Qusarda ağır qəza: ölən var

Qusar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun Samur qəsəbəsində “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Müstəqil.Az

Share: