Xanım şairlər Adilə Nəzər, Aysel Səfərli və Aynur Cavid Səfərbərlik idarəsindən qeydiyyatdan keçib…

Qarabağ üçün yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan kişisi kimi, Azərbaycan qadınları da səfərbərdir.

Müstəqil.Az xəbər verir ki, bunu tanınmış xanım  şair Adilə Nəzər özünün Sosial şəbəkədəki divarında yayınlayıb.

“Qeydiyyatdan keçdim, qismət olarsa cəbhədə də Vətənimə layiqincə xidmət edərəm. Bəlkə bəxtim gətirər, şəhid də olaram”- deyən Adilə xanım Səfərbərlik idarəsinə müraciət edən tək xanım şairə deyil.

Əslən Ağdamdam məcburi köçkün olan, Ələtdəki 195 saylı tam orta məktəbin müəllimi, AYB üzvü, şair Aynur Cavid və Müstəqil.Az-ın redaktoru, tanınmış şairə, AYB üzvü Aysel Səfərli də bu gün cəbhəyə getmək üçün aidiyyatı idarəyə müraciət edib.

Müstəqil.Az

Share: