Yaqub Həmidov: Bərkə – boşa düşməyi, əsl dostun necə olduğunu mənə dəniz öyrədib

Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dəniçi həyatı”nın bu dəfəki qonağı “Polmali “ Şirkətlər qrupunun “İlyas Əfəndiyev” quru yük gəmisinin baş mexanniki Yaqub Hımidovdur

Yaqub bəy, xeyli vaxtdır uzaq səfərdən dönmüsüz, necədir vəziyyət, dəniz üçün darıxmırsız ki?

-Düzdür, artıq 4 aydır doğma vətənimdə, Bakıdayam. Bu pandemiya heç imkan verdimi ki, dəniz üçün darıxam da. Artıq çox sevindiricidir ki, virus aradan qalxma üzrədir. Ölkəmizdə görülən tədbirlər təqdirəlayiqdir. Bu böyük bəladan az itki ilə çıxmaq da qəhrəmanlıqdır. Allah millətimizi qorusun.

Demək bu ümumbəşəri bəla sizdən darıxmaq əvəzinə bəladan qurtulmaq haqda daha çox fikirləşməyi tələb edib…

– Yox, niyə ki, bu darıxmaq deyilən hiss elə bir şeydir ki, düşüncəsi, ürəyi olan adam darıxada bilir, arzuları ilə, xəyalları ilə baş-başa verib ömrünü vərəqləyə də. İstənilən halda ömrümün 30 ilini dənizdə keçirmişəm, dəniz üçün darıxmamaq mümkünsüzdü. Dəniz , mənə görə ALLAHIN yaratdıqları içərisində ən gözəlidi. Özündə genişliyi, qüruru, təmizliyi ehtiva edir. Dəmizə olan sevgimi həm də ondan ifadə edə bilərəm ki, oğlum Fərruxun böyük qızının, mənim nəvəmin adının Dəniz qoymuşuq.

Dənizçinin günü güzaranı belədir, dənizdə sahil üçün, sahildə də dəniz üçün darıxır, bu hər iki darıxmağın hansı daha şirindir?

-Sözssüz ki, ailəmizi dənizdən qazandıqlarımızla yaşadırıq. ALLAH bərəkət versin. Dənizə çox borcluyuq və onu sevməliyik. Bu mənada hər iki həsrəti çəkmək , hər ikisi üçün darıxmaq, mənə görə çox şirindir.

Yaqub bəy, Aran rayonunda, dənizdən uzaq bir yerdə doğulmusuz. Dəniz qalsın bir tərəfdə, heç gur çay da yoxdur  doğulduğunuz, boya başa çatdığnız yerdə, bəs sizdə dənizə maraq hardan yarandı?

-Lap uşaqlıqdan hərbi sahəyə və dənizə çox meylli idim. Ya tankçı , ya da hərbi dənizçi olmaq istəyirdim. Qafur Məmmədov adına Dəniz Yolları Məktəbi də tam hərbiləşdirilmiş məktəb idi. Mən oranı hərbi və dəqiq sahə olduğu üçün seçdim. Aranda isə, isti region olduğu üçün çox susadım. Və suya meyl etməyə başladım. Xüsusi olaraq qeyd etməliyəm ki, mənim dənizə gəməyimdə o zamanlar  AXDG rəis müavini işləyən Seyidov Əlimirzənin rolunu  və köməyinin  dilə gətirməmək insafsəlıq olardı. Ona həmişə minəttdar olacamş

Bu məqamda bir balaca özünüz haqda bəhs edərdiniz.

-1985-ci ildə ci ildə orta məktəbi Ucar rayonunun Qazian kəndində bitirib Bakıya dənizçi olmaq üçü oxumağa gəlmişəm.1991-ci ildən “Kasparda”, indiuki DND də , uzun müddət tanker sektorunda işləmişəm. Ömrümün 27 ilini Xəzər dənizində, son 3 ilini isə sevə – sevə, qürur duyaraq, dünyanın aparışı gəmiçiliklərindən olan PALMALİ şirkətində işləyirəm. Deyim ki, burda işləmək, elə DND də işləmək qədər xoşdur və eyni həvəslə çalışlram. Gəmiçilk hər yerdə Azərbaycan mənafeyini üstün tutur. Şirkətin sahibi vətənpərvər, gözəl insan, xeyriyyəçi Mübariz Mənsimovdur və onun Azərbaycan sevdalısı olması hər kəsin ürəyincədir.

-Uzun müddət AXDG -liyində işlədiyinizi dediz. Bu idarə, və ümumilikdə dsizin həyatınızda nələrə “imza” atdı?

-Dediyim kimi, 27 il doğma Xəzərdə işləmişəm. Dəniz mənim həyatımın mənasıdır, desəm heç də ifrata varmaram. Çünki o dənizlə özümə həyat qurmuşam, bərkə boşa düşmüşəm, əsl dostun necə olduğunu bilmişəm. Hazırda böyük oğlum Fərrux da dənizdə işləyir və ikinci Ali təhsil olaraq ADDA-da Gəmi Sürücülüyü, Naviqasiya mühəndisliyi fakultəsinin 4-cü kursunu bitirdi. İnşaallah Gələn il oranı bitirib kapitan körpüsünə qalxacaq.

Hazırda çalışdığınız “Polmali” çirkətlər qrupunun gəmiləri Azərbaycanın tanınmış çəxslərinin adını daşıyır. Uzaq səfərlərdə, başqa ölkələrdə olanda bu insanlarımız haqda soruşurlarmı?

-Bəli, çox qürurla təkrar olaraq deyim ki, son 3 ili PALMALİ şirkətində işləyirəm. Ona görə Qürurla deyirəm ki, biz Azərbaycanlılar, həqiqətən də dünya sularında və ölkələrində  “M.Ə RƏSULZADƏ”, “MÜBARİZ İBRAHİMOV, “AZERİ KARABAĞ”, ” RİAD AHMEDOV”,” NƏSİBƏ ZEYNALOVA, ” İLYAS EFENDİYEV”, ” XOSROV BƏY SOLTANOV” və sairə, milli dəyərlərimizi təbliğ edərkən qürur duymamamız mümkün deyil.

Yaqub bəy, uzun müddət şalışdığınız donanmadan uzaqda işləsəniz də, çox güman ki, özünüzü  həmişə Xəzər dənizçisi təqdim edirsiz.

– Həqiqətən də bu belədir. Bunu danmaq vicdansızlıq olar. Mən Xəzərdə dənizçi olmuşam. Və sonra digər dövlətlərin gəmilərində işləməyə hazır olmuşam. Yəni, mən nəinki Xəzərdə təcrübə toplayıb əsl dənizçi olmuşam, əslində Xəzərdə formalaşmışam.

Xəzər dənizçisinin bu günükü sosial durumu necədir, qane edicidirmi?

-Xəzər dənizçisi deyincə, biz yəqin ki, AXDG, XDND nəzərdə tuturuq? Belə isə son illərdə həqiqətən də bu təşkilatlarda çox dərin islahatların şahidiyik. Həm işçilərin maaşları, sosial təminatları, dənizçilərin və üzücü heyətin bütün sahələrdə təminatları daxil, irəliləyişləri görməmək mümkünsüz. Tibbi sığorta, onların sağlamlığına maraq. Çox sevindirici haldır ki,işçilər yeni mənzillərlə təmin olunur. Uzun müddət idi ki, bir durğunluq, susqunluq vardı, bu bir başa Gəmiçiliyin sədrinin daxilinin genişliyindən, insanların taleyinə biganə olmamasından irəli gəlir. Yeni gəmilərin tikilməsi, gəmiqayırma və gəmi təmiri zavodlarının yenilənməsi, elə cə də çox şeylər. Və şəxsən mən  bunları görüb də çox böyük sevinc hissləri yaşayıram. Çünki, həqiqətən də, dənizdən on minlərlə ailələrin güzəranı təmin olunur. Buna sevinməmək və bu sahənin inkişafını istəməmək günah olardı.

Peşəkar mexanniksiz, texnikanı mükəmməl bilməniz haqda keçmiş iş yoldaşlarınız bəhs edir. Dononmada daha nələr etmək olar?

– Donanmanın inkişadında əlavə və lüzumsuz məsrəflərə daha çox diqqət etməliyik. Xüsusi ilə, donanmanın əsas vəsaiti gəmilərin istifadə etdiyi yanacağa sərf olunur. Bu sahə nəzarətdə saxlanılmalıdır ki, sızıntı olmasın, sərfiyyat qədərində olsun. Çox yaxşı haldır ki Gəmiçiliyin sədri Rauf müəllim bu sahədə baş vermiş neqativ halların qarşısını alıb və almaq da davam edir. Çox şükürlər olsun ki,  AXDG QSC, artıq MİLLİ istehsalımız olan gəmilərin istismarına başlayır. Çox sevinirəm ki, son günlər “Laçın” tankerimiz də daşımaçılığa qoşuldu. Davamı gəlməsini arzulayıram.

Bilirsiniz ki, bu Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə hazırladığı “Dənizçi həyatı”layihəsində qonağımız oldunuz. Yeni yaranan DSD İB-yə nə tövsiyyə edərdiz ki, ümumilikdə dənizçilərimizin xeyrinə olsun.

-Faiq bəy, sizin rəhbəri olduğunuz DSD İB-nin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış hüquqi bir təşkilatdır. Bu münasibət ilə başda Siz olmaqla , bütün dənizçilərimizi təbrik edirəm. Və inanıram ki, bu təşkilat( heç vaxt ehtiyac olmasın) dənizçilərimizin üzələşə biləcəyi problemlərin aradan qaldırılmasına yardımçı olacaq. İşlərinizdə Sizə uğurlar arzu edirəm. Həm də inanıram ki, həm Xəzərdə, həm də kənarda fəaliyyət göstərən dənizçilərimizin sosial həyatında yardımçı olacaqsız. Məlumatım var ki, dənizçilərimiz Sizin rəhbəri olduğunuz Birliyə güvənir, idarələrində qarşılaşdıqları bu və ya digər səbəbdən yaşanan qanuna zidd hallar haqda sizlərə müraciət olunur. Gəmiçiliyin, yaxud digər gəmiçilik şirkətlərinin, rəhbərlərinin bəlkə də bunlardan xəbəri yoxdur, yerlərdə yaranan problemlərdi, bütün bunları diqqətdə saxlamaq sizin işiniz olmalıdır. Mən belə bir qrumun olmasına ehtiyac duyurdum. Çətin olacaq, amma nəzərdə tutduğunuz kimi işinizi qura bilsəniz bu çox şərəfli bir işin tərəfinizdən icra olunması demək olacaq.

Yaqub bəy, ola bilsin ki, özünüzün toxunacağınız hər hansı bir məsələ oldu, amma mən o sualı vermədim, özünüz nəsə əlavə edərsizmi?

-Həqiqətən də, yeni gəmilərimizin coğrafi yer adları ilə istismarına sevinməmək mümkün deyil. Ancaq, hər zaman bu məsələdə nə isə içimdə bir narahatçılıq olub. Niyə?- çünki bizim “ZƏNGƏZUR”, “ŞUŞA” və digər yer adlarımızı yaşadan gəmilərimiz var. İstəyirəm məni narahat edən məsəlləri dilə gətirim, yaddaşlara köçürüm. Yeni gəmilərimiz “QUBADLI”,CƏBRAYIL”, “LAÇIN”, “XANKƏNDİ”, “XOCAVƏND” adlarını tək gəmilərimizdə yaşatmayaq. O torpaqlarımızı azad etməliyik, o yerlər də bizim millət yaşamalıdır.

Son baş verən vətən uğrunda gedən döyüşlərdə ŞƏHİD olan qardaşlarımızın məqamları mübarək olsun. Tanrı o məqama bizi də çatdıracaq, qəlbimizdə inam var, İnşallah Ali Baş Komandanımızın səfərbərlik və düşməni məhv edin əmrini gözləyirik.  Biz, mən və oğlum Fərrux da dediyim kimi o əmri gözləyirik, canımızdan keçməyə hazırıq, təki Vətən yaşasın, Vətən sağ olsun.

Sizə bir də xüsusi ilə ona görə təşəkkür edirəm ki, sədri olduğunuz Dənizçilərə Sosial Dəstək İctimai Birliyi Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş genaral Polad Həşimovun adının əbədiləşdirilməsi üçün layihələrə start vermisiz. İgid generalımıza Xəzərdə üzən gəmilərdən birinin adının verilməsi üçün dənizçilərimizin təklif- xahişini Gəmiçiliyin rəhbərliyinə çatdırmısız və qəhrəmanımıza həsr olunan əsərlərdən ibarət kitab nəşr etdirməklə yanaşı, həm də yazarlarımız arasında müsabiqə elan etmisiz. Bir daha sağ olun ki, fikirlərimi bölüşmək üçün məni layihənizə qonaq dəvət etmisiz.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: