Polad – ürəklərimizin generalı

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Seymur Şahbazzadə

Dünən şəhid general-mayor Polad Həşimovun bacısı öz qardaşını “kasıbların generalı” adlandırdı. Bu söz kiminin sifətinə şillə, kiminin başına sığal, kiminin yarasına məlhəm çəkdi.

Qoy indi hamı bu ifadənin özünün ağırlığı, həmçinin onun daşıdığı informasiya yükünün ağırlığı barədə düşünsün.
Mən düşündüm. 
Bu ölkənin ipək generalları çox idi – bilirdik, dünən yadımıza saldıq ki, bu ölkənin POLAD general(lar)ı da var.
Yox, bacım, yox! Yox, gözünün yaşına qurban, sənin, mənim, bizim qardaşımız Polad sadəcə general, əsl general idi və bu o haldır ki, şey öz mahiyyətinə qayıdır, söz öz mənasını tapır.
İnanmaq istərdim ki, bu gündən sonra bu ölkədə çox şeylər öz mahiyyətinə qayıdacaq, çox sözlər öz mənasını tapacaq.
Çox anlayışlar, çox vəzifə, rütbə, dərəcə, titul, təltif və fəxri adlar öz həqiqətinə qovuşacaq.
Ümid edirəm ki, daha aşılanmaz, daha cılızlaşmarıq.
İndən belə Azərbaycan öz ənginliklərinə istiqamət götürəcək – boyu ucalacaq, köksü genişlənəcək, kökü dərinlərə işləyəcək.
Şəhid generalımızın ruhu bax onda, yalnız onda şad olacaq.
O generalımızın ki, adı Polad idi, özü polad idi.
O generalımızın ki, bizim yuxa ürəklərimizin generalıdır. Eşidirsizmi?! – Ürəklərimizin generalı!
Polad, eşidirsənmi, ürəklərimizin generalı?!.

151 baxılıb
Shares
mersin escort