Xalqımıza səbr və dözüm  arzulayıram – Uzaq səfərlər kapitanı

Xaricdə fəaliyyət göstərən  azərbaycanlı gəmi kapitan kimi,  son günlərdə doğma vətənim Azərbaycanda baş verən proseslərə  biganə qala bilmədim. Burada ifadə edəcəyim mövqe, təkcə mənim mövqeyim  deyil, xaricdə mənimlə birgə fəaliyyət göstərən Azərbaycandan olan  kapitanların mövqeyidir. Bir sözlə demək istəyirəm ki, bu yazımda mənimlə eyni şirkətdə  calışan kapitanların fikirlərini də   ifadə edirəm.

Məlumat ücün onu da bildirməyi özümə borc bilirəm ki, xaricdə və  o cümlədən də Azərbaycanda  fəaliyyət göstərən kapitanlar, həmçinin bütünlükdə dənizçilər  Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini daim dəstəkləmiş, onun iqtisadi, sosial və mədəni inkişafında iştirak etmiş, cəmiyyətin və dövlətin  siyasi həyatı ilə  yaxından maraqlanmış, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarsılıqlı münasibət və əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşlar. Ona görə də, Azərbaycanda baş verən hadisələr bizi sarsıtmaya, kədərləndirməyə  bilməz.

Mart ayından  başlayaraq  (təbii ki, bu proses dünyada daha  öncədən başlanmış və bu barədə əvvəlki yazılarımda münasibət bildirdiyim ücün  yenidən münasibət bildirmək istəmirəm) ölkəmizdə  koronavirus pandemiyasının yayılması,  ölkə rəhbərliyi tərəfindən qarşısının alınması istiqamətində verilən trapşırıqlar, görülən və görülməkdə olan işlər , onun fəsadlarının aradan qaldırılması , yaranmış pandemiya ilə əlaqədar həkimlərin mübarizəsi  müsbət nəticə verməyə başladıgı bir zamanda 12 iyul, günorta saatlarından etibarən mənfur düşmənlərimiz olan Ermənistan Silahlı  qüvvələri tərəfindən  Azərbaycan-Emənistan dövlət sərhədinin Tovuz istiqamətində  mövqelərimizi  və yaşayış məntəqələrimizi  ələ keçirmək, həmçinin erməniyə xas məkirli niyyətlərini həyata keçirmək məqsədilə hücuma kecərək, növbəti torpaqlarımızın işğalına əl uzatdıları, lakin mübariz və mərd Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə düşmənin  bədxah niyyətlərinin qarşısı  alınmış  və alınmaqda da davam olunur. Təbii ki, bu mübarizədə  düşmənə layiqli cavabın verilməsi, sevincimizi ifadə etsə də, itkilərimiz   bizi çox sarsıdır.

Azərbaycan  Ordusunun şəhid olan əsgərlərin və   Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olmuş və dünən ikinci Fəxri   Xiyabanda dəfn olunmuş Qeneral- mayor  Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrinə səbr  və Allahdan onlara rəhmət, yaralı əsgərlərimizə Allahdan şəfa  diləyirik və çox istərdim ki, gələcəkdə  şəhid generalımızın  adını əbədiləşdirmək  üçün gəmilərimizdən biri onun adı ilə adlandırılsın.

Şübhəsiz ki, bütün şəhidlərimizin  məkanı cənnətdir,onlar bu cənnəti  vətənin bütövlüyü uğrunda axıdılan qanları ,fəda olunan canları ilə qazandılar. Vətənin bu günündə  bizim üzərimizə düşən vəzifə  isə, hər kəsin bu mübarizədə əlindən gələni əsirgəməməsidir.

Hazırda vətəndə olmasaq da, hətta ağır pandemiya dönəmində vətəndaşlarımız evlərində   qalsalar da, hamımız yekdilliklə ordumuza dəstək ola bilərik.

Biz gəmi kapitanları calışırıq ki, qarışıq millətlərdən ibarət gəmi heyətinə Azərbaycanda gedən prosesləri doğru-dürüst catdıraq, erməniləri işğalçı dövlət kimi onlara dönə-dönə  xatırladaq, qeyri -rəsmi və əsassız məlumatları yaymayaq, dezinformasiyanın qarşısını alaraq, əsgər və zabitlərimizə ruh yüksəkliyi verək, həmrəylik nümayiş etdirək. Bu istiqamətdə yenicə qeydiyyatdan keçmiş Dənizçilərə Sosial Dəstək İctimai Birliyi biz xarici ölkələrdə işləyən dənizçilərə yardımçı ola bilir. Onların yaydıqları dolğun informasiyaları gəmilərimizdə olan digər ölkələrin də vətəndaşlarına çatdırırıq.

Bu gün ,vətənimizin bu çətin dönəmində, həkimlərimizin koronavirusla, əsgərlərimizin torpaq ugrunda mübarizə apardıgı bir zamanda vətəndaş dəstəyi, vətədaş həmrəyliyi  çox vacibdir. Ona görə, elə etməliyik ki, bu gün tərəfimizdən atılan hər bir səhv və düşünülməmiş addım ciddi şəkildə  ziyanımıza, əksimizə işləyə bilməsin, necə deyərlər gəlin, “düşmənlərimizin  dəyirmanına su tökməyək”, xüsusilə üzümü gənclərimizə tuturam.

Sonda, vətəndən  uzaqda yaşayan hər bir vətən oglunun adından, o cümlədən bacarıq və peşəkarlıqları ilə bütün dünya dənizcilərinin qibtə etdikləri azərbaycanlı dənizciləri adından Azərbaycana qələbə, zəfər, Ermənistana matəm arzulamaq diləyi ilə Sizlərdən ayrılıram.

Bir daha şəhidlərimizə Allahdan rəhmət,yaralılarımıza şəfa diləyirəm…

Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm…

Xalqıma bu cətin günlərdə səbr və dözüm arzulayıram ,vətənimə isə başını dik tut deyirəm….

Zəfər, qələbə bizimdir,insaallah….

Nazim Həbibov –

Uzaq Səfərlər Kapitanı

 

Share: