Siyəzəndə narkotacir ələ keçdi

Siyəzəndə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran şəhər sakini C.Məmmədov saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 333 qramdan artıq marixuana, tiryək və çətənə toxumları aşkar edilərək götürülüb.

Tural Balabəyli

Share: