General Həşimov əsgərindən nə istəmişdi? – Xatirə

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Doqquz ayın əsgəri idim və necə lazımdır xidmət edirdim, heç kimdən qulluqda geri qalmırdım.

Bir gün “botinka” ayağımı yara etmişdi, axsayırdım. Təsadüfən Polad Həşimovla rastlaşdım. “Niyə axsayırsan, Bədəlov?” deyərək ciddi-ciddi baxdı…

Müstəqil.Az xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qeyd edib. O, şəhid general Polad Həşimovun əsgəri olmuş Roman Bədəlovun xatirəsini bölüşüb:

“Əvvəlcə onun zəhmindən çəkindim, dilim dolaşa-dolaşa “botinka” ayağımı döyüb, komandir” dedim. Üzümə baxdı, “vəndamlılar dözümlü olur, heç nə olmaz” deyərək gülümsəyib getdi. Mən də heç nə demədən gəldim öz bölüyümüzə. Axşamüstü saat 5 olardı, mənə xəbər etdilər ki, səni qərargaha çağırırlar. Qorxaraq getdim ki, görəsən, nə olub? O vaxtlar atam xəstə idi, elə bildim, atama nəsə olub. Gəldim qərargaha və içəri girdim, dedilər, Həşimov səni çağırır. Qapısını döyüb içəri daxil oldum. “Keç əyləş, Bədəlov” – dedi. “Baş üstə, komandir”, – deyib əyləşdim. Mənə məzuniyyət kağızı uzatdı və dedi ki, get evinizə, ayağın sağalanda gələrsən.

Düzdür, sevindim, amma sevinməyimə baxmayaraq, utanırdım, çünki o mənə “dözümlü ol və kişi kimi əsgərlik et” demişdi.

Məzuniyyət kağızını alıb çıxanda, “komandir, sənə kənddən nə gətirim gələndə” deyə sual verdim. Baxdı üzümə və gülümsəyərək, “sağalmış ayağını gətir, başqa heç nə lazım deyil” cavabını verdi”, – Ş.Xuduoğlu qeyd edib.

Naşir çağırış edərək, qəhrəman generalı tanıyanlardan onunla bağlı xatirələrini yazmağı istəyib və bunların kitab halında nəşr ediləcəyini bildirib.

Aqşin

247 baxılıb
Paylaş
mersin escort