Avropada onları küsdürdük, indi isə… İlqar İLKİN yazdı

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Bu gün dünyanın aparıcı ölkələrində ermənilərlə yaşanan hadisələr, soydaşlarımızın təklənərək döyülməsi bir məsələni aktual edib: türk xalqlarının diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, onlarla birgə mübarizənin təşkili.

Bu birlik bizə sadəcə bu gün küçə döyüşlərində gərək deyil, uzun illərdir apardığımız xarici siyasətin bir parçası olmalıydı. Diplomatiyamızda Avropanın əsas təsir imkanları olan ölkələrində fəaliyyət göstərən bütün türk xalqlarının diaspor təşkilatlarının konsalidasiyalı şəkildə birliyinə nail olunmalıydı. Bu işi məhz Azərbaycan etməliydi, çünki bu birlik modeli ən çox bizə lazım idi. Lakin bunun üçün əvvəlcə əməli iş görmək lazımdır. Bu sahədə yetkili olan bəzi adamlar bu işi görmək əvəzinə hətta Avropadakı azərbaycanlıları da parçalamaqla məşğul oldular. Gərək türk ruhu daşıyasan ki, türk diasporalarına da yaxın gedəsən.

Avropada türklərin, qazaxların, uyğurların, tatarların güclü diaspor fəaliyyətləri var. Onlarla gərək zamanında əlaqə qurasan, mütəmadi işləyəsən. Ağacdan bar dərmək üçün zəhmət çəkməlisən. Bəzilərini tanıyıram, intellektual görünmək istəyir, amma öz kimliyini belə unudub. Diaspor işində vacib olan intellekt, dil bilgisi ilə yanaşı, cəsarət, istək və millətçilik lazımdır.

Avropanın əsas siyasi mərkəzləri olan Brüssel, Haaqa, Strasburq, Paris kimi şəhərlərində ermənilərin əleyhinə onlarla etiraz mitinqləri, tədbirlər təşkil etdik, bir erməni də yaxın gələ bilmədi. Çünki yanında olduğumuz dostlarımız, diaspor üzvlərimiz həmin bölgələrdə söz sahibi idilər, yerli icra qurumlarına, hüquq-mühafizə orqanlarına təsir imkanları da olurdu. Kimlərsə bu insanları incitməyə qalxdı, onların gözü qarşısında əməyinə qiymət vermək əvəzinə burunladılar, onları küsdürdülər.

İndi məlumat alıram ki, həmin adamlara üz tutub yenidən kömək etmələrini istəyirlər.

Diaspor işi könül, vicdan işidir. Orada bəzi adamların naşılığı, yekəxanalığı, özündənrazılığı illərlə toplanmış bu gücü yox edə bilər. Problem də bax elə buradadır. Bizim üçün uzun illər Avropada mücadilə aparan adamlara sahib çıxmaq, onların əməyini doğru qiymətləndirmək lazımdır. Xüsusilə mükafatlandırdığınız insanları doğru seçməli, şəxsi tanışlıq və maraqlarınızdan kənara çıxmalısınız. Bu zaman güc, birlik, qələbə də bizimlə olacaq.

 

229 baxılıb
Shares
mersin escort