Putin Kadırovu general etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putinin ona general-mayor hərbi rütbəsi verdiyini bildirib.

Müstəqil.Az xəbər verir ki, Çeçenistan rəhbəri bu barədə Vkontakte səhifəsində yazıb.

“Telefon danışığı zamanı Prezident Putin sərəncamı şəxsən oxudu və məni general mayor-rütbəsi almağım münasibəti ilə təbrik edib, uğurlar arzuladı”, – Ramzan Kadırov qeyd edib.

Müstəqil.Az

 

Share: