Avropa İttifaqı koronavirusun ikinci dalğasına hazırlaşır

Avropa İttifaqı COVID-19 virusunun ikinci dalğası başlayarsa, yeni karantin tədbirlərinə, iqtisadi böhrana yol verməmək üçün xüsusi plan hazırlayır.

Bu barədə İttifaqın səhiyyə komissarı Stella Kiriakides bildirib:

“Ayrı-ayrı regionlarda pandemiyanın qarşısını almalı olsaq, bir daha dünya boyu karantin tətbiqinə, iqtisadiyyatın dayanmasına yol verməmək üçün bu işi səmərəli görəcəyik”.

Qeyd edək ki, Avropa ölkələrində indiyədək koronavirusa 2,6 milyon nəfər yoluxub ki, bunlardan 200 minə yaxını ölüb, 1,5 milyonu da sağalıb.

Müstəqil.Az

Share: