Başına 1 milyon qoyulmuş terrorçunu türk ordusu məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri başına 1 milyon lirə mükafat qoyulan terrorçunu zərərsizləşdirib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Tuncelinin Ovacıq bölgəsində jandarma xüsusi təyinatlıları və komandos qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçunun “Savaş Fərat” kod adlı Yəhya Atmaca olduğu müəyyənləşib. O, Dərsim bölgəsinin sözdə qərb cəhbəsi üzrə komandiri kimi fəaliyyət göstərib. Axtarışda olan Y.Atmacanın başına 1 milyon lirə mükafat qoyulub. Terrorçunun 2011-ci ildə Tuncelidə polislərə qarşı hücum edənlərdən biri olduğu bəlli olub. Eyni zamanda, 1 polis və həyat yoldaşının şəhid olduğu hücumda da iştirak edib”, – məlumatda bildirilib.

Müstəqil.Az

Share: