın

tək səliqəsisən…

Karantin boşluğunda belə Aysel Səfərli poeziya ilə nəfəs-nəfəsə dayandığının fərqindədir.

Mürəkkəbim çoxdan bitmiş,

Yazılmışam varaq-varaq.

Təkliyin tərəzisində

Yük oldum unudularaq,

İnanmazsan, başdan-başa

Şeir içindəyəm, dostum….

Bu ara duyğuların pandemiyası çoxmu qələm adamını yoluxdurdu, deyə bilmərəm. Amma ilk yoluxanlardan birinin, bəlkə də birincisinin  Aysel Səfərli olduğunu, oxucusu olaraq, dəqiq bilirəm…

Şimşək gurultusunda boğulduqca

o qadın gözlərindəki leysandan

boşluğa baxır…

Heç nə içindəki

hönkürtüləri kiritmir,

Karantin bitmir ki, bitmir…

… Bitmir… Və Aysel də bitib-tükənməyən bu fanidə oxucularını sevindirməkdə, heyrətləndirməkdə davam edir. İstədiyimiz də bu deyilmi…

Kitabdakı “Ata quşun intiharı”, əslində qəfəsdə sanki karantin  ömrü yaşayan tutuquşu ailəsinin başına gələn acı həyat hekayətidir. Bəlkə Ayselin məni kimi bir oxucusu da  nə vaxtsa bu hekayət haqqında ayrıca yazacaq.

Sonda bu kitabı oxuculara təqdim edən “Qanun” nəşriyyatına, kitabın redaktoru, şair dostumuz Süleyman Abdullaya, korrektoru Əyyar Tahirova və xüsusilə də ön söz müəllifi,xalq şairi Sabir Rüstəmxanlıya ürəkdən bir VAR OLUN deyirəm.

Vasif SÜLEYMAN

(Ədəbiyyatqəzeti.az)

Sin descripción disponible.

 

 

682 baxılıb
Shares
mersin escort