Gəmiyə General Polad Həşimovun adı verilsin – Təklif

Sosial şəbəkələrdə, ayrı-atrı mətbuat səhifələrində  Bakıda Metro stansiyasına, tam orta məktəbə, şəhərin küçələrindən birinə  General Polad Həşimovun adının verilməsi ilə bağlı, qəhrəmanımızın abidəsinin qoyulması ilə bağlı yeni təkliflər verilir.

Xatırladaq ki, Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin yeni layihələrindən biri də məhz qəhrəman generalımıın xatirəsini əbədiləşdirmək üçün müsabiqə elan etmiş və kitab halında çıxacaq əsərlərin qalib müəllifləri mükafatlandırılacaq.

Bizimlə söhbətində bunu DSD İB-nin sədri Faiq BALABƏYLİ deyib. O, bildirib ki, “Şahdağ” Yedək -yük  təchizat gəmisi kapitanın 2-ci köməkçisi Ərəstun Əbilzadı və onlarla dənizçinin DSD İB nə yazılı müraciəti də daxil olub.

Buna görə də Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin üzvü olan və sosial şəbəkədəki eyni adlı qrupa üzv olan dənizçilərimiz yeni bir təklif irəli sürüblər. Dənizçilərtəklif edir ki,  “AXDG” QSC-nin XDND və DND idarələrində eyni adla iki gəmi istismardadır. “Şahdağ”  adlanan bu iki  gəmidən birinin adı dəyişdirilərək General Həşimovun yaxud Milli Qəhrəman M.İbrahimovun adı verilsin .

Gəmilər 2005 və 2019-cu illərdə alınmasına rəğmən istismar müddəti yetərincədir və doğma Xəzərdə, yaxud Dünyanın digər sularında qəhrəmanlarımız General P.Həşimovun adı ilə çağırılması şəhid generalın adının daha da əbədiləşməsi olardı.

AXDG QSC-nin təcrübəsində bu var. Gəmiçiliyin çox saylı gəmiləri respublikamıın qəhrəman övladlarının, şəhərlərinin ədəbiyyat və sənət adamlarının adını daşımaqdadır.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi bu təkliflə AXDG QSC-nin rəhbərliyinə müraciət edir.

Müstəqil.Az

Share: