Bu tankerin ekoloji problemlərə səbəb ola biləcəyi deyilir

Dünya birliyi “Safer” tankerindən bir milyon bareldən çox neftin Qırmızı dənizə tökülə biləcəyindən çox narahatdır. Müstəqil.Az bildirir ki, ekspertlər bu hadisənin ciddi ekoloji problemlər törədəcəyini proqnoz ediblər.

Qeyd etmək yerinə düşər ki,  tanker 2015-ci ilin martında Qırmızı dənizdə bir qrup ekstremist tərəfindən qaçırılmışdı. BMT-nin hesablamalarına görə, tankerdə 1,1 milyon barel neft var.

Sözügedən tanker Qırmızı dənizdən 7 kilometr məsafədə yerləşən Ras İsa limanında dayanıb.  Tankerdə olan neftin dənizə töküləcəyi təqdirdə limanlar yararsız hala gələcək, Yəmənin balıq ehtiyatları tələf olacaq və bütün sahilyanı ölkələr ciddi ekoloji problemlərlə üzləşəcək.

Ekspertlərin məlumatına görə, uzun müddət işləmədiyindən tanker artıq saya oturub və utlizasiyaya göndərilməlidir. Lakin bundan öncə tankerin göyərtəsindəki neft boşaldılmalıdır.

Müstəqil.Az

Share: