Fuad Səyyah – Sağ əlin başımıza…

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort
Fuad Səyyah – Sağ əlin başımıza…
 
Onlar səni unutmayacaqlar.
Bəlkə də, yoxluğunla barışacaqlar.
Ancaq unutmayacaqlar.
Bayramlarda, toylarda, doğum günlərində, sadəcə, adının çəkilməyi bəs edəcək, gözlərindəki isti təbəssümün buza dönməyinə.Qısa sükutdan sonra “kaşki”ylə başlayan cümlələr uçuşacaq havada.
Hamı səni arzulayacaq, şəhidim!
Qızın, məktəbdəki bütün atasız qızlardan seçiləcək.Onlar, ata yoxluğuna, sadəcə, ağlayacaqlar.Ancaq qızın yoxluğuna ağlamaqla şəhidliyinə fəxr etməyin arasında qalacaq.Digər qızlar kimi boynunu bükməyəcək, dik tutub ağlayacaq.
Şəhidliyinə məğrur baxışlarını rəva biləcək, yoxluğuna da göz yaşlarını…
 
Oğlun hər valideynlər iclasında səni axtaracaq.Kövrələcək, öz içində boğacaq yoxluğunu.Ancaq ağlaya bilməyəcək.Əlbəttə,ağlamayacaq.
Gör kimin oğludur o ?.
Direktor sənin adını çəkəcək.Qürurlanacaq körpə aslan.Və öz içində sənin kimi olmağı arzulayacaq.
Yoldaşın gecə hər kəs yatandan sonra sənin şəkilinə danışacaq günboyu olanları.
Uşaqların dərslərindən tutmuş, ta ki, həyəti süpürməyinə qədər hər şeyi.Ancaq bəzi şeyləri dilinə gətirə bilməyəcək.
Axı sənə necə desin, uşaqa təzə ayaqqabı almağa pulunun olmadığını?
Və yaxud “cavan qızsan, ölənlə ölmək olmur, həyatını qur”, – kimi sözlərdən nə qədər incidiyini sənə necə desin axı ?.
Atan hər gün görüşdüyü dostlarının yanına getməkdənsə, tək qalmağa yer axtaracaq.Gözlərdən uzaq yerə çəkilib sənli günləri fikirləşəcək.Sənin uşaqlıq macəralarınla şəhidliyin arasında bağ qurmağa çalışacaq.Köhnə pencəyinin döş cibində gəzdirdiyi şəkilinə barmaqlarını toxunduracaq, fəxrlə ağlayacaq.Bəli, fəxrlə…
Anan…
Bağışla məni şəhidim!
Bir şəhid anasının nə çəkdiyini, nə mən anladaca biləcəm, nə də anlatsam sən təsəvvür edə biləcəksən.
Diri-diri yanmaq ən ağrılı ölümdür, deyirlər.
Anan diri-diri yanır, yana-yana yaşayır qardaş!
Gözün arxada qalmasın, şəhidim!
Yoxluğun dərd olsa da, Allah öz bəndəsinə çəkəcəyindən artıq dərd vermir.
Sən vətən dərdinə dözə bilməsən də, biz sənin dərdinə dözəcəyik qardaş!
Sağ əlin başımıza…
Yerin cənnət olsun!
Fuad Səyyah
172 baxılıb
Shares
mersin escort