“Trabzonspor”un baş məşqçisi istefa verdi

Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Hüseyn Çimşir istefa verib.

“Haber Global”un məlumatına görə, tərəflər qarşılıqlı razılaşma ilə yollarını ayırıb.

Qeyd edək ki, “Trabzonspor” Türkiyə Super Liqasında keçirdiyi 33 qarşılaşmadan 62 xal toplayıb və hazırda ikinci yerdə qərarlaşıb.

Tural Balabəyli

Share: