Polkovnik də II Fəxri Xiyabanda dəfn olundu – Foto

Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub. 

Müstəqil.Az “Qafqazinfo”-ya isrtinadla xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının  nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.



Share: