“Milli Mətbuat Günü” münasibətilə yazarlar təltif olundu

YAZARLAR  TƏLTİF  OLUNDU

Müstəqil.Az xəbər verir ki, “Milli Mətbuat Günü” münasibəti ilə bir qrup yazar “Yazarlar” jurnalı,   “ustac.az” Fərdi İnkişaf və Yaradıcılıq  Mərkəzi tərəfindən “Bayram Bayramov” diplomları ilə mükafatlandırılıb.

Milli Mətbuatımızın 145 illiyi ilə əlaqədar hələ ötən ilin iyun ayından davam edən “Bayram Bayramov – 100” layihəsi çərçivəsində elan olunmuş və düz bir il davam etmiş müsabiqə nəticəsində yuxarıda adı keçən orqanlar tərəfindən bir nəfər “İlin yazarı” və  on iki nəfər “Ayın yazarı”  seçilməli idi. Əvvəlcədən elan olunduğu kimi, avtomatik  qaydada insan əməyi olmadan, elektron sayğacların göstəricilərinə əsasən tam şəffaf qaydada yekunlaşmış müsabiqənin nəticələrinə görə ötən ilin sentyabrında dünyasını dəyişmiş İldırım Əkbəroğlu  “İlin yazarı” və  müvafiq olaraq, Lilpar Cəmşidqızı, Təranə Məmməd, Nazim Yaquboğlu, Əsmər Hüseyn  Xan, Sona Amal (Teymurbəyli), Sona Abbasəliqızı (İsmayılova), Ustad Adil Cəfakeş,  Əbülfət Mədətoğlu, Aysel Xanlarqızı – Səfərli, Ülkər Nicatlı, Təvəkkül Goruslu (Məmmədov), Aysel Nazim (Əliyeva) “Ayın yazarı”  adına layiq görülərək, öncədən nəzərdə tutulduğu kimi “Bayram Bayramov” diplomları ilə təltif olunmuşlar. Diplomlar mövcud şəraitə uyğun olaraq heç bir kütləvi tədbir olmadan tək-tək fərdi qaydada mükafatçılara təqdim olunacaq. Milli Mətbuat Günü münasibəti ilə bütün yazarlarımızı və eləcə də mükafatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!

ZaurUstac,

“Yazarların” baş redaktoru.

 

 

  1. LİLPAR  CƏMŞİDQIZI   N: 003  10.07.2020. – BAKI.
  2. TƏRANƏ  MƏMMƏD  N: 004  10.07.2020. – BAKI.
  3. NAZİM  YAQUBOĞLU  N: 005  10.07.2020. – BAKI.
  4. ƏSMƏR  HÜSEYN  XAN  N: 006  10.07.2020. – BAKI.
  5. SONA  AMAL (TEYMURBƏYLİ) N: 007  10.07.2020. – BAKI.
  6. SONA  ABBASƏLİQIZI (İSMAYILOVA) N: 008  10.07.2020. – BAKI.
  7. ADİL  CƏFAKEŞ  N: 009  10.07.2020. – BAKI.
  8. ƏBÜLFƏT  MƏDƏTOĞLU  N: 010  10.07.2020. – BAKI.
  9. AYSEL  XANLARQIZI – SƏFƏRLİ  N: 011  10.07.2020. – BAKI.
  10. ÜLKƏR  NİCATLI  N: 012  10.07.2020. – BAKI.
  11. TƏVƏKKÜL  GORUSLU (MƏMMƏDOV) N: 013  10.07.2020. – BAKI.
  12. AYSEL  NAZİM (ƏLİYEVA) N: 014  10.07.2020. – BAKI.

 

Share: